Sizin Reklam Burada
Xəbər lenti
04-12-2024
03-12-2024
BÜTÜN XƏBƏRLƏR

Qondarma “soyqırım”ı üç dəfə tanıyan ölkənin təmsilçiləri BAKIDA NƏ AXTARIR?

Tarix: 30-09-2016 09:03     Baxış: 3494 A- / A+
Qondarma “soyqırım”ı üç dəfə tanıyan ölkənin təmsilçiləri BAKIDA

Elxan Şahinoğlu: “Heç olmasa, Türkiyə və Azərbaycan əleyhinə digər mümkün təhlükələr önlənməlidir”
Uruqvay parlamentinin nümayəndə heyəti bu həftə Bakıda olub və hakimiyyət təmsilçiləri ilə bir sıra görüşlər keçirib. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.


Əslində Azərbaycana az qala hər gün xarici ölkələrdən nümayəndə heyətləri təşrif buyurur və onların bir çoxu ölkə rəhbərliyi ilə görüş imkanı qazanır. Bu mənada barəsində bəhs olunan heyətin səfərini də adi qarşılamaq olardı. Lakin yada salmaq lazım gəlir ki, Uruqvay qondarma “erməni soyqırımı”nı tanıyan ilk ölkədir. Uruqvay hələ 1965-ci ildə, 1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələri ermənilərə qarşı “soyqırım” aktı kimi tanımaqla Türkiyəyə qarşı olduğunu, ermənilərin yanında dayandığını təsdiqləyib. Özü də bu ölkə saxta iddiaları bir dəfə qəbul etməklə kifayətlənməyib. 2004 və 2005-ci illərdə də qondarma “erməni soyqırımı” iddialarını qəbul etməklə “soyqırım”ı “üçqat tanıyan” ölkə kimi tarixə düşüb. Ermənilərin təsir gücünün güclü olduğu digər Cənubi Amerika dövləti, qonşu Argentina isə “erməni soyqırımı”nı Uruqvaydan 20 il sonra 1985-ci ildə tanıyıb. Ermənipərəst qüvvələrin təsiri altında olan bu dövlətin bəzi təmsilçiləri Azərbaycanın ərazi bütövlüyü ilə bağlı da yanlış davranış sərgiləyiblər.

Xatırladaq ki, bir neçə il öncə parlament sədri Xorx Orukin rəhbərlik etdiyi Uruqvay nümayəndə heyəti Dağlıq Qarabağa səfər etmişdi. Hətta o zaman ermənilərə yaxınlığı ilə seçilən “Regnum” agentliyi İrəvandakı mənbələrə istinadən Uruqvayın tezliklə Dağlıq Qarabağda səfirlik açacağı və onun müstəqilliyini tanıyacağını yazmışdı. Təqribən 4 milyon əhalisi olan ispandilli kiçik aqrar ölkədə ciddi erməni diaspor təşkilatının fəaliyyət göstərməsi Türkiyə və Azərbaycana qarşı meylləri gücləndirib və bu, dövlət siyasətinə də təsir edib. Ancaq şübhəsiz ki, əlaqələri kəsmək, küsüb-incimək çıxış yolu deyil və davamlı diplomatik-siyasi-mədəni, hətta ehtiyac olsa, iqtisadi əlaqələri dərinləşdirməklə Uruqvayla, o cümlədən Cənubi Amerika ölkələri ilə normal münasibətlər qurmaq, ədalətli mövqeyimizin dəstəklənməsinə nail olmaq lazımdır.

Politoloq Elxan Şahinoğlu da bu barədə “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, Uruqvayla əməkdaşlığa normal yanaşır: “Azərbaycan digər dövlətlər kimi Latın Amerikası ölkələri ilə əməkdaşlığa da önəm verməlidir. Bu dövlətlər say etibarilə çoxdurlar və bir çox beynəlxalq məsələdə oxşar mövqe ortaya qoyurlar. Vaxtilə erməni lobbisi ”erməni soyqırımı"nın tanınması yürüşünə məhz Latın Amerikasından, daha dəqiq desək, Uruqvaydan başlamışdı. Bəlkə də o zaman Türkiyə bunu ciddi qəbul etmədi, ancaq Uruqvay “nümunəsinə” Avropa ölkələri də qoşuldular. Bu, həm də ona görə baş verdi ki, Türkiyə Latın Amerikasında fəal deyildi. Eyni səhvi Azərbaycan təkrarlamamalıdır". E.Şahinoğlunun sözlərinə görə, yaxşı haldır ki, Azərbaycan XİN bu ölkələrdə səfirliklərin sayını artırır: “Məsələn, bugünlərdə Çili parlamentindən nümayəndə heyəti Bakıya gəlmişdi. Onlarla görüşdə prezident İlham Əliyev vurğuladı ki, iki ölkə arasındakı münasibətlərin inkişafına və təmasların artmasına ehtiyac var. Bu, digər Latın Amerikası ölkələri üçün də keçərlidir. Təsadüfi deyil ki, Azərbaycan diplomatları Uruqvayla da sıx əlaqələr qurmağa çalışırlar. Artıq bu ölkənin deputatları arasında Azərbaycanla əlaqələrə önəm verənlərin sayı artır. Bu isə o deməkdir ki, sabah erməni lobbisi Uruqvay və digər Latın Amerikası ölkələri üzərindən yenə Türkiyə və ya Azərbaycana qarşı təxribat xarakterli addım atmağı planlaşdırsa, əvvəlki dövrlərdən fərqli olaraq heç olmasa qarşısında hansısa qüvvəni görəcək, həmin qüvvə isə Azərbaycandan yana olacaq”.

Politoloq xatırlatdı ki, Latın Amerikası ölkələrində yaşayan erməniləri və onların təsir gücünün az olmadığını da nəzərə almaq lazımdır: “Bu ölkələrdə azərbaycanlılar yaşamır, ona görə də biz bu ölkələrdəki varlığımızı diplomatik fəallıqla əvəz etmək məcburiyyətindəyik. Amerika qitəsindəki tanıtım fəaliyyətimizin müsbət nəticələri də var. Meksika bunun ən bariz nümunədir. Meksika Senatı Xocalı soyqırımını tanıyıb. Üstəgəl, Meksika Azərbaycan torpaqlarının işğalı məsələsində haqlı mövqeyimizi dəstəkləyir. Məsələn, bugünlərdə Meksikanın Azərbaycandakı səfiri dedi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə BMT-nin 4 qətnaməsinin yerinə yetirilməsi vacibdir. Tərəfdaş adlandırdığımız Rusiyanın və ya Qərbin hansı diplomatı BMT qətnamələrini xatırlayır? Bu baxımdan, düşünürəm ki, Meksika və Amerika qitəsindəki digər dövlətlərlə əməkdaşlıq genişləndirilməli, ortaq iqtisadi layihələr gündəmə gətirilməlidir”.

Maraqlıdır, Azərbaycan Uruqvayı inandıra bilərmi ki, o, Türkiyəyə qarşı yanlış davranıb və səhvini düzəltməsi lazımdır? E.Şahinoğlu hesab edir ki, artıq bu, gecdir: “Ancaq heç olmasa, Türkiyə və Azərbaycan əleyhinə digər mümkün təhlükələr önlənməlidir. Bir də ki, Türkiyənin özü niyə Latın Amerikasında fəal lobbi fəaliyyəti həyata keçirmir? Bir az da günahı özümüzdə axtaraq. Erməni lobbisi bizim yaratdığımız boşluqdan məharətlə istifadə edir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar