Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Nigar Arif: "Dodağının arxasında açmadığın dərd qapısı" -ŞEİRLƏR

Tarix: 03-06-2017 14:33     Baxış: 21 634 A- / A+
Nigar Arif: "Dodağının arxasında açmadığın dərd qapısı"

Manevr.az gənc şair Nigar Arifin şeirlərini təqdim edir:

Tələsir...

Tutub ətəyimdən yellənən külək,
Saçımı özünə oyuncaq edib.
Nə bilsin o şıltaq adam deyiləm,
Nə bilsin ərköyün vaxtlarım gedib.

Atılıb boynuma şirinlik edir,
Cırnadır üzümdə qırışları da
Nəsə pıçıldayıb, nəsə danışır,
Qəlbimin ən dərin yoxuşlarında.

Burnuma gətirir nənəm bişirən,
O qoğal ətrini, yuxa ətrini.
Duyuram hər axşam nağıl söyləyən,
Baba könlündəki nəvə xətrini.

Hardasa, hardasa zaman oxuyur,
O ötən günlərin şən bəstəsindən.
Xətrimə dəyməyən bağça-bağların,
Bağrından dərdiyim gül dəstəsindən.

Soyudur qayğısız, xoş çağlarımda,
Sürünən keçmişin ayaq izini.
Bir bulud dolaraq kipriklərimin,
Ucundan üzümə qoyur dizini.

Boylanib cibimə şitənir hərdən,
Bilmirəm bu külək məndə nə gəzir.
Otuzca qəpikdi olan-qalanım,
Onu da bu sabah demişəm nəzir.

Yapışıb nədənsə düşmür yaxamdan,
Qocalıq elə hey bu yana əsir.
Deyəsən getdikcə külək oluram,
Ürəyim durmağa yaman tələsir.

Səsizlikdə sən varsan

Haçandır düşmüsən könlümə, gülüm,
Həsrətin tikanı sinəmə batır.
Sənsizlik verərkən canıma zülüm,
Xəyalın hərdən-bir başımı qatır.

Bu sevgi dəyəsən mənə düşməyib,
Dərdindən yamanca arıqlamışam.
Xəbərin də yoxdu, hardan biləsən,
Nə qədər rəsmini qucaqlamışam.

Bəzən danlayıram özüm-özümü,
Gah səndən küsürəm, gah barışıram.
Tez-tez yoxluğuna tutub üzümü,
Bilirsən nə qədər söz soruşuram?

Cavabsız suallar verib əl-ələ,
İnciyib yenə də geri qayıdır.
Fikirlər yatmağa qoymur gecələr,
Səs salıb qəlbimdə səni oyadır.

Yox, elə bilməki çox darıxıram,
Sənsizlik sözündə sən varsan axı.
Arabir yollara dönüb baxıram,
Hansı yol de bizi qaytarsın axı?

Bir görüş zamanın bircə saatı,
Qoparar ömürdən neçə səhifə
Elə bil günlərin tutub inadı,
Keçmirlər mən səni düşünüm deyə.


Qorxuram...

Bir dəfə məndən soruşmuşdun:
"Sən heç sevincindən uçmusan?"deyə.
Cavabında "yox"dedim,
Güldünki:"niyə?"
Çünki nə vaxt uçmaq istəsəm,
yadima düşübki qanadım yoxdu...
Buna görə də əksinə,
ayağımı bərk-bərk,
bərk-bərk dirəmişəm yerə.
Bilirsən, əzizim, qorxuram,
qorxuram əslində.
Birdən ayağımın altından,
bu yer də qaçar deyə...

Mənim albomum

Mənim albomum aynalar idi…
Yağış yağanda,
Hərdən səmada buludlar qar
yoğuranda,
Evimizdə isti hava buxarlananda,
Külək soyuqdan qaçıb
ətrafa duman saranda,
Qaranlıqdan ay işığı süzülüb
üzünü pəncərəmə yaxanda,
Mənim albomum aynalar idi…
Çəçələ barmağım küsərdi həmişə
şəkil çəkəndə,
Daha çox işarə barmağım gələrdi köməyimə.
Ortancıl, elə ortada qalardı,
Nişan barmağımsa, nə çəkdiyimi nişan alardı.
Bax beləcə… beləcə rəsmim də tamamlanardı…
Çox vaxt bir qız idi hədəfim,
Üzü mənə sarı,yolu qarşı tərəfim.
Bənizi günəş,gözləri ulduz,
Saçları sonsuz,
Köksündə ürək,
Uca bir ağaca söykənmiş kürək
Bir də səmadan aşağı vurnuxan baxış,
Bu baxışdan yavaş-yavaş
tökülüb, yıxılan yağış,
Məni çağırardıki "gəl bizə qarış”…
Arabir peyda olan bir
təbəssüm vardı bu tabloda…
Ağızı qulaqlarında,
çürük diş görsənərdi.
Bax o çürük dişdə də,
Uşaqlığın saflığı,qayğısı gizlənərdi.
Tez böyümək arzusu,
O uşağın qəlbindən,
Kipriyinə dırmaşıb,
Gözlərinə enərdi.
Hə… əcəb günlərim idi…
İndi yağış yağanda,
Səmada buludlar qar yoğuranda,
Evimizdə isti hava buxarlananda,
Külək soyuqdan qaçıb
ətrafa duman saranda,
Qaranlıqdan ay işığı süzülüb
üzünü pəncərəmə yaxanda,
O albomdan çıxır uşaqlığım,
Baxıramki böyüyüb xeyli…
Böyüyüb,lap elə mənim kimi.
Dayanır gözümün qabağında,
Yaddaşımın yaddan çıxmış bağında,
Və mənə deyir: Salam, mən gəldim...

Görəsən necəyəm

Bugün evdə yoxam mən...
Uzaqlara getmişəm...
Heç bilmirəm hardayam...
İşə bir bax dəyəsən,
Öz gözümdən itmişəm...
Eh, nə bilim..bəlkə də,
Bəlkə də tələsəndə
xəyalların dalınca,
Yaşamağa doyunca,
özümə gecikmişəm.
Mən bizə çatım deyə,
belkə də tanımayıb,
öz yanımdan ötmüşəm...
Fikir götürüb məni,
Ac qalıb arzularım,
fikir ötürüb məni...
Bugün evdə yoxam mən.
Əlim qapımı döyür,
Açılmır ürəyim də,
elə özünü söyür...
Sənsizlik ocağına,
atıb yandırır məni.
Ölüm qoxusu gəlir,
Bu həyat komasından,
qəfil oyadır məni.
Sönüb ümid işığım.
Ağ günə çıxa bilmir,
Kor qoyduğun bu
qaragün otağım.
Özümün qınağıyam...
Özüm olmayan evdə,
özümün qonağıyam.
Bugün evdə yoxam mən,
Soruşmaki necəyəm.
Elə səni tapandan,
Mən özümdən köçənəm.
Görəsən mən necəyəm,
Görəsən mən necəyəm?....

Gedirəm özümə gəlməyə

Çəkil, dünya, çəkil, çəkil...
gedirəm özümə gəlməyə.
Elə nə vaxt ağlayıram,
başın qarışir gülməyə...
Gül, gül doyunca,
Ağladığın,ağladığım yol boyunca,
İçinə qov kədərini,
Tut boynundan,as gülüşdən
o həyasız qəhərini.
Gül...gül, təki gülüşlər də bilməsin,
Dodağının arxasında
açmadığın dərd qapısı,
Hansı sirrlə, hansı həyat
silləsindən qıfıllanıb...
Gül,təki heç kim bilməyə...
Nə varki gülə-gülə,
Gülə-gülə, yeriyə-yeriyə,
ayaq üstə ölməyə?.

Nigar Arif

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar