Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Təhsilin inkişafı ilə bağlı köhnə ənənələr, qaydalar artıq yararsızdır” – Mönsüm Alışov

Tarix: 23-02-2023 20:14     Baxış: 2852 A- / A+
Mönsüm  Alışov 
 
Ali məktəblərə qəbul imtahanlarının nəticəsinə əsasən hər il yüksək bal toplayan gənclərin əksəriyyəti özəl məktəb və liseylərin məzunları olur. Bu göstərici adıçəkilən müəssisələrdə tədrisin keyfiyyətinə bariz nümunədir. Doğrudur, özəl təhsil sektoru ilə də bağlı cəmiyyətdə bir neçə narazılıq yaradan detal var. Amma keyfiyyətli xidmət əksər hallarda narazılıqların qarşısını kəsmiş olur. 

Bu gün Azərbaycanda özəl təhsil sektorunun inkişafı üçün hansı addımlar atılmalıdır?
 
Manevr.az bildirir ki, "İdrak" Liseyinin təsisçisi, professor Mönsüm  Alışov Moderator.az-a açıqlamasında  özəl təhsil sektorunda tədrisin keyfiyyəti haqda danışarkən maraqlı məsələlərə toxunub. O,  tədrisin inkişafı üçün köhnə qaydaları yararsız hesab edir:

“Təhsilin inkişafı ilə bağlı köhnə ənənələr, qaydalar artıq yararsızdır. Müasir təhsil konsepsiyası olmalı, təhsilin inkişafı üçün müasir informasiya kommunukasiya texnologiyalarından istifadə edilməli, tədris yaddaş məktəbindən təfəkkür məktəbinə keçməlidir. Bunun üçün bir çox üsullar var. 6 ildən artıqdır ki, rəhbərlik etdiyim İdrak Liseyndə mənim patentim fəaliyyət göstərir. Bu patentlə şagirdlər dərslikdən daha az istifadə edirlər. Belə ki, müəllim dərsi yüksək səviyyədə keçir, izahı bazaya yükləyir. Şagird evə gedəndə bazadakı şəxsi hesabına daxil olur, sabahkı dərsə qulaq asır. Müəllimin izahına ehtiyacı olan qeydləri götürür. Sonda müəllimin  suallarını cavablandırmalı olur. Bu sualları cavablandırmaq üçün o, bir neçə dəfə dərsə qulaq asmalıdır. Beləliklə, şagird dərsi əzbərləmir, tədris materialı onun yaddaşında qalır.
Bizim tədrisdə ən böyük dərdlərimizdən biri orta məktəbdə də, univeristetlərimizdə də əzbərləmə metodunun istifadəsidir.  Təhsilalan dərsi bu gün əzbərləyir, bir müddət sonra yadından çıxır.
 
Şagirdlər məktəbdə ala bilmədikləri biliklərin üstünü doldurmaq üçün repetitor hazırlığına yönlənirlər. Amma repetitorluq heç bir bilik vermir. Öyrəndikləri 2 aydan sonra yaddan çıxır.  Bu, təhsilimizin ən böyük problemlərindəndir. Bacaran da, bacarmayan da, hamı repetitorluq edir.
 
Özəl məktəblərdə tədris tam qənaətbəxşdir, deyə biləmərəm. Burada nizam-intizam, tədrisin keyfiyyəti digər məktəblərə nisbətən yaxşı vəziyyətdədir. Bunu orda təhsil alan şagirdlərdən görə bilərik. Özəl məktəblərdə perspektiv inkişafa meyillidirlər”.
 
“Açığı, dərsliklər bizi tam qane etmir”
 
M.Alışov açıqlamasında dərsliklərin keyfiyyəti məsələsinə də toxundu:
 
"İdrak" Liseyində 3 dildə, Azərbaycan, rus və ingilis bölmələri üzrə tədris aparılır. İngilis bölməsi üzrə tədris proqram İB təşkilatı tərəfindən verilir. Burada biz dövlətdən heç nə götürmürük. Azərbaycan və rus bölmələrində isə dərslikləri dövlətdən alırıq. Açığı, dərsliklər bizi tam qane etmir.  Bəzən dərslikdə istər üz qabığında, istərsə də içində təlim-tərbiyəyə, tədrisə uyğun olmayan materiallara rast gəlinir. Bu baxımdan dərsliklərin yazılması, proqrama uyğunluğu, çapı və s.Azərbaycan Respublikasının  Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilməlidir. Bu məsələlərdə nəzarət Elm və Təhsil Nazirliyində olmalıdır”.

Rəna Nəbi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar