Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyəti - Tural VƏLİZADƏ

Tarix: 15-09-2018 11:42     Baxış: 2783 A- / A+
Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyəti - Tural VƏLİZADƏ

Tural Vəlizadə,
Qərbi Kaspi Universitetinin müəllimi,
BDU-nun Tarix fakültəsinin doktorantı




Açar sözlər: Azərbaycan Xalq Cümhuriyyəti, 28 may, Milli Şura, hökumət, parlament, Bakı.
Ключевые слова: Азербайджанская Демократическая Республика, 28 Мая, Национальный Совет, правительство, парламент, Бакy.
Key words: Azerbaijan Democtratic Republic, 28 May, National Council, government, parliament, Baku.


“Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın о dövrdə və о illər ərəfəsində - XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. О illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır”.

Ümummilli lider Heydər Əliyev



Azərbaycanın qədim dövrlərdən bəri çoxəsrlik tarixinə idrakın məntiqi zirvəsindən nəzər salsaq, ümdə bir nəticəyə gəlmək olar ki, bu günkü suveren Azərbaycan dövləti ikinci minilliyin XIX-XX əsrlərində Azərbaycan millətinin bərqərarlaşmasının qanunauyğun labüd nəticəsidir. Azərbaycan coğrafi məfhum, təbii məkan kimi, həm də Azərbaycan xalqı ictimai-sosial, siyasi varlıq kimi çox əzablı, çətin və mürəkkəb yol keçmiş, ancaq dünya cəmiyyəti tərəfindən tam tanınmış müstəqil ölkə kimi, əsl azad Azərbaycan xalqının bəşəriyyətin tam hüquqlu üzvü kimi əbədiyyəti bu iki yüzilliyin bəhrəsi, tarixi şansıdır. Azərbaycan xalqının salnaməsində bu əlamətdar hadisənin dominantı, birinci növbodə, XX əsrdə yaranmış üç Respublikadır: Azərbaycan Xalq Cümhuriyyəti (1918-28 may - 1920-28 aprel), Azərbaycan SSR (1920-28 aprel - 1991-18 oktyabr) və əsl Prezidenti, lideri H.Ə.Əliyev və onun davamçısı İ.Ə.Əliyev olan Azərbaycan Respublikası. Ulu öndər H.Əliyev qeyd edir: “Əgər XX əsrin əvvəlində xalqımız milli azadlıq, dövlət müstəqilliyi yolunda ilk dəfə böyük addım atıbsa, XX əsrin sonunda milli azadlığa, dövlət müstəqilliyinə tam nail olubdur”.
Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli ictimai-siyasi xadimi M.Ə.Rəsulzadə göstərirdi ki: “28 mayda ilk dəfə olaraq, Türk və İslam dünyasında Cümhuriyyət elan edilmişdir. 28 mayda ilk dəfə olaraq Azərbaycan xalqının siyasi vəhdətini təsbitlə Türk Narsi (Harsi) və millət məfkurosi üzərinə müəssəs demokratik bir Cümhuriyyətin əsası qoyulmuşdur. 28 mayda Azərbaycan gəncliyinin hərarət və həyacanla müqəddəs idealı sevgidən şanlı istiqlal bayrağı yüksəlmişdir. Nəhayət, 28 mayda Azərbaycan tarixində tamamilə yeni bir nəsil yetişdirən bir dövr açılmışdır” (8, səh. 111). 23 ay ömür sürmüş Cümhuriyyətin Azərbaycanın həyatında yeni dövr açdığı definisyasını əsaslandırmaq, onun tarixi əhəmiyyətini elmi cəhətdən təsbit etmək üçün bu ayların ümdə hadisələrini qısaca nəzərdən keçirmək kifayət edərdi. Azərbaycan Cümhuriyyətinin çoxəsrlik tariximizdə taleyüklü əhəmiyyətini bunlar elmi və hüquqi nöqteyi-nəzərdon təkzib edilməz amil və həqiqət kimi təsdiqləyir.
Taleyin Azərbaycan Cümhuriyyətinə bəxş etdiyi zamanın kiçik bir xronoloji çərçivəsində, Azərbaycan tarixinin, milli-dövlətçilik oyanışı, milli ərazi bütövlüyünün müdafiəsi, bəşəriyyətin Azərbaycanı tanıması, Azərbaycan cəmiyyətində başlanan yenilik social-iqtisadi, mədəni dəyişikliklərlə zənginləşən bir dövrü olmuşdur. Azərbaycan Cümhuriyyətinin tarixi əhəmiyyəti də öncə bundadır.
100 il bundan əvvəl, Rusiya imperatorunun Qafqazı idarə edən vəkilinin sarayında, Zaqafqaziya Seyminin müsəlman qrupuna ayrılan Mavi Salonunda Azərbaycan Milli Şurasının üzvləri doktor Həsən bəy Ağaoğlunun sədrliyi ilə iclasa toplaşdılar. Həsən bəy Ağaoğlu Zaqafqaziya Seyminin dağılması, diyarda yaranmış daxili və xarici vəziyyət haqqında məlumat verdikdən sonra Azərbaycanın azad və müstəqil bir dövlət olması haqqında məsələni rəyə qoyur. Uzun və hərtərəfli müzakirədən sonra katib Mustafa Mahmudi adları oxuyur: 24 səslə, 2 nəfərin bitərəf qalması ilə, Azərbaycanın müstəqil dövlət elan edilməsi haqqında Bəyannamə qəbul olunur. İstiqlal Bəyannaməsinin qəbulunda Seymdə və sonra Milli Şurada təmsil olunan “Müsavat” və ona qoşulan bitərəf demokratik qrupu fraksiya sayınca hamısından çox idi (30 nəfər). Digər yerləri isə “Müsəlman sosialistlər bloku” (7 nəfər), “İttihad” partiyası (3 nəfər) və sosial-demokrat (menşevik) “Hümmət” partiyasının (4 nəfər) üzvləri tuturdu.
Azərbaycan millətinin bu şərəfli pleyadası Şimali Azərbaycanın Rusiya imperiyası tərkibinə XIX və XX əsrlərdə keçdiyi ictimai - siyasi, iqtisadi, sosial və mədəni inkişaf yolunda qazandığı yüksək intellektual sərvətidir. Bu şəxslərin əksəriyyəti Moskva, Sankt-Peterburq, Kiyev və başqa ölkələrin universitetlərində təhsil almış əsl zadəgan zümrəsini təmsil edirdilər. Demək olar zəmini yetişməkdə olan demokratik Cümhuriyyətin dan ulduzları idi. Onlardan doqquzuna müstəqil demokratik Azərbaycan hökumətini təşkil etmək şərəfi mənsub olmuşdur.
28 mayda Milli Şuranın iclasında F.X.Xoyskinin elan etdiyi Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökuməti demokratik timsalı olan koalisyon hökumət idi: yeddisi “Müsavat” və bitərəf qrupu, biri “Hümmət”i və biri də sosialistlər blokunu təmsil edirdi.
Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu dövrdə 5 kabinə dəyişilmiş, onun əvvəlki üçünə ali hüquq təhsilli F.X.Xoyski, sonrakı iki kabinəyə isə yenə ali hüquq təhsilli N. Yusifbəyov başçılıq etmişdir. Bütün kabinələr koalision olmuş, hətta parlament fəaliyyətə başlanandan sonra 3-cü kabinədə “Slavyan-rus” cəmiyyətinin üç nümayəndəsi (Pratasov - mailiyyə naziri; Qindes – Xalq Səhiyyə naziri; Lizqar - Ərzaq nazirı). 4-cü kabinədə isə “Slavyan-rus” cəmiyyətinin 2 nümayəndəsi; portfelsiz nazir kimi “Daşnaksütyun” nümayəndəsi X.Amaspur var idi.
İngilislər Azərbaycanı tərk edəndən sonra beşinci kabinə ancaq azərbaycanlılardan ibarət idi. Azərbaycan Cümhuriyyəti, onun hökuməti, başqa dövlət idarələri və təşkilatları çox mürəkkəb, olduqca çətin daxili və xarici şəraitdə bərqərar olmağa başlamış və fəaliyyət göstərmişdir.
Demək olar ki, Azərbaycan Cümhuriyyəti elan olandan ilyarımdan çox Türkiyə və Antanta hökumətləri himayəsi (mandatı) altında olmuş, yeddi aya kimi ölkədə iki hakimiyyətlilik mövcud olub, Bakıda sovet hökuməti, Gəncədə isə milli hökumət fəaliyyət göstərib, Qərb dövlətləri tərəfindən də de-yure tanınmamışdır, de-fakto isə 1920-ci il 11 yanvarda etiraf edilmişdir.
Beləliklə, Cümhuriyyət qarşısında ümdə vəzifə daxildə bütün Azərbaycan ərazisində tam hakimiyyətə nail olmalı və xarici siyasətdə isə onun dünya dövlətləri tərəfindən tanınması idi. Ölkə əsl mənada birinci dünya müharibəsi aparan qüvvələrin və daxildə vətəndaş müharibəsi törədənlərin məngənəsində dözülməz vəziyyətdə olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə, onun həyata keçirdiyi tədbirlərə yüksək qiymət verən Heydər Əliyev Cümhuriyyətin dərslərindən də nəticə çıxarmağı tövsiyə edərək qeyd edir: “1918-1920-ci illərdə Xalq Cümhuriyyətinin həyatında olmuş çəkişmələr, didişmələr, hakimiyyət mübarizəsi və şəxsi mənafeyinə görə ümummilli mənafeyə zərbələr vurulması acı həqiqətdir. Biz keçmişimizdən ibrət götürməliyik, keçmişimizin zərərli tərəflərinin yenidən cücərməsinə yol verməməliyik” (5).
Azərbaycan Milli Şurası və ilk hökumət iyunda Tiflisdən Gəncəyə köçdü. Gəncədə soyuq qarşılanan Azərbaycan Milli Şurası və ilk hökumət onlara qarşı əks qüvvələrin və bu vaxtı Gəncəyə öz dəstəsi ilə gəlmiş Ənvər Paşanın qardaşı Nuru Paşanın təzyiqinə məruz qaldılar. Milli Şura buraxıldı, birinci hökumət kabinəsi dəyişildi, F.X.Xoyski sədr qalmaqia ancaq “Müsavat” və bitərəflərdən ibarət yeni ikinci kabinə yaradıldı. Birinci kabinədə olan “Hümmət” və sosialistlər blokunun nümayəndələri kənarda qaldılar. Yeni hökumət iyunun 19-da Azərbaycanda hərbi vəziyyət elan etdi.
Azərbaycanın şərqində hakimiyyətdə olan Bakı Komissarları sovetinin vəziyyəti də ağırlaşmışdı. İyulun 31-də Bakı xalq komissariarı soveti istefaya çıxdı və Bakıda hakimiyyəti ələ alan eserlər, menşeviklər, daşnaklar “Əksinqilabi Sentrokaspi Diktaturası” deyilən hökumət təşkil etdilər və ingilis müdaxiləçilərini Bakıya dəvət etdilər.
Azərbaycan hökuməti respublikanın bütün ərazisində hakimiyyətini təsbit etmək üçün milli qoşun hissələrinin yaradılmasına başladı. Azərbaycan milli qoşun dəstələri və könüllüləri Qafqaz İslam Ordusunun köməyi ilə sentyabrın 15-də Bakıya daxil oldular. İki gündən sonra Azərbaycan hökuməti paytaxtı Bakıya köçürdü.
Osmanlı Türkiyəsinin qoşunlarının Azərbaycan Cümhuriyyəti ərazisində hakimliyi, Osman ordu komandanlığının, ələlxüsus Nuru paşanın, Azərbaycan hökumətinin daxili işlərinə bəzən müdaxilə etməsi Azərbaycan Cümhuriyyətinin suverenliyinə toxunurdu. Osmanlı ordu komandanlığı ilə Azərbaycan hökuməti arasında ixtilaflar yaranırdı. Belə vəziyyətin kəskinləşməsinə həmçinin qara qüvvələr tərəfindən ortaya atılan “ilhaqçılıq” məsələsi səbəb olurdu. Guya Azərbaycan Osmanlı dövlətinə ilhaq olunacaq, bu dövlətin bir vilayəti şəklində idarə ediləcək. Bununla əlaqədar olaraq N.Yusifbəylinin bir Türkiyə hərbi xadimi ilə danışmasından gətirilən bir parça diqqəti cəlb edir: - Nəsib bəy demişdir: “Osmanlı ordusunun Azərbaycana gəlməsi lazımdır, amma bizi qorxudan odur ki, türklər bizi İstambuldan idarə etməyə qalxmasınlar... bizim ədəmi mərkəziyyət üzərində qurulmuş proqramımız var... Azərbaycanın ab u quruluşu başqadır – Sultan rejimi buradakı əhvala uymaz. Milli və demokratik bir idarə istəyirik” (2, səh. 306).
Çox maraqlıdır ki, M.Rəsulzadə 1920-ci illərin axırlarında erməni jurnalisti A.Xondkaryanın Kerenskinin orqanı “Dni” qəzetində “Na slujbe u Turtsii” məqaləsinə İstambulda çıxartdığı “Odlu Yurd” qəzetində, azərbaycanlılara (indiki kimi) erməni ziyalılarının “pantürkizm”lə əlaqədar iftirasına cavab olaraq yazmışdır: “Türk xalqları, onların irqi mənşəyinin, birliyinin nəticəsi olaraq bir neçə mədəni sərvətləri saxlamaq arzularına baxmayaraq, mübahisəsiz ayrı milli müstəqil dövlətlər yaratmağa can atırlar”.
Məlumdur ki, I dünya müharibəsində Sultan Türkiyənin məğlubiyyətindən sonra Mudros barışığının şərtlərinə görə Türk qoşunları 1918-ci il noyabrın əvvəllərində Azərbaycanı tərk etdilər.
Bununla belə onu da qeyd etmək lazımdır ki, o dövrdə Azərbaycan xalqının ən ağır günlərində, Türkiyənın müvəqqəti qüvvələri, Türk xalqı, Azərbaycan xalqına böyük qardaşlıq köməyi göstərmişdilər. Türkiyənin çox nümayəndələri Azərbaycanda qalıb, onun ictimai-siyasi və mədəni quruculuğu həyatında yaxından iştirak etmişlər.
Beynəlxalq müqavilə osasında Azərbaycan Antantanın nüfuz dairəsinə daxil edildi. Antanta adından ingilis qoşunları Bakıya daxil oldular. Bakının neft sərvətinə sahib olmaq Qərb imperialistlərinin çoxdankı arzusu idi.
Noyabrın 17-də general Tomsonun komandanlığı altında Ənzəlidən gələn ingilis-fransız-amerikan hərbi dəstəsinin Bakı portunda Xarici İşlər Nazirinin müavini Azərbaycan hökuməti adından təbriklə qarşıladı.
Azərbaycan Cümhuriyyətinin həyatında yeni çox ziddiyyətli vəziyyət yaranmışdı. İngilislərin işğal rejimi şəraitində, Cümhuriyyət öz müstəqilliyi, istiqlaliyyəti uğrunda çətin mübarizə aparırdı.
Antanta və başqa ölkələr hələ Azərbaycanı rəsmən tanımamışdılar. Hərçənd ki, Bakıda, İngiltərə, ABŞ, Fransa, İtaliya, Avropanın ondan çox başqa ölkələrin müxtəlif sahədə və səlahiyyətdə nümayəndələri, konsulları var idilər. Amma Antanta hakimləri Azərbaycana müttəfiqləri Rusiyanın “vahidliyi və bölünməzliyi” mövqeyindən onun bir ucqar hissəsi kimi baxırdılar.
Müttəfiqlərin Azərbaycan Cümhuriyyətini tanımamaq siyasəti, Bakıda Azərbaycan Cümhuriyyətinə düşən qüvvələrin fəallığını artırdı. Hətta Azərbaycan hökumət dairələrinin bəzi üzvlərində təslimçilik əhval-ruhiyyəsi yaranmışdı. Bu mürəkkəb və ağır vəziyyətdə Azərbaycan Cümhuriyyətinin mübariz vətənpərvərləri inadkarlıq və müdriklik göstərərək, Azərbaycan milli şurasını bərpa edib, ingilis dairələri ilə kontakt yaradaraq diplomatik vasitələrlə Tomson tərəfindən Azərbaycan ərazisində Azərbaycan hökumətinin de-fakto tanımağa nail oldular. Bu Azərbaycan Cümhuriyyətinin liderlərinin mühüm uğurlarından biri idi.
Həmçinin 1918-ci il dekabrın 7-də açılan parlamentidə (diplomatik nümayəndələr lojasında general Tomsonun nümayəndəsinin Kokkerel və başqa qonaqlar oturmuşdular) müsəlman Şərqinin ilk parlamentin yaradılmasını Azərbaycan milli-demokratik qüvvələrin böyük qələbəsi hesab etmək olar. Parlamenti təbrik nitqi ilə açan M.Rəsulzadə parlamentdə təmsil olunan partiyalara, 11 fraksiya və qruplara xitabən demişdir: “firqə ehtirasları, şəxsi qərəzləri və bütün bu kimi vətən və millət qayəsi qarşısında sofla qalan qərəzləri atıb, vətən qayğısı və millət duyğusunu hər şeydən yüksək tutmağa” çağırmışdı (7, səh. 98).
Hüquqşünas Əlimərdan bəy Topçubaşov parlamentin sədri, “Musavat” partiyasının üzvü Həsən bəy Ağayev isə onun müavini seçildi. 1918-ci il 26 dekabrda F.X.Xoyskinin sədrliyi ilə yeni koalisyon hökumət təsdiq olundu. Bu əslində Azərbaycan Cümhuriyyətinin üçüncü hökumət kabinəsi idi, general Tomson bu münasibətlə verdiyi bəyanatda qeyd etmişdir: “Azərbaycanın cənab F.X.Xoyskinin sədrliyi ilə koalisyon hökumətinin yaranmasını nəzərə alaraq mən elan edirəm ki, Müttəfiq Komandanlıq, Azərbaycan hüdudlarında yeganə yerli hakimiyyət kimi bu hökumətə tam kömək edəcəkdir” (1, səh. 122).
Azərbaycan parlamenti burjua demokratik prinsipinə əsason uyğun parlament idi. Vaxtı ilə əsas tərkibi məclisi-müəssana seçilmiş müsəlman nümayəndəliyi yaranmış, Azərbaycan Milli Şurasının təməlində və kooptasiya yolu ilə meydana gəlmiş parlament Azərbaycan xalqının siyasi şüurunun, onun milli demokratik qüvvələrinin dövrünün mütərəqqi ictimai-siyasi səviyyəsində olduğunu təsdiq edən mühüm amildir.
1918-ci il dekabr parlamenti adi parlament deyildi, o, əsl mənada xarakterik Azərbaycan parlamenti idi. O, tarixi xariqələr yaratmış bəşəriyyətə böyük dəyərlər vermiş müsəlman Şərqində, çoxəsrlik Azərbaycan salnaməsində fövqəladə bir hadisə idi. Onun elmi prinsipləri əsasında obyektiv öyrənilməsi tarixi təcrübə baxımmdan bu günümüz üçün də aktualdır.
Azərbaycan parlamentinin bir əhəmiyyəti də onda idi ki, Qərbi Avropa hakim dairələrinə Azərbaycan Cümhuriyyətinin respublika üsuli-idarəsi yaratmaq, başqa dövlətlərlə sülh, dostluq siyasəti yeridən humanist, milli demokratik əhval-ruhiyyə olduğunu gördülər. Heç də təsadüfi deyildir ki, Qərbi Avropa hakim dairələrini təmsil edən general Tomson Azərbaycan Cümhuriyyətinin suverenliyini məhdudlaşdıran bir neçə tədbirləri ləğv etmiş və ya da zəiflətmişdir.
M.Rəsulzadə “Azərbaycanın müstəqilliyi haqqında” başlığı ilə görkəmli ictimai-siyasi, dövlət və partiya xadimlərinə paylanmış anketaya belə bir qeyd etmişdir: “Azərbaycan – müsəlman aləmində birinci respublika və türk aləmində birinci dövlətdir”. Bu bəyanatı M.Rəsulzadə belə aydınlaşdırır: “Bütün başqa əsl türk mənşəli dövlətlər meydana gələndə başlıca olaraq dinə əsaslanmışlar. Azərbaycan Cümhuriyyəti halbuki milli-mədəni təyin müqəddəratın müasir təməli türk milii dernoktarik dövlətçiliyi zəminində təsis edilir və bu baxımdan bizim Cümhuriyyət ilk türk dövlətidir”. M.Rəsulzadə göstərdi ki, Azərbaycan xalqı “mənim dərin əqidəmə görə, dünyaya ab u is mədəniyyət nümunəsi verir” (9, səh. 118).
M.Rəsulzadənin bu kəlamları, fikirləri diqqəti cəlb edir, onların dərin mənalı qatlarına var gəlmək həvəsi oyadır. Bu cəhətdən “Müsavat” partiyasınm ikinci qurultayının (1919-cu il dekabr) üç rəngli bayraqlarla bəzədilmiş iclas salonunda “Yaşasın Azərbaycan Cümhuriyyətinin demokratiyası!” sözləri ilə asılmış şüar da fövqəladə məna kəsb edir.
Azərbaycan parlamentinin mühüm tədbirləıindən biri Versal sülh konfransına, Parisə Ə.Topçubaşovun başçılığı ilə səlahiyyətli nümayəndələr heyətinin göndərilməsi idi. Tərkibə görkəmli ziyalı xadimlər M.H.Hacınski, Ə.Ağaoğlu, Ə.Şeyxülislamov, C.Hacıbəyli və başqaları daxil idi. Nümayəndə heyətinin əsas məqsədi Azərbaycan Cümhuriyyətinin de-yure tanınmasına hər vəchlə nail olmaq idi.
Lakin bu məsələnin həlli ümumdünya miqyasında hakim dairələrinin, ələlxüsus Antantanın daxilində və onun keçmiş müttəfiqi çar Rusiyasının, “vahid və bölünməz Rusiyanın” bərpası siyasətinin gedişatından, həmçinin Qafqazda mövcud dövlətlərin qarşılıqlı münasibətindən və sovet Rusiyanın vətəndaş və xarici müdaxiləçilərə qarşı apardığı müharibənin nəticələrindən çox asılı idi. İranın hakim dairələrində, hətta dövlətin “Azərbaycan” adlandırılmasına etiraz səsləri, hətta “Qafqaz Azərbaycanı” öz “tarixi ərazisi” kimi iddialar eşidilirdi.
Çox maraqlıdır ki, Fevral inqilabını Kerzon və Qərb ölkələrinin başçıları Rusiyanın daxili məsələsi kimi qarşılamışdılar. Oktyabr inqilabını isə Rusiyanın daxili yox, beynəlxalq cəmiyyəti narahat edən məsələ elan etmişdilər.
Zaqafqaziya respublikaları arasında da həqiqi səmimi münasibətiər yox idi, ziddiyyətlər, ələlxüsus sərhəd, torpaq mübahisələri mövcud idi. Bu nöqteyi-nəzərdən Azərbaycan Cümhuriyyətinin bərqərarlaşdığı dövrünün zamanımız üçün çox ab u mühüm əhəmiyyət kəsb edən ibrət dərəsləri vardır.
Azərbaycan Cümhuriyyəti xaricdə nümayəndəliyinin bilavasitə fəaliyyəti nəticəsində, ələlxüsus, Azərbaycanın istiqlal gününün ildönümü münasibəti ilə Azərbaycanın tarixinə aid, Azərbaycan adı haqqında, onun iqtisadiyyatı, təbiəti və ictimai-siyasi qüvvələri, dövlət siyasəti və məqsədləri barəsində çoxlu məqalələr, broşuralar, xəritələr və məlumat kitabçası, mühazirələr, milli gecələr keçirilirdi. Parlament nəzdində isə “İstiqlaliyyət muzeyi” açılmışdır. Cenevrədə və başqa şəhərlərdə, nümayəndə heyəti görüşlər təyin edir, müxtəlif Avropa dillərində bülleten və broşuralar buraxır, Azərbaycanı təbliğ edirdilər. İldönümü münasibətilə 1919-cu ildə fransız dilində “Azərbaycan Respublikası” kitabçası buraxılmışdır.
Məlum olduğu kimi, 1919-cu ilin axırları və 1920-ci ilin əvvəlində Sovet Rusiyasında əks-inqilabi qüvvələrin məğlubiyyəti Antanta dairələrinin Sovet Rusiyasına, həmçinin onun ətrafında elan olmuş kiçik dövlətlərlə münasibətini dəyişdi. Versal konfransımn Ali Şurası 1920-ci il yanvarın 11-də Azərbaycanın və Gürcüstanın istiqlaliyyətinin de-fakto tanınması haqqında qərar qəbul etdi. De-fakto tanınması, de-yure olmasa da, əlbəttə, dövr baxımından, Azərbaycanın o zamankı real vəziyyəti baxımından çox m ühüm ictimai-siyasi hadisə idi. Birinci növbədə tarixin yeni dövründə dünya miqyasında Azərbaycan dövlətinin mövcud olduğu rəsmən elan olunmuş oldu. Şübhəsiz, konkret yaranmış situasiyada Antanta hakim dairələrinin Sovet Rusiyası ətrafında onun təsiri, nüfuzu dairəsində olan hərbcə qüvvətli dövlətlərin olması niyyəti də nəzərə alınmalıdır. Bu amillə əlaqədar olaraq elmi və siyasi cəhətdən Sovet Rusiyasınm Azərbaycan müstəqilliyini tanımaq məsələsinə o dövrdəki Azərbaycanda mövcud olan siyasi partiyaların müxtəlif və hətta, bir-birinə zidd münasibətini konkret – tarixi baxımdan düzgün təhlil və şərh etmək prinsipial əhəmiyyət kəsb edir. Bununla əlaqədar, 1919-cu il 22 dekabrda Parlamentdə Baş Nazir N.Yusifbəylinin elan etdiyi yeni kabinetin bəyannaməsindən aşağıda gətirilən sitat diqqətəlayiqdir: “Təəssüf ki, Rusiyada mübarizə aparan qüvvələrdən heç biri inana bilmir və ya inanmaq istəmir ki, o, Rusiyamn əvvəlki sərhədlərinə nail ola bilməz və öz müqəddəratım təyin etmiş xalqlar üzərində yenidən böyük dövlətçilik hökmranlığı – bu boş xülyadır. Bizimlə Rusiya arasında olan ixtilafın səbəbi bundan ibarətdir”. (3, səh. 315).
Azərbaycan xalqının tarixin yeni dövründə 3 respublikası olub, Azərbaycan Xalq Cümhuriyyəti – AXC, Azərbaycan SSR və Müstəqil Azərbaycan Respublikası. Azərbaycan Xalq Cümhuriyyəti, 70 yaşlı Azərbaycan SSR tariximizin təkzib olunmaz əbədi keçmiş və salnaməsinin silinməz səhifələridir. Vətəndaşı olduğumuz Azərbaycan Respublikası isə zəmanəmizin bu günkü həqiqətidir.
Bu üç respublika xalqımızın ictimai-siyasi yaradıcılığının, onun tarixi magistralı ilə keçdiyi yolun müxtəlif dövrlərinin məhsuludur. Bu baxımdan üç respublika millətin inkişaf rəmzi olan dərin siyasi qütbləşmənin, sinfi təbəqələşmənin təzahürüdür.
Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və suveren Azərbaycan Rcspublikasının tarixi mövcudluğu xalqımızı “bütöv” xalq, bir kütlə-köçəri məxluq kımi qələmə verən düşmənlərimizə əsaslı cavabdır. Həqiqətdir ki, tarixin mürəkkəb, ziddiyyətli, təlatümlü gedişində hər bir millətin gələcəyə doğru inkişaf yolunu ayırd etmək, ona istiqamət verməkdə millətin siyasi, ictimai qüvvələrinin bir-birinə qarşı duran cəbhələrə bölür, alternativ qaışısında qoyur. Bu mübahisəsiz həqiqətdir.
AXC-nin mühüm əhəmiyyəti ondadır ki, iri dövlətlərin, çəkişmələrin qurbanı olub iki hissəyə parçalanmış yüz ildən artıq Çar imperiyası köləsində, ucqar vilayətdə yaşamış bir millətin siyasi, milli şüurunun ifadəsi, millətin öz mənliyi, müqəddəratı uğrunda ictimai-siyasi həyata oyanması, əməli mübarizəyə başlanması rəhni idi.
AXC-ni eyni zamanda zəhmətkeşlərin, sinfi, siyasi, şüurunun inkişafında da mühüm rol oynadı. Xalqın əksəriyyətinin milli mənafeyini hansı siyasi qüvvələr ardıcıl qoruyub həyata keçirə bilər məsələsini müəyyən dərəcədə aydınlaşdırdı.
Bu baxımdan, AXC, həmçinin Azərbaycan SSR-nin meydana gəlməsi üçün obyektiv və subyektiv amillərdən ibarət zəminin yaranmasında mühüm rol oynadı və həmçinin bu iki Respublikanın özləri də yeni üçüncü respublikanın, əsl müstəqil Azərbaycan Respublikasının, suveren Azərbaycan dövlətinin bərqərar olması tarixi şansının özəli oldu.
Azərbaycan xalqının əsrlər boyu qəlbində yaşatdığı milli dövlətçilik arzularının gerçək ifadəsi olan və ömrü cəmi 23 ay çəkən Azərbaycan Xalq Cümhuriyyəti ürəklərdə elə bir məşəl alovlandırdı ki, təqribən 70 il ərzində hökmranlıq etmiş totalitar ab u ist rejiminin amansız cəza-repressiya maşını ab u məşəli söndürə bilmədi (6).
Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyində Heydər Əliyev 1918-1920-ci illərdə Azərbaycanın dövlət müstəqilliyini və 2 illik fəaliyyəti ilə dünya dövlətlərinin sırasına qoşulmuş milli hökumətin fəaliyyətini yüksək qiymətləndirərək demişdir: “Xalq Cümhuriyyətinin 80 illik yubileyinə respublikamızda hazırlıq aparılarkən elmi konfranslar, müxtəlif müşavirələr, təntənəli mərasimlər keçirilmişdir. Tarixçilər, ədəbiyyatçılar, mədəniyyət xadimlərimiz Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti ilə bağlı geniş tədqiqat işləri aparmış, çox maraqlı faktlar meydana çıxmışdır. Bir çox tədqiqat əsərləri nəşr olunmuşdur”. Ulu öndər Heydər Əliyev Cümhuriyyət dövrünün təhlilini verməklə yanaşı, çağdaş Azərbaycan tarixçiləri qarşısında bir çox məsul vəzifələr də qoyaraq demişdir: “Ümidvaram ki, Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı bu işlər uğurla davam etdiriləcəkdir. Xalq Cümhuriyyətinin yaranması, onun yaranmasına qədərki dövr və 2 illik fəaliyyəti tarixi əsərlərdə öz əksini olduğu kimi tapacaqdır” (5).
Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq hərəkatı tarixində dərin iz qoydu. “Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır. Ən əsası odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu. Bu cümhuriyyətin yaradılmasında müstəsna xidmətləri olan Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Nəsib bəy Usubbəyov, Mehdi bəy Hacınski, Məmməd Yusif Cəfərov, Xudadat bəy Rəfibəyov, Əkbər ağa Şeyxülislamov, Teymur bəy Makinski, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Sultanməcid Qənizadə, Xəlil bəy Xasməmmədov, Əhməd bəy Pepinov, Şəfi bəy Rüstəmbəyov kimi görkəmli ictimai xadimlərin xatirəsini qədirbilən Azərbaycan xalqı bu gün də böyük ehtiram hissi ilə yad edir” (4).
Kəlam var ki, “tarixi təcrübə həyatın daimi müəllimidir”. Azərbaycan Cümhuriyyətinin təqribən ikiillik varlığı dövründə Azərbaycan xalqının iqtisadi, siyasi və mədəni həyatında dövrünə görə çox mühüm mütərəqqi milli demokratik dəyişikliklər baş vermişdir. Həmçinin də onu da qeyd etmək lazımdır ki, Cümhuriyyətdə hakimiyyət burjua-mülkədar hakimiyyəti idi. Eyni zamanda AXC-nin yaranması Azərbaycan millətinin inkişafı timsalı idi, onun tarixin yeni dövrünün türk, müsəlman aləmində ilk respublika dövlət qurumu və qabaqcıl millətlərdən biri olduğunu təsdiq edirdi.
Azərbaycan Xalq Cümhuriyyəti, cəmi 23 ay yaşamasına baxmayaraq, sübut etdi ki, ən qəddar müstəmləkə və repressiya rejimləri belə Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyildir.


Mənbə və ədəbiyyat

1. Azərbaycan Cümhuriyyəti (1918-1920). Bakı, 1998.
2. Azərbaycan Cümhuriyyəti (1918-1920). Bakı, 1998.
3. Azərbaycan Cümhuriyyəti (1918-1920). Bakı, 1998.
4. Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi. “Azərbaycan” qəzeti, 29 may 1998-ci il.
5. Əliyev H.Ə., Xalqımızın birliyi və dövlətimizin düzgün siyasəti sayəsində müstəqilliyimizi qoruyub saxlayacaq, daha da möhkəmləndirəcəyik // “Azərbaycan” qəzeti, 28 may 1998.
6. İsgəndərov A.C., Heydər Əliyev və Azərbaycan Xalq Cümhuriyyəti // “Dövlət idarəçiliyi” jurnalı, 2013, № 1 (41).
7. Rəsulzadə M.Ə. Bakı və Azərbaycan tarixinə dair əsərlər (1918-1919). Bakı, 2013.
8. Rəsulzadə M.Ə. Bakı və Azərbaycan tarixinə dair əsərlər (1918-1919). Bakı, 2013.
9. Rəsulzadə M.Ə. Bakı və Azərbaycan tarixinə dair əsərlər (1918-1919). Bakı, 2013.


Агил Влизаде

ИСТОРИЧЕСКОЕ ЗНАЧЕНИЕ АЗЕРБАЙДЖАНСКОЙ ДЕМОКРАТИЧЕСКОЙ РЕСПУБЛИКИ

Резюме

В этой статье описывается история Азербайджанской Демократической Республики. Большим и знаменательным событием в жизни азербайджанского народа стало провозглашение Азербайджанской Демократической Республики 28 мая 1918 года. Эта дата торжественно отмечается как День Республики. Хотя Азербайджанская Демократическая Республика просуществовала всего 23 месяца, она доказала, что даже самые жестокие колониальные режимы и репрессии не в состоянии уничтожить идеалы свободы и традиции государственной независимости азербайджанского народа.
Азербайджанская Демократическая Республика, являвшаяся первой парламентской республикой в истории азербайджанского народа, одновременно была и первым образцом демократического, правового и светского государства на всём Востоке, в том числе и в тюрко-исламском мире. Азербайджанская Народная Республика по своему политическому строю, проведённым в жизнь мероприятиям по демократическому государственному устройству, а также по поставленным перед собой целям и задачам не отставала от традиционных демократических республик Европы.
Роль Азербайджанской Демократической Республики в истории государственности нашего народа и общественно-политической мысли неоценима. После восстановления своей независимости в 1991 году азербайджанский народ, следуя идеалам Азербайджанской Демократической Республики, создал на основе этого исторического наследия новое независимое государство Азербайджан.


Agil Velizade


HISTORICAL SIGNIFICANCE OF AZERBAIJAN DEMOCRATIC REPUBLIC

Summary

This article concerns the history of Azerbaijan Democratic Republic. The establishment of Democratic Republic of Azerbaijan on May 28, 1918 was a historic event and one of the glorious pages in our history. This significant date is celebrated as Republic Day in Azerbaijan anniversarily. Within 23 months of its existence the Democratic Republic of Azerbaijan became a clear evidence of the fact that even the most atrocious and oppressive colonial regimes were unable to eradicate the ideas of liberty and independent statehood traditions of the Azerbaijani nation.
The Democratic Republic of Azerbaijan as the first parliamentary republic in the history of Azerbaijan was the first model of a democratic secular state based on the rule of law at the same time all over the East, including the Turko-Moslem world. The Democratic Republic of Azerbaijan was quite up to the level of the traditional European democracies by its political structure, steps undertaken in the state-building process, as well as level of its ultimate objectives and goals.
Azerbaijani people restoring state independence in 1991 made a use of the rich statehood traditions of the Democratic Republic of Azerbaijan and established the independent Azerbaijan State on the basis of this historical heritage.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar