Xəbər lenti
Dəyərlər sistemi və cəmiyyət
Həyat və mənəviyyat bölünməzdir.
Tomas Mannın
Sovetlər Birliyinin dağılması ilə bağlı çoxlu mülahizə və nəzəriyyələr var. Bu məqalədə nə siyasi, nə iqtisadi səbəblər yox, maddi və mənəvi dəyərlərlə bağlı mülahizələr diqqət mərkəzinə çəkilir. Bolşevikləri hakimiyyətə sosialist dəyərlər sistemi gətirdi, kommunistləri isə hakimiyyətdən çürümüş dəyərlər sistemi apardı.
İkinci Dünya müharibəsindən sonra müharibə iştirakçıları və əlilləri dövlət qayğısı ilə əhatə olunurdu. Müharibədə iştirak etmək, yaralanmaq sovet quruluşuna, sosialist ideyalarına sadiqliyi nümayiş etdirirdi və dəyər sayılırdi. Onların əksəriyyəti partiyaya qəbul edilir, sonra isə vəzifələrə cəlb edilirdi. Patiya üzvü olmaq da təbii dəyər sayılırdı. Cəmiyyət qarşısında hörməti olan, oğurluqda, pozğunluqda adı keçməyən, əməksevər fəhlə və kolxozçular, ziyalılar partiyaya üzv qəbul edilir və idarəetməyə cəlb olunurdu. Kadr siyasətinin bu prinsiplər əsasında formalaşması təqribən 15 il (60 –cı illərə qədər) davam etdi. Onlar həm müharibə iştirakçıları, həm də partiya üzvü olduqlarından vətənə vicdanla qulluq edirdilər. Bu insanlar sovet dəyərlər sistemini ciddi qoruyurdular. Ümumi mənafeni şəxsi mənafedən üstün tutmaq bu dəyərlər sisteminin əsas müddəası idi. Müharibədə iştirak etməyib, orda- burda gizlənən insanlar vəzifəyə yaxın buraxılmırdı. Bu cür yanaşma nəticəsində dövlət sürətlə inkişaf edirdi. Dörd ilə atom praqramı (1942-1945), yeddi ilə (1950-1957) kosmos proqramı reallaşdırıldı. Əvvələr belə unikal proqlamları həyata keçirən RF-də on il öncə 5 milyard dollar dəyəri olan Nanoelektronika ilə bağlı proqram qəbul edildi. Nəticə isə hələ yoxdur. O zaman Baş nazirin müavinlərindən biri "qorxuram ki, bu böyük pullar kiçik nəticələrlə qurtara"- dedi.
1960 -cı illərdən sonra müharibənin od– alovundan keçmiş insanlar dünyalarını dəyişdikcə, kadr seçimində əyintilər başladı. Yerliçilik, qohumbazlıq, pul, dini mənsubiyyət və digər anti- sosialist dəyərlər rol olnamağa başladı. Sonra bu dəyərlər pis qorundu, necə deyərlər dəyərdən düşdü.
İ.Stalin və general leytinant. Müharibənin son etapı ilə bağlı vəziyyət İ.Stalinin yanında müzkirə olunur. Bir general- leytinantın məruzəsindən Stalin razı qalır və soruşur:
-Əlavə sözünüz varmı?
General deyir ki, şəxsi xahişim var.
-Cəbhədən qayıdanda xoşuma gələn bir neçə şeyi sərhədçilər buraxmadılar. İstərdim ki, onu qaytarsınlar.
İ.Stalin deyir:
-Raport yazın, üstünü yazaram. Generalın əvvəlcədən yazdığı raporta Stalinin rəyi belə olur: "Polkovuikin zir - zibilini özünə qaytarın".
General deyir ki, "yoldaş Stalin mən polkovnik deyiləm, general polkovnikəm".
Stalin isə cavabında: orda hər şey düz yazılıbdı -deyir.
Hekayədən görünür ki, Stalin generalın maddi istəyini təmin edir, ancaq onu mənəvi cəhətdən ciddi cəzalandırır. Çünki, yüksək mənəvi dəyər hesab olunan general- leytinant rütibəsi ondan alınır. Sovet dövlətinin qurucuları (V.Lenin, İ.Stalin və digərləri) kommunist ideyalarına qəlbən inanırdılar və onlara sadiq idilər. 60 –cı illərin kommunist liderlərinin çoxu artıq kommunist ideyalarına ürəkdən inanmadıqlarına görə ideyalardan sapmalara qarşı adekvat qərarlar qəbul edə bilmirdilər. Sosialist dəyərlər dəyərdən düşürdü. Təbiət boşluğu sevməz. Onun yerini anti-dəyərlər: dostbazlıq, yerlibazlıq, pulbazlıq, saxtakarlıq, oğurluq,yalançılıq və s. doldururdu.
Heydər Əliyevin 1999-cu ildə “Azadlıq” radiosuna verdiyi müsahibədə dəyərlərin dəyişməsi aydın ifadə olunur. Həmin çıxışın bəzi tezisləri sosialist dəyərlərin necə sürətlə devalvasiya edildiyini duymağa kifayətdir:
"Kommunist ideologiyası öz-özlüyündə həmişə çox cazibədar olub. Bərabərlik, ədalət, insanların mənəvi cəhətdən zəngin cəmiyyətdə yaşamaq prinsipləri…
Ona görə, bunlar məndə heç vaxt şübhə doğrumayıb. Mən öz dövlət quruluşumun əqidəli tərəfdarı idim. Bununla yanaşı, quruluşun bütün mənfi hissələrini də görürdüm. Ən böyük bədbəxtlik onda idi ki, hər şey ideal, gözəl, obyektiv şəkildə təqdim olunurdu.
1976-ci ildə Siyasi Büroya namizəd seçiləndə bunu özüm üçün xoşbəxtlik sayırdım, amma sonra iyrəndim.
Mənim rəhbərliyim altında çalışmış şəxslər çıxşımı kəsdilər, fitə basdılar məni… Həyatım çox ağır olub. Siz deyirsiniz “sağ çıxmış” yeganə şəxsəm. Tək deyiləm – Şverdnadze var.
Moskvada 2 ay yarım xəstə yatdım. Heç kim yoxdur: qohumlar yox, dostlar yox. Ancaq uşaqlarım yanımda idi. Bir nəfər mənə zəng vurmadı… Bu da sənin Siyasi Büron…
Mən 14 il Azərbaycanda birinci katib işləmişəm. Vəzifədən gedəndən sonra burada yetişdirdiyim, tərbiyə verdiyim adamların hamısı mənə qarşı çıxdılar"…
Sosialist dəyərlər sistemi sözdə var idi, ancaq həyatda yox kimi idi. Siyasi Büroda bu çürüməni dayandıra bilmədikləri üçün müxtəlif növ yalanlar uydururdular. Beləliklə, yalan və oğurluq həyatımıza sağalmaz yara kimi daxil olurdu. Misal üçün, hər bir sovet məmuru aşkarda rüşvəti lənətləyir, ancaq gizlində rüşvəti, rüşvətxoru dəstəkləyirdi. Yalan danışmaq düz danışmağı üstələyirdi. Nəticədə, dünyanın yarısı qədər güclü olan Dövlət yaşama qabiliyyətini itirdi və qəfildən dağıldı. Qərbin heç bir sovetoloq alimi bu dövlətin dağılacağını görməmişdi. Hesab edirəm ki, Sovet Dövlətinin dağılma səbəbini 1960-1990 –cı illərdə sovet dəyərlər sisteminin sıradan çıxmasında axtarmaq lazımdır.
Yalançılıq, saxtakarlıq boy atırdı, dəyərləşirdi. Saxtakarlığa meyillilik sosialist dəyərlərdən imtina hesabına törəyirdi. Cəmiyyət həm yuxarıdan, həm də aşağıdan (kolxozdan, zavoddan) yalançılığa və saxtakarlığa öyrəşirdi. Nə yuxarıda düzgün “akademik”, nə aşağıda düzgün “ambardar” seçmək olurdu. Çünki, dəyərlər aydın deyildi. Sovet cəmiyyəti yeni bir insan tipi, insan psixologiyası yaratmışdı. "Homo soveticus" adlanan bu insan tipi Sovet İttifaqında yaşayan bütün insaların müxtəlif nisbətdə malik olduqları keyfiyyət və xarakteri göstərir. Dil bir şey deyirdi, ürək və baş başqa şey fikirləşirdi.
Haşiyə. 1979 - cu ildə bir neçə aylığa Helsinki Universitetinə ezam olunmuşdum. İşlədiyim laboratoriyada Əli Amin Yasin adlı bir misirli ərəb də işləyirdi. Bir gün Əli Amin məni evlərinə dəvət etdi. Onun maşınıyla mərkəzdən 30 km aralı olan qəsəbəyə getdik. Maşından düşüb bloka yaxınlaşanda kombinzonlu bir usta Əliyə nə isə dedi. Sonra Əli mənə dediki, bu adam santexnikdir. Səhər işə gedəndə zəng etdim ki, su kranı axıdır. İndi deyir ki, kranı düzəltdim. Dedim: axı o evin açarını sənə qaytarmadı. Əli dediki, bu binadakı bütün mənzillərin açarı onda var. Evdə söhbəti davam etdik. Mənə məlum oldu ki, əgər Universitet Əlidən yaşadığı yerin ünvanını istəsə, Əli sözlə və ya telefonla deyər ki, flan qəsəbədə, filan evdə, flan mənzildə yaşayıram. Arayış tələb olunmaz.
Uzun illərdi ki, bu hadisə yadımdan çıxmır. Ölkədə “oğurluq” və “yalan” olmasa görün idarəetmə nə qədər asanlaşar. Yaşama sadələşər. Dəmir pəncərəyə, qapıya də ehtiyac olmaz. Deməli, insanlar yalan danışmasalar, heç Mənzil İstismar İdarəsinə (JEK) də ehtiyac olmaz. Doğurdan da sovet idarəetmə sistemi çox qüsurlu: yalançı, oğru və əyri düşüncəli bir toplum yaradıb. Bu toplumla irəli getmək müşkül məsələ idi. SSRİ zamanı cəmiyyət ac idi. Acın isə imanı olmaz- deyiblər . Bu isə dövlətin dağılmasını sürətləndirdi. Məlum lətifədə deyilirdi, “cibini mənə göstər, hansı zavoddan çıxdığını deyim”. Diqqət yetirin: ölkədə 60 –cı illərə kimi qapılarına kilit vurmayan millət, 60-cı illərdən sonar total oğurluqdan əziyyət çəkir. Oğurluq, yalan danışmaq “diribaşlıq” sayılırdı.
Beləliklə, sosialist dəyərlər sistemi qüvvədən düşürdü. Əslində Sovet dövlətinin dağılma səbəbini Lenin- Stalin zamanında formalaşmış sovet dəyərlər sisteminin 1960-1990 –cı illərdə tam çürüməsində axtarmaq lazımdır. Tarixin maraqlı yaddaşı var. Tarix ictimai mənafenin daşıylcılarını yadda saxlayır. Yəni, Lenin, Stalin həmişə yaddaşlarda qalaçaq. Brejniyev, Qarbaçovu tarix yadda saxlamaz. Bu səbəbdən də deyə bilərik ki, bəşəriyyətin tarixi- ictimai mənafenin inkişafı tarixidir.
Bütün bu kataklizmalar fonunda bizim həyatımızda yeni bir mərhələ - Qarabağ müharibəsi başladı. Azəbaycan müstəqillik qazandı.
Qarabağ mühariəsində bir çox qeyrətli həmvətənlər könüllü müharibəyə getdilər. Kimi yaralandı, kimi şəhid oldu, kimi sağ -salamat qayıtdı. Yaralananlar hökümətə üz tutdu, kimi müalicə, kimisi qaygı istədi. Təəssüf ki, bəzən məmurlardan erməni gülləsindən daha sərt sözlər eşitdi: “ağlın vardı getməyəydin”. Biz torpağı qoruyan insanlara biganə qaldıq. Bəzi məmurlar müstəqilliyi gözdən salırdılar və millətə xəyanət edirdilər. Ancaq kimsə bu cinayətə görə cəza aldımı? Zaman ən böyük hakimdir. Ağlımız başımıza çox gec gəldi, amma gəldi.
1 aprel 2017 -ci il tarixində AzTU-da Milli Qəhrəmanımız Çingiz Qurbanova həsr olunan "Çin olan yuxu" filminin təqdimatı oldu. Universitetin rektor əvəzi Xalıq Yahudov qonaqları (Milli qəhramanın valideyinlərini, MM üzvülərini, İctimai Şuranın üzvülərini, filmin yaradıcı heyətini) salamladı. Filmin ideya müəllifi və baş prodüseri Vəli Turan, quruluşçu rejissoru isə Dəyanət Rzayevdir. Filmi izləyənlərin hamısı daxilən çox məmnun idilər. Milli Qəhrəman Çingiz Qurbanovun valideyinlərinin üzlərində kədərlə sevinc bir birinə qarışmışdı. Qısası, bu tədbir ali irqlərə layiq bir tədbir oldu. AzTU-da İctimai Şurasının üzvüləri AzTU rəhbərliyinin bu tədbiri keçirdiyinə görə alqışladılar. Millət ayılır. Səməd Vurğun deməli, “Şuşaya və Kəlbəcərə dəmir yolu çəkiləcək”, İnşallah!
Prof. Şahlar Əsgərov,
əməkdar elm xadimi
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar