Sizin Reklam Burada
Xəbər lenti
06-05-2024
BÜTÜN XƏBƏRLƏR

Dövlət Vergi Xidməti: “Təsisçinin xəbəri olmadan hüquqi şəxsin qeydiyyatının aparılması imkanı mövcud deyil”

Tarix: 23-06-2020 17:02     Baxış: 2425 A- / A+
Dövlət Vergi Xidməti: “Təsisçinin xəbəri olmadan hüquqi şəxsin qeydiyyatının aparılması imkanı mövcud deyil”


Ötən gün sosial şəbəkələrdə Rüstəmzadə Türkan Bakir qızının adına ondan xəbərsiz şirkət təsis edilməsi barədə iddialar yer alıb. İddialara görə, saxta yolla təsis edilən bu şirkət vasitəsilə icazeler.gov.az sistemində qeydiyyat da aparılıb.

Təbii olaraq, vətəndaşın məlumatı olmadan bunun necə mümkün olması ilə bağlı kifayət qədər suallar yaranıb.

Manevr.az bildirir ki, oxu.Az məsələyə aydınlıq gətirmək üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə əlaqə saxlayıb.

Dövlət Vergi Xidmətindən bildiriblər ki, məlumat bazası üzrə aparılan xidməti araşdırma zamanı Rüstəmzadə Türkan Bakir qızının təsisçiliyi ilə hər hansı hüquqi şəxs və rəhbəri olduğu hüquqi şəxs aşkar edilməyib.

Vətəndaşın xəbəri olmadan onun adından hüquqi şəxsin təsis edilməsinə gəlincə, Xidmətdən bildiriblər ki, hər hansı hüquqi şəxs qeydiyyata alınarkən onu təsis edənin xəbəri olmadan qeydiyyatın aparılması imkanı mövcud deyil:

“Qanunvericiliyə əsasən, hüquqi şəxsin qeydiyyata alınması üçün təsisçinin adına VÖEN alınması tələb edilmir. Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı kağız daşıyıcıda və ya elektron qaydada edilən müraciətlər əsasında aparılır.

Qeydiyyatın hansı formasının seçilməsindən asılı olmayaraq, hüquqi şəxsi qeydiyyata almaq istəyən şəxsin bundan xəbəri olacaq. Əgər vətəndaş kağız daşıyıcıda müraciət edərsə, bu zaman hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün vətəndaş, ilk növbədə ərizə ilə müraciət etməli və ərizə təsisçi (təsisçilər), qanuni təmsilçi (qanuni təmsilçilər) və ya onların səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmalı və notarial qayda da təsdiq edilməlidir ki, bu halda şəxsin birbaşa iştirakı tələb olunur.

Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı elektron qaydada da həyata keçirilə bilər. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron qeydiyyatı iki üsulla - elektron imza və ya elektron imza olmadan FİN-kod və mobil nömrə vasitəsilə həyata keçirilə bilər.

Əgər hüquqi şəxs elektron imza vasitəsilə təsis edilirsə, bu halda vətəndaş öz şəxsi elektron imzasından istifadə etməlidir. Elektron imza yalnız öz sahibinə məxsusdur. İmza sahibi elektron imza yaratma məlumatlarının və imza vasitələrinin qorunmasına cavabdehdir və onların digər şəxs tərəfindən istifadəsinə yol verməməlidir”.

Əlavə olaraq o da qeyd olunub ki, əgər vətəndaş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyəti elektron imza olmadan, FİN-kod və mobil nömrə vasitəsilə təsis edirsə, sistemdə istifadəçinin autentifikasiyası onun şəxsiyyət vəsiqəsində olan FİN-kodu və onun adına olan mobil nömrəyə əməliyyat zamanı göndərilən kod vasitəsilə həyata keçirilir.

Göründüyü kimi, qeydiyyatın istənilən formasında qanunvericilik şəxsin audentifikasiyası üçün bütün lazımi tədbirləri nəzərdə tutur və şəxsin xəbəri olmadan onun adından hər hansı əməliyyatın yerinə yetirilməsi mümkün deyil.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar