Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənilərə qanudduran qaçaq qadın – “Kişi Tavat” - ARAŞDIRMA - FOTO

Tarix: 31-03-2017 14:31     Baxış: 6432 A- / A+
Ermənilərə qanudduran qaçaq qadın



Tarix bir çox xalqlar arasında müharibələrə şahidlik edib. Qanlı savaşlar yüz minlərlə, milyonarla insanın həyatının sonunu gətirib. Ermənilərin Azərbaycan xalqına qarşı ötən əsrin əvvəllərindən başlayan və bu günə qədər davam edən qətliamları, soyqırımları da bu qəbildəndir.

Amma bədnam qonşularımızın cavabını verən, qisası qiyamətə qoymayan qəhrəmanlarımız da hər zaman olub. Belə qəhrəmanlarımızdan bir də Tavat Hümbətovadır.

O, günahsız doğmalarına böyük müsibət yaşatmış ermənilərə elə dərs verib ki, xain qonşularımızın indiki nəsli də bunu unutmayıb.

Zəngəzur qadınlarından olan Tavat Hümbətova torpaqlarımıza göz dikib, soydaşlarımıza diş qıcayan ermənilərə layiqli cavab verməkdə, at oynatmaqda, güllə atmaqda, elinin-obasının qeyrətini çəkməkdə kişilərdən geri qalmayıb.

Manevr.az Publika.az-a istinadən bu qəhrəman qadının mübariz həyat hekayəsi haqda araşdırmanı təqdim edir:

Qaçaq Nəbinin dostu...

Tavat Hümbətova 1898-cı ildə (bəzi mənbələrə görə 1897-ci ildə - A.T.) Yelizavetpol quberniyasının, Zəngəzur qəzasında böyük ad-san qazanmış Harallı Kərbalayı Məmmədin ailəsində dünyaya göz açıb. Onun Vətənə layiq övlad, qəhrəman qadın kimi yetişməsində atasının çox böyük rolu olub.

Dövrünün bir çox elmlərini mənimsəmiş, ərəb və fars dillərini mükəmməl öyrənmiş Kərbalayı Məmməd ömrünün yarısını qaçqınlıqda keçirib. O, Azərbaycanın el qəhrəmanı Qaçaq Nəbi ilə də yaxın dost olub. O, qaçaq dostuna və onun tərəfdarlarına ğizli dəstək verib.

Kərbalayı Məmmədin Tavat adlı qızı ilə yanaşı, Həsən və Həsənalı adlı iki oğlu da olub. Mənbələrdə hər iki oğul mübariz, vətənpər kimi xarakterizə edilir.

Tavat Hümbətovanın dünyaya gəldiyi Haral kəndi erməni sakinlərin çoxluq təşkil etdiyi Xozabirdlə qonşu idi.

Qanlı mübarizənin başlanğıcı

Məkrli niyyətlərinə nail olmağa çalışan ermənilər Ermənistanla Dağlıq Qarabağın sərhədlərini biri-birinə yaxınlaşdırmaq üçün Xozabirddən sərhəd dirəklərini çıxararaq Fərəcan kəndinin yaxınlığındakı Topağac deyilən yerdə basdırırlar. Həsənalı yaranmış vəziyyətlə bağlı müvafiq yerlərə məlumat verir. Bunun heyfini almaq istəyən ermənilər Məmməd kişinin oğullarına tələ qururlar. Həsən və Həsənalı Məmməd kişinin Xozabirddən olan erməni tanışı nalbənd Sərkisin evində öldürülür.

Onlar qardaşları qətlə yetirməzdən əvvəl bellərinə qaynar samovar bağlayırlar. Sonra isə kürəklərinin bişmiş ətindən kəsib onlara yedizdirməyə çalışırlar. Buna nail ola bilmıdikdə qardaşları ölənə kimi tikə-tikə doğrayırlar.
Məmməd kişi və harallılar Həsənlə Həsənalının ermənilər tərəfindən qəddarlıqla qətlə yetirilmələrindən bir neçə gün sonra xəbər tuturlar. Sakinlər günahsız həmkəndlilərinin qisasını alacaqlarına söz verirlər.

Həcərdən öyüd-nəsihət alan qisasçı qadın

Lakin Tavat onlara etiraz edir. O, özü qardaşlarının qisasını alacağına and içir.

Qardaşların meyiti kəndə gətirilərək dəfn edilir. Tavat qardaşlarının dəfnindən sonra Qaçaq Nəbinin həyat yoldaşı olan Həcərin yanına gedirərək ondan xeyir-dua alır.

Tavat qardaşlarından birinin nişanlısının paltarını geyinib qəbri üstündə and içdikdən Xozabird kəndinin yaxınlığında - Topağacda pusqu qurur. Bir neçə gün sonra Sərkis oğlu ilə birlikdə ərazidə görünür.

Tavat əvvəlcə oğlunu, sonra isə Sərkisi öldürür. Onların harayına gələn erməniləri də güllələyən Tavat evə qayıdır.
Atası Kərbəlayı Məmməd qızını həyətdə qarşılayaraq, alnından öpür. Onlar çox yaxşı başa düşürdülər ki, ermənilər onlara qarşı yeni qətliamlar törədəcəklər. Nəticədə iki kəndin sakinləri arasında növbəti qanlı mübarizə başlayacaq. Çox götür-qoy etdikdən sonra Məmməd kişi qızı ilə birlikdə kəndi tərk edir.

On il qaçaq həyatı

Atası ilə birlikdə kəndi tərk edən Tavat bir müddət gah Arazın o tayında, gah da bu tayında gizlənir. Müasirlərinin sözlərinə görə o, əyninə kişi libası geyir, belinə kəmər yerinə patrondaş bağlayar, çiynində tüfəng gəzirmiş. Köç vaxtı günlərini dağda-daşda keçirən cəsur qız əli qardaşlarının qanına batmış, habelə azərbaycanlılara qarşı cinayətlər törətmiş bir çox erməni öldürür.

Tavatın ailə qurmadığı bildirilir. Mənbələrdə qeyd edilir ki, zəhminə görə, onu yaxından tanıyan bəzi oğlanlar Tavata ürək aça bilmirlər. Bəzi mənbələrdə isə ("Laçın yurdu" jurnalı, №3) Tavat Hümbətovanın nişanlısının toy ərəfəsində ermənilər tərəfindən öldürüldüyü deyilir. Deyilənə görə, Tavat ermənilərin yaşadığı Dığ kəndinə hücum edərək nişanlısını öldürən Hamparsunu, dörd oğlunu və bu cinayətdə əli olan digər şəxslərin hamısını güllələyib. Bu qəhrəmanlığından sonra onu "Kişi Tavat" deyə çağırmağa başlayıblar.

Kəlbəcər, Ağdam və Laçının qəza icraiyyə komitələrinin sədri

On ildən çox qaçaqlıqlıq həyatından sonra Tavat doğulduğu kəndə qayıdır. Sovet dövrünün hakimiyyət mənsubları ermənilərə qan uddurmuş qadına və onun atasına toxunmur.

Əksinə, Qubada Səməd Ağamalı oğlunun savadsızlığı ləğv etmək üçün təşkil etdiyi məktəbdə təhsil alan Tavat Hümbətova ölkənin idarəetmə strukturlarında çalışmağa da müvəffəq olur.

Alxaslı kəndinin qəza icrayyə komitəsinin sədri vəzifəsinə təyin edilən Tavat xanım kəndin abadlaşmasında, kolxoz təsərrüfatının təşkilində, ambarların, ictimai tövlələrin, məktəbin tikilməsində, əhali arasında savadsızlığın ləğv edilməsində mühüm xidmətlər göstərib.

Xeyli müddət Kəlbəcər, Ağdam, Laçın rayon qəza icraiyyə komitələrinin sədri vəzifələrində çalışıb. Bir neçə dəfə kənd sovetinə, rayon sovetinə deputat seçilib.

Şübhəsiz ki, qəhrəmanlığı ilə ad çıxarmış qadının işgüzar və vətənpərvərliyi də dövlət tərəfindən yüksək qiymətləndirilib. Tavat Hümbətova bir neçə dəfə orden və medallarla, fəxri-fərmanlarla təltif olunub. Azərbaycan Kommunist Partiyasının üzvü olmuş qadın sonralar dövlət qulluqçusu təqaüdünü alıb.

Anar Tağıyev

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar