Xəbər lenti
Prezident Administrasiyasının elektron poçtu niyə “işləmir”?
Administrasiyaya “onlayn” müraciətlərə də baxılmır
“Elektron hökumət” portalı fəaliyyətə başlayandan ayrı-ayrı nazirliklərə vətəndaşların müraciətlərinin əlçatanlığının təmin olunması xeyli asanlaşıb. Əvvəllər Prezident Administrasiyası (PA) araçılığı ilə prezidentə birbaşa “onlayn” müraciət edəndə anında müvafiq qurumlar əl-ayağa düşür və problemin çözülməsi yönündə addımlar atırdılar.
Axı, vətəndaş birbaşa prezidentin saytı araçılığı ilə ona yaradılan imkandan yararlanaraq təklif, ərizə və şikayətlərinin konkret sahəyə, quruma aid olduğunu açıqlayan müraciət edir! Getdikcə PA-nın elektron poçtuna (office@pa.gov.az ) edilən müraciətlərə baxılmasının özü şübhələr doğurur. Bunun sübutu kimi PA-ya məktubla edilən müraciətlərə anında reaksiya verilməsini, eyni məzmunlu elektron müraciətə isə susqunluğu göstərmək olar. Maraqlıdır, görəsən, elektron müraciətlərə baxılmasındakı geriləmə nədən qaynaqlanır? Prezidentin saytının “müraciətlər” bölümündə vurğulanır : “Azərbaycan Respublikası Prezidentininin rəsmi internet sayt vasitəsilə elektron formada göndərilmiş müraciətlər Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə daxil olur və “Vətəndaşların müraciətləri haqqında” 30.09.2015 tarixli qanuna. .. və Prezidentin 23.06.2016 tarixli 950 saylı fərmanına. .. uyğun olaraq qeydiyyata alınır və baxılır”. Yəni, hər iki - məktubla və elektron qaydada müraciətlər PA-da eyni şöbəyə daxil olursa, müraciətlərə baxılmasındakı “ögey -doğmalığı” anlamaq olmur. Onu da vurğulayaq ki, əvvəllər “NK-nın elektron poçtu ümumiyyətlə yox idi, olsa da, vətəndaşlara açıqlanmırdı. 5-6 il olar bu qurum qınaqdan nəticə çıxararaq elektron müraciətlərə operativ cavab verməklə “elektron hökumət” missiyasını yerinə yetirməkdə davam edir.
Prezident Administrasiyasının yeni strukturunun təsdiq edilməsi ilə rəsmi internet saytında anında dəyişikliklər edilməsi PA rəhbərliyinin operativ işinin göstəricisidir. Biz saytda diqqətə çatdırılan Konstitusiyanın 57-ci maddəsinə istinad edərək təkliflərimizi bir daha media araçılığı ilə vurğulayırıq. PA-nın yeni strukturunda əvvəlki kimi bir-birini təkrarlayan şöbələr var. İqtisadi məsələlər və innovativ inkişaf siyasət şöbəsi ilə iqtisadi siyasət və sənaye məsələləri şöbəsinin iki ayrı köməkçiyə həvalə edilməsinə nə ehtiyac var? Eyni zamanda, humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin işini “yüngülləşdirib” , diaspora məsələlərini xarici siyasət məsələləri şöbəsinə vermək daha məntiqli olmazdımı?
Sonda PA-nın tərkibinə daxil olmayan, Prezidentin və Administrasiyanın maddi-texniki və maliyyə məsələləri ilə məşğul olan İşlər İdarəsinin yaşı 80-i haqlamış müdirinə də ondan 3 yaş kiçik olan Hacıbala Abutalıbovun “istefa mədəniyyətin”dən nəticə çıxarmağı tövsiyyə etmək olar.
Biz vətəndaş kimi təkliflərimizi çatdırmaqla vətəndaşlıq borcumuzu yerinə yetirdik. Qalır təklifə baxılması. ..
Məğrur Bədəlsoy

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar