Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Öldürülən polislərə niyə milli qəhrəman adı verilmir?:Səbəb ictimai nəbz yoxlaması, yoxsa dövlətin ehtiyatlı davranışıdır?!

Tarix: 12-07-2018 22:19     Baxış: 3592 A- / A+
Öldürülən polislərə niyə milli qəhrəman adı verilmir?:Səbəb ictimai nəbz yoxlaması, yoxsa dövlətin ehtiyatlı davranışıdır?!

Gündəmdən düşməyən Gəncə hadisələri hər dəfəsində bir bucaqla müzakirəyə çıxarılır. Fərqli yanaşmaların olması, çox səsin çıxması ümumilikdə plüralizm adlandırıla bilər, ancaq ucalan səs və eyhamlardan, vurğulanan fikirlərdən olduqca təhlükəli olanları nəinki yox, əksinə çoxalmaqdadı.
Artıq bu plüralizmdən daha çox separatizmə yol açır, cəmiyyətin faktiki bölünməsinə şərait yaradır, insanların dövlət qurumları, xüsusilə güc strukturlarıyla aralarındakı bağlarının çözülməsini tətikləyir. Ən çox da sosial şəbəkələrdə profil arxasında gizlənən insanların düşüncələrini açıq ifadə etməsi, onların rahat aqressiyalarını bölüşə bilməsi, terrora və iğtişaşa dəstək verənlərin olması, hadisədən məqsədləri, küskünlüklərini dilə gətirmək üçün istifadə edənlərin genişlənməsi müşahidə olunur. Təhlükəli tendensiya isə şəbəkələşməyə meyillilik, bunun üçün düşüncələrdə “milli qəhrəman” ideoloji bazasının yaradılmasına cəhddır ki, heç bir halda qəbul olunmaz və yol verilməz haldır. Öncədən düşünülmüş və ideoloji bazası belə hazırlanmış Gəncə hadisələri kontrol altında olsa da, təhlükə tam keçmiş sayıla bilməz. Və bu olayların məhz sözegedən kəsimdə gələcəyə yönəlik ictimai psixologiyada yarada biləcəyi fəsadları hesablamaq, onların aktivlik dərəcəsini müəyyənləşdirmək, habelə həmin insanların kəsilib atılması deyil, məhz yenidən cəmiyyətə qazandırılması yönündə ciddi cəhdlə çalışmaq lazımdır.

Bu təkcə dövlətin yox, eləcə də toplumun digər hissəsinin işi olmalıdır. İnsanların bir birini dinləməsi, baş verənlərə doğru qiymət verməsi, hər şeydən əvvəl, kimlərinsə əlində alətə çevrilməməsi ümdə şərtlərdəndir. Paralel olaraq dövlətin bütün toplumu qucaqlaması, yadlaşdırma tendensiyasında qaçılması, mövcud narazılıqları aradan qaldırmaq üçün əməli addımların atılması vacibdir. Təbliğat mexanizmi sırf əməli fəaliyyət, real gözlə görünən və hiss olunan nəticlər üzərində qurulmalıdır ki, insanların ən azından milli məsələdə fərdiyyətçilikdən yaxa qurtarmasına nail olunsun. Uzun, ciddi və hər an yeni siyasi situasiya doğura biləcək yoldur, ancaq dövlətin əsaslı duruşu olarsa, əminəm ki, toplum eyni hədəfə irəliləyər, gələcəkdə də istənilən bənzər tendensiyalarda daha real və tək səslə qarşılıq verər. Yuxarıda sadalanan məsələlərin həllini tapdığını düşünək, anoloji hadisənin baş verməsi zamanı dövlətin və millətin verdiyi reaksiyaya bir anlıq nəzər yetirək. Hansısa qrup(lar) tərəfindən iğtişaş baş verir, millət ilk növbədə onun qarşısını almağa çalışır, hadisələr məcrasından çıxır, dövlət qurumları dövrüyyəyə girir, hər şeyi nəzarət altına alır.

Öldürülən polislərə niyə milli qəhrəman adı verilmir?:Səbəb ictimai nəbz yoxlaması, yoxsa dövlətin ehtiyatlı davranışıdır?!


İstənməyən hadisələr nəticəsində hüquqi vəzifələrini və peşə fəaliyyətini yerinə yetirən insanlar həyatlarını itirirlər. Veriləcək ilk reaksiya vətəndaş cəmiyyətinin həmin insanların milli qəhrəman olmasını barədə dövlətə ictimai sifarişi göndərməsi olmalıdır. Ancaq bu gün tamam fərqli mənzərə yaranıb, iğtişaş törədən “milli qəhrəman” elan edilir, dövləti qoruyanlara isə bu adın verilməsi nəinki ictimai sifariş olmur, hətta dövlət konkret real addım atmaqda tərəddüd edir. Təssəvvür edin, ölən polislərə milli qəhrəman adının verilməsi barədə heç danışan belə yoxdu. Hüquqi olaraq belə bir addımın atılması prezidentin iradəsindən asılı olsa da, yerlərdən yüksələn səslərin, sifarişin,yüksək tribunadan irəli sürülən təkliflərin də rolu az deyil. Doğurdan da dövlətin siyasi quruluşunun dəyişdirilməsinə yönələn hadisələrin qarşısının alınmasından söhbət gedirsə, o zaman hüquqi və mənəvi olaraq onlar bu ada laiqdirlər. Ziddiyyət odur ki, bunu gündəmə gətirməyə nə cürətləri çatır, nə də düşünülür. Səbəb? Təklif etsək, görən dövlətin siyasi kursuna uyğundurmu və ictimai rəydə qıcıq yarada bilərmi kimi suallar bir daha onu göstərir ki, dövlətin vətəndaşla olan bağı bir media qurumunun, yüksək vəzifəli məmurun, qurumun, siyasi təşkilatın əlində olmalı deyil. Sadalananlar sadəcə bu yolda vasitə ola bilər. Sözügedən əlaqə millətin qəlbində, dövlətin vicdanında olmalıdır. Əks halda, nə ölən polisimizə laiqincə sahib çıxacağıq, nə də cəmiyyətdən qopmaqda olan qrupları yenidən topluma qazandıra biləcəyik.

Rövşən Rəhimli
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar