Xəbər lenti
Şahlar Əsgərov:"Məqsədimiz Qarabağ daxil itirilmiş torpaqları qaytarmaqdırsa,təhsilə baxışımızı dəyişməliyik..."
TƏHSILIMIZIN FƏLSƏFƏSI
1.Təhsildə ilahi güc var
Min illərdi ki, bəşəriyyət xoşbəxt gələcəyə doğru yol gedir. Bu yolda təhsil müstəsna əhəmiyyət daşıyır. Yaxşını pisdən, ağı qaradan, doğrunu yalandan, dostu düşməndən, xeyri şərdən ayırmaq üçün təhsil əvəzsiz vasitədir. Təhsilin bu unikal keyfiyyətini bəzi dövlətlər üçün dərk olunmuş həqiqətdir. Bu səbəbdən də Finlandiya kimi belə ölkələrdə təhsilin bütün xərclərini dövlət öz üzərinə götürür. Sadə dillə desək, belə dövlətlərində təhsil pulsuzdur.
İtirdiyimiz torpaqlar üzərində qurulmuş qonşu dövlətlər tərəfindən ölkəmiz 100 ildir ki, təcavüzə məruz qalır. Davamlı olaraq torpaqlar itiririk. Gücsüzləşirik. Bizi bu acınacaqlı vəziyyətdən ancaq və ancaq təhsil çıxara bilər.
Gənclərimizin müxtəlif sahələrdə qazandıqları fərdi uğurları göstərir ki, Allah bizim də başımıza kifayyət qədər ağıl qoyub. Biz ağlımızı və təhsilin imkanlarından düz istifadə edə bilsək bu çətin vəziyyətdən çıxa bilərik. Böyük Hüseyn Cavid deməli: təhsildə ilahi güc var.
Təhsildən həm məqsəd, həm də vasitə kimi istifadə etmək olar. Hal hazırda biz təhsildən məqsəd kimi istifadə edirik. Məqsədimiz gənclərimizə təhsil verməkdir. Ancaq təhsil subyeklərinin qüsurları keyfiyyəti qaldırmağa imkan vermir. Üstəlik, təhsilin inzibati, iqtisadi və hüquqi bazasının kəsirlərinin də təsiri böyükdür. Bu qüsurlarla mübarizə ciddi aparılmır, sanki təhsil “yola” verilir.
Məqsədimiz nədir?
Əgər millət olaraq məqsədimiz Qarabağ daxil itirilmiş torpaqları qaytarmaqdırsa, onda biz təhsilə baxışımızı dəyişməlik. Ona milli problemimizi həll etmək üçün unikal vasitə kimi baxmalıyıq. Bu halda əsas məqsədimizə çatmaq üçün təhsildə keyfiyyət problemləri hökmən öz həllini tapmalıdır. İllər öncə belə bir fikir söyləmişdim:
“İnsanlar düzgün qərarlar qəbul etməklə şəxsiyyətə, dövlətlər düzgün qərarlar qəbul etməklə güclü dövlətə çevrilirlər”. Deməli, təhsilin məqsədi düzgün qərarlar qəbul etməni öyrətməkdir. Belə olan halda biz təhsilə məqsəd kimi yox, vasitə kimi baxmalıyıq.
Düzgün qərar nədir?
Bu suala cavab vermək üçün qərarın xətası (Δ Q) adlı yeni anlayış qəbul edək. Qərarın xətası deyəndə mütləq düz qərar ilə, fərdin qəbul etdiyi cari qərarın fərqi başa düşülür:
Δ Q = Qi - Qf (1)
Burada, Qi - mütləq düz, başqa sözlə ilahi qərar, Qf - isə fərdin qəbul etdiyi cari qərarıdır. Aydındır ki, təhsildə keyfiyyət artdıqca qərarın xətası azalar. Bu səbəbdən Allahın xoşuna gələn qərar mütləq düz qərardı. Peyğəmbərin qəbul etdiyi qərarların səhvi azdır. Kamil insanlar daha düzgün qərarlar qəbul edirlər, nəinki cahil insanlar. Kadr təyinatların əhəmiyyəti bununla bağlıdır. Adi insanların qərarları xətalıdır, birində az, birində çox. Deməli, qərarların xətası təhsilin keyfiyyətindən asılıdır. Keyfiyyəti qaldırmaqla daha düzgün qərar qəbul etmək mümkündür.
Təhsil trayektoriyası
Təhsil trayektoriyasının əsas parçası aşağıda göstərilmişdir. Bu parça üzərində dəyər yaradan 5 nöqtə ulduzlar ilə qeyd edilmişdir. Bu nöqtələrdən kamal attestatı, diplom və alimlik sənədlərində dövlətin xərclədiyi pul biliyə çevrilir və dəyər əmələ gətirir.
Təhsil trayektoriyası
Tələbə bileti
Təhsildə problemlər
Təhsildə görünən və görünməz problemlər çoxdur. Keyfiyyəti aşağı salan bu problemlərin bəzilərinə diqqət yetirək:
1.Orta məktəbin yuxarı siniflərində demək olar ki, dərslər qənaətbəxş deyil.
2. Ali məktəblərin diplomlarının keyfiyyətindən cəmiyyət razı deyil.
3. İllər keçir, ancaq təhsildə irəliləmə hərəkatı yoxdur, fırlanma hərəkəti var.
4. Yaşa dolduqca uiversitetlər qocalır, amma məntiqə görə müdrükləşməlidir.
Təhsil keçmişdə və bu gün
Sovet dönəmində ölkəmizin orta təhsil sistemi çox güclü idi. Ali məktəblərimiz də zəif deyidi. Ancaq bu gün belə deyil. Səbəbini anlamaq üçün bu günkü təhsili ilə sovet təhsilini müqaisə etmək lazımdır.
Sovet Təhsili
Sovetlər zamanında təhsilə baxış mükəmməl idi və təhsil dövlətin monopoliyasında idi. Təhsilin bütün ehtiyacını dövlət təmin edirdi. Müəllim cəmiyyətin hörmətli üzvü idi. Təhsil pulsuz idi. Dövlətin təyinat, təqaüd və yataqxana öhdəliyi var idi. Pedaqoji normalara, gənclərin tərbiyyə və sağlamlığına dövlət nəzarət edirdi. Hər 100 gəncdən ancaq üçdə birinə ali məktəblərdə yer ayrılırdı. Ali məktəblərə seçim ciddi aparılırdı. Talantlı gənclərin bir hissəsi, təəssüf ki, ali təhsildən kənarda qalırdı. Təhsil mükəmməl sturuktura malik idi. Qanunlar dəyişməz idi. Nəyi etmək olar, nəyi olmaz, hamı bilirdi. Fənlər ciddi tədris olunurdu, repetitorluğa ehtiyac yox idi.
Təhsil sferası iki subyektli (öyrədən və öyrənən) sadə sistem idi. Ali məktəblərin çıxışında da dövlət imtahanları ciddi aparılırdı. Diplomunun dəyəri yüksək idi. Ancaq qeyd etmək lazımdır ki, 1960-cı illərdən sonra təhsil maşını laxlamağa başladı. Təhsil müqədəs sahə sayılırdı. Burda bir haşiyə çıxmaq istəyirəm:
Haşiyə. Prof. N.Qocayev söyləyir ki, ADU-nun rektoru Mehdi Əliyevin yanında idim. Dövlət telefonu zəng vurdu. Danışan AKP MK katibi Cəfər Cəfərov idi. Cəfər müəllim dostcasına Mehdi müəllimə dedi ki, bir uşaq qəbul imtahanlarından 17 bal toplayıb, onu universitetə qəbul et. Mehdi müəllim dedi ki, Cəfər (onlar dost idilər) stolumun üstində 18 balla konkursa düşən uşaq var. Onu qoyub 17 ballı olanı necə qəbul edim? Cəfər müəllim: onu mən, MK--nin katibi deyir. Mehdi müəllim dedi: Cəfər 5 və ya 10 ildən sonra nə mən burda olacam, nə sən orda. Gələcəkdə bu günah aşkarlansa bizə nə deyərlər?
Yeni Təhsil
Hal hazırda təhsi dövlətin monooliyasında deyil. İnkişaf etməkdə olan ölkələrin çoxunda təhsilə biznes kimi baxırlar. Bu səbəbdən də özəl məktəblər də mövcuddur. Dövlət təhsilə sosial sahə kimi baxır və gənclərin təhsil almasına kömək göstərir, dəstək verir, ancaq özünün əsas məsələsi saymır. Hesab edilir ki, övladına təhsil vermək valideyinin borcudur. Bu səbəbdən də məzunların orta TEST balı illərdi ki, təqribən eyni səviyyədə qalıb.
Təhsil sistemi maraqlar arasında parçalanıb və ən azı üç subyektli sistemə (öyrədən, öyrənən və DİM) çevrilib. DİM üçüncü subyekt kimi çıxış edir və təhsl sistemini mürəkkəbləşdirir. Bu səbəbdən də çox vaxtı TN və DİM maraqları üst- üstə düşmür. Tələbə qəbulu mərkəzləşmiş şəkildə TEST üsulu ilə aparılır. Repetitorluq təhsil sistemini iflic edib. Ali məktəbin girişində nəzarət ciddi, çıxışında yumşaqdır. Təyinat yoxdur. Təhsilə qazanc yeri kimi baxan məmurlar da var. Bu yerdə də bir haşiyə çıxmaq istəyirəm:
Riyaziyyatçı və rəhmətlik Rzabala Fərəcov BDU professoru, texnika elmləri doktoru idi.
Bir dəfə Rzabala müəllimi qəbula saxlayırlar. O, obyektiv və vicdanla imtahan götürür, heç kəsin tapşırığına baxmır, hamıya düzgün qiymət verir. Axşam nəticələrin müzakirəsi zamanı məsul katib rektora deyirlər ki, bəs Rzabala müəllim heç kəsin tapşıriqına baxmadi. Səhərisi gün müəllimləri imtahana göndəriləndə rektor Rzabalanı müəllimlərə misal göstər və beş dəqiqə onu tərifləyir. Sonra müəllimləri auiditoriyalara göndərilir. Rzabala müəllim isə heç yerə göndərilmir. O, məsul katibə yaxınlaşır və soruşur: bəs mən harda imtahan götürəcəm? Məsul katib cavab verir ki, siz dünən çox əziyyət çəkmisiniz. Bu gün gedin istirahət edin. Beləliklə, Rzabala müəllim ram edilir. Və təhsil tariximizə Rzabala sindromu kimi daxil olur.
Mehdi müəlliminin zamanından olan düşüncə tamam dəyişmişdir.
İmtahan
Klassik üsul
Müqəddəs Qurani Kərimdə ayə var: “ Heç bilənlə bilməz bir olarmı?”. Bu ayənin işığında təhsilə baxsaq , bu nəticəyə gələrik ki, təhsildə imtahan vacib prosedurdu. Klassik üsulla 100 –lərlə və ya 1000-lərlə abituriyenti imtahan edərək biləni bilməzdə ayırmaq mümkündür. Ancaq on minlərlə və daha çox gənci imtahan etmək üçün bu üsul iki səbəbdən əl vermir:
a) çox zaman tələb edir;
b) çox xərc tələb edir.
TEST üsulu
TEST üsulu klassik üsulun qusurları səbəbindən tətbiq edilir və aşağıdakı üstünlüklərə malikdir:
a) operativdir;
b) iqtisadi cəhətdən səmərəlidir.
Qeyd etmək lazımdır ki, 1960-cı illərdən qabaq qəbul imtahanlarında obyektivlik çox yüksək olub. Ancaq 2003 cü ilin qəbul imtahanları TEST-in obyektivliyini sual altına aldı.
Azərbaycanda test
Qeyd etmək lazımdır ki, çeviklik və səmərəlik baxıımından TEST mütərəqi metoddur. Bu səbəbdən də ondan istifadə etmək sərfəlidir. TEST öz məqsədinə qulluq edəndə gözəldir, ancaq çevik olmayanda , iqtisadi cəhətdən sərfəli omayanda əhəmiyyətini itirir. Məntiqlə, TN-nin sifarişi əsasında DİM gəncləri TEST-dən keçirməli və nəticələr sənədləşdirib, həmən gün bəyan edilməlidir. Bu praktikanı Qazaxstandan öyrənmək olar. TEST nəticələri əsasında abituriyentlərə liberal dəyərlərə uyğun olaraq ixtisasları özləri seçməlidirlər. İnzibatı təyinatdan imtina etmək lazımdır.
Ölkəmizdə TEST –in özünəməxsusi cəhətləri var. Belə ki, ali məktəblərin girişində seçim ciddi aparılır, çıxışında isə aparılmır. Bu səbəbdən repetitorluq baş alıb gedir, diplomların keyfiyyəti isə aşağı düşür. Amma girişdə qəbul yumşaq, çıxışda isə dövlət imtahanları TEST vasitəsi ilə sərt aparılsa daha əhəmiyyətli nəticələr əldə etmək mümkündür. Əvvala, repetitorluq sıradan çıxar, ikincisi də diplomların keyfiyyəti qalxar. Bu xırda taktiki gedişat, böyük strateji əhəmiyyət kəsb edir.
Ustadlardan nəsihət
Müsəlman dünyasından 3 nəfər dəqiq elm sahəsində Nobel mükafatı alıb. Onlar da İslam dünyasında elmin və təhsilin geri qalma səbəbləri haqqda daim düşünüblər. Onlardan ikisinin fikirlərini sizlərə təqdim edirəm:
⦁ Nobelçi Abdüs Salam məsləhət bilir ki, istedadlı gənclərın itib-batmaması üçün onlar elmi və texniki təhsil almalarını təşviq etmək lazımdır.
⦁ Digər Nobelçi alim Əhməd Zevayıl hesab edir: “Ölkə iqtisadiyyatının bütün sahələrində texniki bazanın dəstəklənməsi üçün texniki məktəblərin həm sayı, həm də nüfuzu artırılmalıdır”.
Üstəlik, nobelçi alim John Naşa görə: riyaziyyatı yaxşı bilməyən toplumlarda ədalət olmur. Bu dəyərli fikirləri həmişə yadda saxlamaq lazımdır.
Təhsilə baxış dəyişməlidir
Pakstanın keçmiş iqtisadiyyat naziri Məhbub ül Həqqin hökümət qarşısında hesabatının son cümləsi belə olub: «Bizim dövlətin qarşısında üç problem durur: 1-ci problemimiz təhsildir; 2-ci problemimiz də təhsildir; bir az fasilədən sonra deyir ki, 3-cü problemimiz də təhsildir”. Bununla da böyük alim Məhbub ül Həqq təhsilin hökümətin bir nörəli vəzifəsi olduğunu vurğulamışdır.
Bizdə təhsilə sosial yox, daha ciddi təhlükəsizlik sahəsinin tərkibi kimi baxılmasına ehtiyac böyükdür. Təhsil bizdə həlli çətin problemlərin həll etmək missiyasını daşımalıdır. Başqa sözlə, biz təhsilə məqsəd yox, vasitə kimi baxmalıyıq. Gənclərə keyfiyyətli təhsil vermək dövlətin əsas vəzifələrindən biri və birincisi olmalıdır. Qarabağ probleminin həllində Təhsil nazirliyinin rolu, Müdafiə nazirliyinin rolundan az deyil. Bu gəlişi gözəl söz deyi, çətin başa düşülən həqiqətdir. Məktəbdən yayınmağı, təqribən səngərdən yayınmaq kimi qiymətləndirmək lazımdır.
Helsinki universitetində tədqiqat aparanda Finlandiya təhsili ilə qismən tanış oldum. Finlandiyada təhsil pulsuzdur. Yemək, ekskursiyalar, təhsilə aid hər şey pulsuzdur. Əgər şagird məktəbdən 2 km uzaqda yaşayırsa, məktəb avtobusu onu dərsə pulsuz aparıb gətirir. Hər şey dövlət tərəfindən ödənilir. Bu ölkədə hesab edirlər ki, bulku sexi özəl ola bilər, ancaq məktəb dövlətin olmalıdır. Bu dünyagörüş finn cəmiyyətini dünyada birinci edib.
Bizim də təhsilə baxışımız təqribən Finn modelinə bənzər olmalıdır. Gənclərə keyfiyyətli təhsilin verilməsini dövlət öz monopoliyasında saxlamalıdır. Dövlət Lazım kişinin övladını yox, özünün layiqli vətəndaşını yetişdirməlidir ki, bu gün məişətdə müşahidə etdiyimiz biabırçılıqlar baş verməsin. Xalq yazıçısı Çingiz Abdullayevin təhsillə bağlı fikirlərini eşitmək lazımdır. İşi iş bilənə tapşırmaq lazımdır. Valideyinlər bu işdən uzaq saxlanılmalıdır. Çünki dövlətin qərarları elmi və pedoqoji olduğu halda, valideyinlərin təklifləri isə orta hesabla kütlə düşüncəsi səviyəsindədir. Təhsilə müqəddəs sahə kimi baxılmalıdır. Heç kəs təsilə gəlir gətirən sahə kimi baxmamalıdır.
Abitiriyentlərin biliyə görə paylanması
Abitiriyentlərin biliyə görə paylanması qrafik şəkildə göstərilmişdir. Göründüyü kimi gənclərin intellektual səviyyələri görə çox müxtəlifdir. İfrat talantlı, talantlı və orta səviyyəli gənclərlə bərabər, onların talantsız və gerizəkalı hissəsi də var. Əsas məsələ talantlı və dərrəkalı gənclərin universitetlərdən kənarda qalmamasıdır.
Etiraf etməliyik ki, çox talantlı, talantlı və valideynləri imkanlı gənclər ali təhsil almaq üçün xaricə üz tuturlar. Onların çoxu geri qayıtmır, bizim üçün itirilmiş gənclikdir. Gerizəkalıların və çox zəif bliklilərin isə ali məktəblərdə təhsil almasına ehtiyac yoxdur. Beləlklə, bizim ali təhsil verə biləcəyimiz potensial təqribən gəncliyimizin 70% -ni təşkil edir.
Kimlər ali təhsil almali?
Hal hazırda gənclərimizin 49% sub bakalavr və bakalavr təhsili alırlar. Sevindirici haldır ki, bu on il öncədəkindən təqribən üç dəfə çoxdur. Bu göstəricini 60% çatdırmaq ali təhsilin əsas məqsədi olmalıdır. Biliyi zəif, amma intuisiyası böyük olan yaradıcı və dərrakəlı, riyazi təfəkkürlü gənclər üçün ali təhsil əl çatan olmalıdır. Onlar universitetlərdən kənarda qalmamalıdırlar. Onları universitetlərdən kənarda saxlamağa kimlərsə qarşısında öhtəliyimiz olmamalıdır. Ali təhsillə əhatə potensialımız təqribən şəkildə göstərilən qədərdı.
Orta təhsilin əsas problemi
Bu gün orta təhsilin əsas problemi repetitorluqdur. Bu fenomen təhsildə çoxlu fəsadlar törədir:
⦁ repetitorluq fərdin təhsilidir, 1920 ildən qabaqkı təhsildir, cəmiyyətin inkişafına mənfi təsir edir;
⦁ repetitorluq dövlətin təhil siyasətini aparmağa əngəldir;
⦁ repetitorluq orta məktəblərin yuxarı siniflərini iflic edir,
⦁ repetitorluq tərbiyəyə və vətənpərvərliyə imkan vermir;
⦁ repitorluq biliyin mənimsəməsinə yox, əzbərciliyə xidmət edir;
⦁ bu imkandan istifadə edə bilməyən valideyinlər dövlətdən narazı qalırlar;
⦁ repitorluq şəhər nəqiliyyatında tıxac yaranmasına səbəblərdən biridir.
Repetitorluğun yaratdığı fəsadlara reaksiyalar
⦁ repetitorluq təhsil sistemini böyük bir rüşvət və korrubsiya şəbəkəsinə çevirir (Tusi Tərtibat Mərkəzi);
⦁ repetitorluq - təhsilimizin qara yarasi və ya qara deşiyidir”. (Tusi Tərtibat Mərkəzi )
⦁ repetitorluq kölgə iqtisadiyyatının yaranma səbəbdir (N.İsrafilov);
⦁ şagird Bakida yaşadığı halda onun adını rayon məktəbinə təmanna hesabına yazırlar (Z. Məmmedli);
⦁ repetitorluğun fəsadlarını saymaqla bitməz (M.Bayramlı);
Repetitorluğun yaranmasinin səbəbi nədir?
İctimai rəyə görə repetitorluğun yaranmasının əsas səbəbi qüsurlu TEST suallarıdır. TEST imtahanlarının ruhu dövrün tələbinə uyğun deyil. TEST verənlərin millətin gələcəyi olduğunu unuduruq. Sanki onları universitetlərdən kənarda saxlamaq öhtəliyimiz var. Elə suallar var ki, heç onu müəllimlər çətinliklə cavablandıra bilərlər. Belə öhtəlik sovet dönəmində olub, ancaq indi buna ehtiyac yoxdur. TEST-lər sərtləşdikcə repetitorluq artar, sadələşdirdikcə azalar. Sualları elə tərtib etmək olar ki, qəbul zamanı bir nəfər də belə 700 bal toplamasın. Ancaq elə də tutmaq olar ki, “700 ballılar” yüz nəfərdən çox olsun. TEST balı biliyi birqiymətli əks etdirmir, insan faktorundan asılıdır. “Açıq test”, “qapalı test”, “bunker müəllimlər”, qəbulun aylarla uzanması və bunun kimi odioz addımlara ehtiyac yoxdur.
Təhsilin məzmunu və kamilləşmə
Təhsil insan oğlunu cahillikdən kamilliyə aparan vasitədir. Düşüncəmə görə, kamilliyin ölçü vahidi olaraq ictimai mənəfenin şəxsi mənafeyə olan nisbətini götürmək olar:
K = (1)
Təhsilin məzmunu və dərsliklər elə yazılmalı, proqramlar elə tutulmalıdır ki, düstur (1) – də kəsrin sürəti məxrəcindən qat -qat çox olsun. Bu zaman özünü yox, milləti sevən gənclər yetişdirmək mümkündür. Böyük Yaradan vətənpərvərliyin açarın burda gizlədibdir. Qeyd etmək lazımdır ki, qərarların qəbulu bu mənafelər arasında olan münasibətdən asılıdır. Yaxın tariximizə nəzər salaq.
Digər Baki milionerləri ilə müqayisədə H.Z.Tağıyev (1) düsturuna görə daha kamil görünür. Gəncləri xarici universitetlərə göndərib, Bakıya su çəkdirib, qızlar məktəbi açıb, qəzet maliyələşdirib və bunun kimi.
Bizim kamillik səviyyəmizi arzu olunandan azdır. Belə ki, sünnət toylarında sərxoş olana qədər kirvənin sağlığına içiriksə, Novruz bayramında papağımızı qapılara atırıqsa, bəzi deputatlarımız “qanuni oğrunun” tabutu altına girirsə və ya bizi ermənilərə satan general Qasım Süleymaniyə yas mərasimi saxlayırıqsa biz nə qədər kamilik? Düşümcəmiz bərbad haldadır, kamilləşməliyik.
Biliyin qiymətləndirilməsi
Formula (1)-dən istifadə edərək yeni, daha dəqiq biliyi qiymətləndirmə şkalası düzəltmək mümkündür. Bunun üçün bir fənnin bildiyimiz hissəsini sürətdə, bilmədiyimiz hissəsini isə məxrəcdə yazmaq lazımdır. Belə olan halda bildiyimizin bilmədiyimizə olan nisbətindən yeni meyara kimi istifadə etmək olar. Bu meyarı kamillik əmsalı adlandırmaq olar:
K = Lb / Lm
Lb + Lm = 1
Burada, Lb proqramın mənimsənən hissəsi, Lm isə mənimsənilməyən hissəsidir.
Min illərdi ki, qiymətləndirmədə bildiyimizin bilməli olduğumuza nisbətdən meyar kimi istifadə edilir. Əgər klassik meyar 0 ilə 1 arasında dəyişirsə, yeni meyar 0 ilə ∞ (sonsuzluq) arasında dəyişir. Bu isə onun qat qat üstünlüyünu göstərir.
Direktorlarin seçimi
Təhsil prosesində direktorlar müstəsna əhəmiyyət kəsb edir. Müharibə zamanı cəbhə komandirinin rolu nədirsə, dinc dövrdə məktəb direktorlarının rolu da odur. Elə direktorlarımız var ki, özünü məktəbə qurban verər, ancaq elə direktorlar da var ki, məktəbi özünü qurban verir.
İdarəetmədə özünü məktəbə qurban verənlərdən, tədrisdə isə məktəbi özünü qurban verənlərdən istfadə etmək lazımdır. Bunların yeri səhv düşəndə rəhmətlik Qabil deməli müsubət başlayır.
Özünü məktəbə qurban verənləri, ikincilərdən ayırmaq üçün iddiaçıları psixoloji testlərdən keçirmək kifayətdir. Məktəb direktorlarını ictmai mənafe daşıyıcılarının içərisindən seçməyin hikməti böyükdür. Bu yanaşma ali məktəb rektorlarının seçimi üçün də doğrudur.
YENI TƏHSİL KONSEPSIYANIN ƏSAS MÜDDƏALARI
Təhsil sistemində gedən proseslərin təhlil edərək aşağıdakı müddaları formalaşdırmaq mümkündür:
1. Sovet dönəmində təhsil iki subyektli sadə sistem olub. İndiki dövrdə təhsil ən azı üç subyekli mürəkkəb sistemə çevrilib. Sistemlər nəzəriyyəsindən məlumdur ki, sistemin struktur elementin sayı artdıqca idarəetmə çətinləşir. Bütün üçüncü subyektləri ( valideyinləri ) təhsildən kənarlaşdırılmalıdır.
2. Təhsilin məqsədi düzgün qərar qəbul etməyi bacaran gənclər yetişdirməkdir. Bu məqsədə nail olmaq üçün, təhsilə məqsəd kimi yox, vasitə kimi baxmaq lazımdır.
3. Məktblərin eyniliyini, bərabərliyi (oxşarlığını) təmin etmək lazımdır. Belə olan halda heç kəs evinin yanındakı məktəbi qoyub, uşağın maşınla uzaq məktəblərə aparmaz.
4. Vətənpərvərliyin açarı təhsilin məzmunundadır. Təhsilin məzmunu elə olmalıdır ki, özünü yox, milləti sevən gənclər yetişdirmək mümkün olsun.
5. Məktəb direktorlarını ictmai mənafe daşıyıcıları içərisindən seçilməlidir. Bunun üçün iddiaçıları psixoloji testlərdən keçirmək kifayətdir.
6. Qəbul imtahanlarınin əhəmiyyətini qaldırmaq (və ya yendirmək) təhsil siyasətinin məsələsidir. Sovet dönəmidə ciddi imtahana ehtiyac böyük idi. İndiki dönəmdə sərt imtahanlara ehtiyac yoxdur. Çünki indi soyuq müharibə dövrü deyil, biz kosmonavt və ya atom mühəndisləri hazırlamırıq.
7. Gənclərin ali təhsillə əhatə əmsalını 60 % qaldırmaq, talantl, dərrəkalı və riyazi təffəkkürlü gəncliyi itirməmək üçün qəbul yerlərini artırmaqla bərabər, həm də TEST sadələşdirmək lazımdır. Dərrakəli gənclər ali təhsildən kənarda qalmamalıdır. Abituriyentlərə seçim azadlığı verilməlidir.
8. Humanitar ixtisaslarla müqayisədə fundamental elm və texniki ixtisalara qəbul yerlərini artırmaq günün tələbidir. Bu təklif iki müsəlman Nobel mükafatçıları Abdüs Salam və Əhməd Zevayılın arzusudur. Başqa sözlə, maddi dəyərlər yarada bilən ixtisaslara üstünlük verilməlidir.
9. Repetitorluğa son qoymaq niyyəti ilə universitetlərin girişində testi yumşaldıb, gəncləri küçələrdən akademik mühitə gətirmək lazımdır. Dövlət gənclərin təhsil almasına qucaq açmalıdır. Ali təhsillə əhatə əmsalıni artırmaq milli mənafeyə qulluq edir. Universitetlərin çıxışında isə sərt TEST imtahanlar keçirməyə ehtiyac böyükdür. Xaricdə təhsilə bakalavrlar yox, dokturantlar və maqistrlər göndərilməlidir.
10. Yataqxanasız universitet çolaq insana bənzəyir. Yataqxana təminatı vacibdir, və gəncləri sosiallaşdıran mühitdir. Yataqxana şəraitində gəncləri daha asan tərbiyyə və idarə etmək mümkündür.
Bu müddalar daxilində təhsilin əsas problemləri öz həllini tapar və nəticədə məktəblər normal işləməyə başlayar. Şəhər nəqilyatda tıxac problemi qismən yumuşalar. Təhsil normal işlərkən iqtisadi tərəqqi də baş verər. İnsanlar xoşbəxt yaşar.
Şahlar Əsgərov,
BDU-nun professoru,
UNEC Ekonofizika Tədqiqat
Mərkəzinin rəhbəri
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar