Sizin Reklam Burada
Xəbər lenti
04-12-2024
03-12-2024
BÜTÜN XƏBƏRLƏR

Xorvatiya prezidenti Azərbaycandan nə apardı?

Tarix: 27-10-2016 09:07     Baxış: 4522 A- / A+
Xorvatiya prezidenti Azərbaycandan nə apardı?


Ekspert: “Azərbaycanla əməkdaşlıqda Xorvatiyanın geosiyasi marağı daha öndədir”
Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviçin Azərbaycana rəsmi səfəri başa çatdı. Xanım prezident Bakıda yüksək səviyyədə qarşılanmağından və keçirdiyi görüşlərdən məmnunluq ifadə edib, siyasi əməkdaşlıqla bərabər, iqtisadi sahədə də iki ölkə arasında gələcək müqavilələrin bağlanması arzusunu dilə gətirib. ARDNŞ rezidenti Rövnəq Abdullayevlə görüşü zamanı isə Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri ilə bağlı təklifini səsləndirib.

Bəs bu iki ölkə bir-birilə hansı müstəvidə əməkdaşlıq edə, dəstək verə bilər, Xorvatiya prezidenti Azərbaycandan nə apardı? Politoloq Mübariz Əhmədoğlu iki ölkə arasında bir çox istiqamətlərdə əlaqələrin ola biləcəyindən söz açdı: “Azərbaycanın Xorvatiya ilə siyasi münasibətləri çox üstün səviyyədədir. Xorvatiya prezidenti ilə razıyam ki, iqtisadi əlaqələrimiz hələ ki siyasi əlaqələr səviyyəsində deyil. İki ölkə arasındakı münasibətlər Azərbaycanın enerjisinin rolu olmadan qurulan əlaqələrdir. Yəni vaxtilə Xorvatiya və Azərbaycan arasında qaz, neft məsələsi elə də aktual deyildi. Düşünürəm ki, hələ uzun müddət də iki ölkə arasında enerji məsələsi aktual olmayacaq. Qeyri-neft sahələrində isə əlaqələr ciddi sürətdə inkişaf edəcək. Xorvatiya Azərbaycanı bizə lazım olan dövrdə müasir gəmilərlə təmin etdi. Məlumdur ki, Azərbaycanın Xəzərdəki ticarət donanması SSRİ dövründə ən üstün donanma olub. Hazırda da bizim ticarət donanmamız digər xəzəryani dövlətlərdən fərqlənir. Sovet dönəmində bir çox istiqamətlər üzrə tənəzzül etsək də Xəzər vasitəsilə daşımalarda üstünlüyümüz dəyişmədi. Bu məsələdə qeyd etdiyimiz kimi, Xorvatiya ilə əlaqələrimizin rolu böyükdür. İndi də əczaçılıq, turizm sahəsi üzrə əməkdaşlıq çox aktualdır. Düşünürəm ki, bu məsələlər yaxın zamanlarda praktiki həllini tapacaq. Qazla bağlı danışılan fikirlər isə hesab edirəm ki, strateji müstəvidədir. Azərbaycanın balkanlarda iş qurmaq istədiyi ölkələr artıq bəllidir. Geosiyasi baxımdan Xorvatiya bizim üçün eyni zamanda ona görə cəlbedicidir ki, o, həm NATO-nun, həm də Avropa İttifaqının üzvüdür”.

Ekspertə görə, Xorvatiya-Azərbaycan münasibətləri ilə bağlı çox həssas məsələ də var: “Bizim Xorvatiya ilə isti münasibətlərimiz, Xorvatiyanın bəzi tarixi problemi qonşuları ilə aramızda gərginlik yaradır. Misal üçün, Slovakiyanı qeyd edə bilərik. Hansı ki, bu ölkə ilə Xorvatiyanın arasında kifayət qədər ciddi problemlər yaşanır. Azərbaycanla Xorvatiyanın münasibətləri kifayət qədər inkişaf etdiyi üçün Slovakiyada belə bir rəy yaranır ki, biz, guya xüsusi olaraq bu ölkəyə qayğı göstəririk. Ona görə də Slovakiya Azərbaycanın əleyhinə olan müəyyən addımlar atır. Misal üçün, Ermənistana təklif edirlər ki, İranla dəmir yolu çəkin, slovaklar bunu maliyyələşdirəcəklər. Bir milyarda qədər investisiya qoyacaqlarını deyirlər. Bundan əlavə, Azərbaycan BMT Təhlükəsizlik Şurasına yenidən üzv seçilən zaman Slovakiya axıra qədər bizə qarşı getdi. Onların bizə bu cür münasibəti, şübhəsiz ki, Xorvatiya ilə əlaqələrimizə görədir. Bu baxımdan, hesab edirəm ki, Xorvatiya ilə əlaqələrimizi zərrə qədər də azaltmadan, Slovakiya ilə münasibətlərimizdə müzakirələrə gedə bilərik”.

M. Əhmədoğlu Xorvatiyanın Azərbaycandan nə istəməsi ilə bağlı aşağıdakıları bildirdi: “Xorvatiyanın Azərbaycandan istədiyi bir çox ciddi məsələlər var. Onlar hesab edirlər ki, inkişaf üçün qarşına böyük məqsədlər qoymalısan. Anlayırlar ki, Balkan ölkələri arasında indiki nüfuzlarından irəli gedə bilməyəcəklər. Tarixi yerləri bəllidir. Diqqət etdinizsə, xanım prezident Avrasiya materikində, təhlükəsizlik, sabitlik məsələsini gündəmə gətirdi. Azərbaycanla əməkdaşlıqda Xorvatiyanın geosiyasi marağı daha qabaqdadır. Təbii ki, istəyəcəklər iqtisadi baxımdan da əlaqələr olsun. Lakin əsas dostluq və geosiyasi əlaqədir. Azərbaycan hazırda dünyada baş verən maliyyə böhranından çox gözəl çıxış yolları tapa bildi. Ölkə başçısı sübut etdi ki, istənilən vəziyyətdə dövləti idarə edə bilir. Xorvatiya və digər ölkələr də bunu yaxşı dərk edirlər. Ona görə bu hal Xorvatiya üçün də cəlbedicidir. Onlar da çalışırlar ki, Azərbaycan kimi bir dövlətlə dost olsunlar. Bundan öncə də eyni qayda üzrə Venesueladan dostluq vədi aldıq. Azərbaycanla əlaqədə Xorvatiya üçün ilk öndə gələn dostluq, geosiyasi və nəhayət, iqtisadi maraqlardır”.

Ə. RAİS

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar