Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

OYAN AZƏRBAYCAN!

Tarix: 05-04-2017 20:07     Baxış: 31 100 A- / A+
OYAN AZƏRBAYCAN!


Sən demə, Azərbaycanı yuxudan eləyən " təlxəklər"elə zövqləri beş paralıq eləyən " zəvzəklər" imiş.

Hər səhər kimliyimizi bəlli etmək vərdişi yuxumuzu qarışdırar və yeni bir günün başlandığını müjdələr. Gediləsi yolumuzu, görüləsi işimizi düşünmək imkanı verir. Yerimdən durunca da yuxulu bədəni oyatmaq üçün isinmə hərəkətləri edirəm. Yuyunduqca da güzgü önündə görünmək varlığını və imkanlarını dəyərləndirmək deməkdir. Sonra da sənə qucaq açmış təbiəti salamlayır, yediyim hər qismət çörəkdən, içdiyin hər bardaq sudan məmnun oluram. Bu da günə xoş ovqatla başlamağımı saxlar. Beləcə günün növbəti ehtiyaclarını qarşılamaq üçün çalışıram... İmkan düşüncə də televizoru şəbəkəyə qoşub, ovqatımı təzələmək üçün nə isə gözəl bir musiqiyə və ya maddi, mənəvi dəyərlərə köklənən bir verilişə baxmaq, söhbətə qulaq yoldaşı olmaq istəyirəm. Beləcə adamlarının davranışına, düşüncə və yaşam tərzinə uyğun cəmiyyətdə baş verən prosesləri izləmək imkanı əldə edərəm.

Nə yazıq ki, siyasiləşən dünyamızı proqramlaşmış robort adamları bunun fərqinə varmaz. O səbəbdən ovqatımı korlayan, daha çox da səbrimi zorlayan hallar istisna deyil. Bu da kütləvi informasiya vasitələrinin yarıtmaz xidmətindən qaynaqlanır. O cümlədən televiziya və radioların evlərimizə çağırılmamış qonaq qismində gəlişi və arzuolunmaz adamları çəkib özü ilə gətirməsi ilə ötürdüyü çirkab-mənfi emosiya olur. Qarşılığında aldığı isə müsbət enerji və çalınmış zamanımız olur. Ən pisi də odur ki, bu pisliklərin məqsədyönlü şəkildə həyata keçirilməsi və səhnə arxasında gizlənmiş "kabusun" ehtiyaclarını doyurmaq cəhdindən qaynaqlanır. Hətta dövlət tərəfindən telekanalların işinə yardım üçün ayrılan milyonlarla vəsait ünvanlı xərclənmir. Beləcə, kütləvi şəkildə adamlara anarxiya, kin-küdurət, zorakılıq və qan təbliğ edən, düşüncələri zəhərləyən, ucuz başa gələn seriallar düşünülür. Təlxəkliklə mayalanmış tamaşalar, səhnələr uydurulur. Üzdə hansısa icrası mümkün olmayan qanunlar, arxada sərhədləri görünməyən qanunsuzluq, dələduzluq və soyğunçuluq baş verir. Sanki, dünya belə yaranıb və belə də olmalı.

Bu minvalla kimi "dərdini bizə danış"- deyə, kimi də dərdindən başını götürüb qaçmışa üz tutub -"səni axtarıram"-deyə yola çıxır. Ürək üzən müzakirələr, yasxanalar qurulur. Kiminin dərdi, kiminin qaçışı olur müzakirə mövzusu. Nə yazıq ki, dərdlərin, qaçışların hamıya bəlli səbəbi açıqlanmır. Beləcə, zavallı adamların yaşamı, düşüncə tərzi və "arzuolunmaz" arzuları ayaqlanır. Döyə-döyə unutdurulan dərdlər, ağrılar olur söhbət qonusu. Biri düşüncəsini bəyənmir, o birisi yaşam tərzini. Başqa birisi də seçilmiş "qurbanın" elə əvvəlcədən, Tanrı tərəfindən yanlış düşünüldüyünü bəyan edir, özünə belə əlçatmaz olan yol, yön göstərir. Ən maraqlısı da arığı qoruğa girdiyi üçün qınayan və nədən girdiyini soruşmayan "milli təlxəklərin" ekspert qismində görünməsidir. Hansı ki, düşüncə tərzi müxtəlif olan və bir-birinə güzəştə getməyən: "didiyim didikdi, əsil qarğaya dimdikdi"-deyən zavallılardır. Verilişə qanun təmsilçisi olaraq dəvət alan mütəxəssis dəcəl uşaq kimi iməkləməkdə olan şəxsi düşüncəsini, mental baxışını sərgiləyir. Bir kanalda aşıq sazını köynəkdən çıxarmamış "yanşaqlıq" etdiyi halda, başqa bir kanalda "başayaq" danışığını zorla çərçivəyə salmış şairlikdən dəm vurur. Bir kanalda çərçivə boyu kətanı bərbad eləyən rəssamlıqdan danışırkən, başqa bir verilişdə öz kimliyini toz basmış papkalarda unudan alim, hazıra nazir-məmur bizə milli kimliyimizdən bəhs edir.

Az TV-də xəbərlərin vaxtı çatıb. Kanalı çeviririrəm ki, baxım. Amma otuz ilə yaxın Qarabağı "kirayə" götürüb, qaytarmaq istəməyən "mehriban" qonşularımızı görürəm.


Aparıcı da Yerevanda gedən çəkişmələrdən, işsizlikdən və sair problemlərdən doya-doya bəhs edir. "Öz dərdim azmı məyər? Eh..."-deyə kanalı dəyişirəm.

Space TV-yə keçincə evi balıq iyi bürüyür. Sən demə, studiyanın mətbəxində xanım müğənni balıq qızardır. Xoşladığım yeməklərdən elə bəh-bəhlə danışırdı ki, umsuq olmamaq üçün o biri otağa keçirəm. Ehh... Kanalı dəyişirəm.

Dünya TV-nin "Tam səmimi"-si efirdə. Mətbəxdə də həmişə səmimi olan bir aktyor-müğənni kotlet üçün çiy-çiy ət üyüdür. Eyni zamanda sözləri və musiqisi özünə məxsus olan "xaşlama" mahnısını zümzümə edir. İştahım açılır. Qarnım acır. Mətbəxə keçirəm, bir şey yeyim, amma qazımız gəlmir. Odur ki, axşamdan tavada qalan kartof qızartmasını "dadlı balıq" kimi yeyirəm. Üstündən də krandan süzən qazlı sudan içib, yenidən televizorun qabağını keçirəm.

Space TV-də "Çarə" verlişi gedir. Həkim elə bil məni görən kimi: "mədədə baş verən xəstəliklər soyuq və qızdırılmamış yeməklərdən qaynaqlanır"-deyincə qarnıma burğu dolur. Bir az əvvəl müğənni xanımın əllərində "xumarlanan balıq" kimi yediyim soyuq Gədəbəy kartofunu xatırlayıram. Mədəm də sancır. Ardını eşitməmək üçün tələsik divana çöküb, LİDER-ə keçid alıram. Orada da "Həyat tərzi"i gedir. Elə bil xəstəxanaya düşmüşəm: O kabinet sənin, bu kabinet mənim-deyə gəzirəm. Burda da gənc həkim dostumuz:"Ev-evdən halı. Nə qismətdi onu yeyin. Təki təbii olsun. Hər şeyi də ürəyinizə salmayın, əsəbləşməyin!"- deyə xatırlatması yerinə düşdü. Minnətdarlıq eləyib, ayrılıram.

Yenə DTV-də tamaşaçı xanım müğənnidən "Ölə bilərəm" mahnısını ifa etməsini xahiş edir. O da də gülə-gülə "Ölə blərəm" gəlsin. Mahnı hardansa gəlirdi. Nə çalğıçı var, nə oxuyan. İmitasiya edən müğənni dəbə uyğun həm özünü, həm də tamaşaçını aldadır. Sozləri də da nə deyim. Elə bil həqiqi bir şairə, və ya bəstəkara beş manat verilsə, qiyamət qopacaq.

Atv Az-da isə "100 ölç, 1 biç" verilişi gedir və məni narahat edən toy adət- ənənələrindən söhbət gedir. Hansı ki, təptəzə toy ssenarisi üzərində i.ləyirəm ki, şənliklərdəki israfçılığa, ayrıseçkiliyə son qoyulsun. Maraqla izləyirəm. Amma elə gah biznesmen, gah da siyasətçi kimi danışan, şadlıq evlərindən birinin sahibi olan Hacının: "Ayağınızı yorğanınıza görə uzadın"-deyə meydan sulaması məni çaşdırdı. Tez-tələsik divana uzanıb, üstümü örtdüm. Yox, mənim yorğanım böyük idi. Ayaqlarımı rahatca uzadıb, gərnəşdim də. Sonra da Hacıya üz tuturam ki,"Ay Hacı, yekə kişisən. İmkanı olmayan, yorğansız qalan evlənməsin? Elə söhbət elə ki, Allaha da xoş olsun, bəndəyə də. Yorğan tikəndə bir az böyük biçin ki, camaatın ayağı çöldə qalmasın. Necə deyərlər: "Yüz öl, bir biç."

Xəzər televiziyasının "Oyan Azərbaycan" verilişini izləmək istəyincə də içim sızladı. Orada da ictimai yerlərdə gənclərin küçə əyləncələrindən söhbət gedir. Aparıcı bir-birini təkrarlayan gənclərin küçə və meydanlarda çıxardığı oyunları rəqs adıyla ekrana çıxarır və söhbət arası da onların yanından ötən əhalini diqqətsizlikdə qınayır. İlk baxışdan adamda elə gəlir ki, küçələrdə əylənən gəcləri qeyri-adi tapıntı kimi gözə soxmaq xalqa əvəzsiz xidmət sayılır. Bu da azmış kimi hələ neynədiyinin fərqində olmayan gənclərə:"-Bu cür qabiliyyətinizlə xarici ölkələr gəzmək, Azərbaycanı təmsil etmək istəyirsinizmi?"-deyə sual ünvanlayır. Bunun nə qədər fədakarlıq olduğunu deməyə çətinlik çəkirəm. Ancaq səs rejisoru ilə anlaşa bilməməsi (texniki qüsurlar) bir yana buraxıb, verilişin ünlü qonağı qismində təqdim olunan rəfiqəsinin gəlişini səhnə mədəniyyətimizin "orjinal nümunəsi" olduğunu qeyd edə bilərəm. Hansı ki, baxça uşaqları kimi ayaqqabısını çıxarıb aparıcınin başına vururmuş kimi rola girməsi, sonra da məhləarası "deyingən" arvadların tutuşmasını xatırladan "saçyoldu" görüşməsi hələ də xanımların yuxulu olduğundan xəbər verirdi. Tələsik kanalı dəyişdim ki, sonra utanmalı olmayım.

Üz tutdum Türk televiziyasına. Onlarda da hər sahə üzrə ayrıca kanalların olması tamaşaçı marağına və zamanına dəyər vemək kimi başa düşmək olar. Maraq üçün bir dini kanal tapdım. Bu zaman reklamarası zirpı bir molla gəlib, durdu gözümün qabağında ki, "-Orqan bağışlamaq savab işdi. Allaha da xoş gedər." Tutdu məni dəli gülmək. Demək, Allah da müasirləşib. Bayaq fitrə-zəkat vermək, əl tutmaq savab sayılırdı, indi də orqan vermək. Belə çıxır ki, savab deyə bir yerini kəsib, verirsən ki, ala apar. Daha mənə lazım döy. Habı boyda savab olar? Dözmədim. Axır ki, təbiətdən bəhs edən bir kanal tapdım. Özümü təbiətin qoynunda hiss edirmiş kimi seyr elədim. Bir qarın doyurmaq üçün yaşayan, israfçılığa yol verməyən heyvanların, quşların və hətta həşaratların belə insandan daha artıq mədəni, sivil olduğunun fərqinə vardım. Sən demə Azərbaycanı yuxudan eləyən " təlxəklər"elə zövqləri beş paralıq eləyən " zəvzəklər" imiş.

Akəm XAQAN

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar