Dövlət Statistika Komitəsinin unun qiyməti ilə bağlı açıqladığı rəqəmlər müzakirəsiz ötüşməyib. Komitənin məlumatına görə, may ayı ilə müqayisədə ölkə bazarında unun qiymətində artım müşahidə olunur. Belə ki mayda 50 kiloqramlıq un kisəsinin qiyməti 25-26 manat idisə, indi o, 29 manata qədər yüksəlib. Müzakirələr zamanı artımın rayonlarda daha çox müşahidə edildiyi bildirilib. Məsələn, Qaxda un 34 manatdırsa, Masallıda 35 manatdır. Qiymətləri dünya ölkələri ilə müqayisə edənlər dünya bazarında unun ucuzlaşdığını deyirlər...
İqtisadçı-ekspert Xalid Kərimli Pravda.az-a açıqlamasında daxili bazarda bahalaşmanın səbəblərinə aydınlıq gətirib.
O bildirib ki, dünya bazarında unun qiyməti fevralın sonuna qədər ucuzlaşmağa davam edib, mart, aprel, may aylarında isə bahalaşıb: "Əvvəl birjalarda unun tonu 150 funt idisə, qəfil qalxıb 190 funt oldu. İyun ayından yenidən ucuzlaşma başladı. Biz birjadakı qiymətləri deyirik, amma bu qiymətlərin bizim topdansatış bazarına təsiri bir neçə ay vaxt alır. Yəni qiymət dərhal Azərbaycan bazarına təsir göstərmir. Birjada taxılın qiyməti qalxıb-düşür, amma birjada olan proseslərin bizə təsir etməsi üçün müqavilələr, yolda olan malın gəlişi və s. bir az zaman alır. Adətən 3-6 ay, bəzi məhsullarda 6-9 ay vaxt alır, qiymətə təsirini göstərir. Hazırkı qiymətlər mart-aprel ayındakı balahaşmanın təsiridir. İyun ayından qiymət dünya birjasında ucuzlaşıb, amma bizə bir-iki ay sonra təsir edəcək. Sahibkar unu baha qiymətə alıb, ucuza satmayacaq. Növbəti partiyalarda un ucuz gələndə o da ucuz satacaq..."
Ekspert bildirib ki, rəsmi olmasa da, dövlət faktiki un qiymətlərinə nəzarət edir, çünki un strateji məhsuldur: "Çörəyin, unun qiymətini hökumət müəyyənləşdirmir, lakin kifayət qədər həssas məhsul olduğu üçün nəzərət edir ki, dəyirmanlar sui-istifadə etməsinlər. Bir sözlə, iyundakı ucuzlaşma Azərbaycan bazarına sentyabrda təsir edəcək. Hazırda unun qiymətinin Bakıda ucuz, rayonlarda bir az baha olmasında isə yol xərclərinin rolu var. Hər rayonda un anbarı düzəltməyiblər. Yolpulu da qiymətə təsir göstərir".
X.Kərimli əlavə edib: "Azərbaycanda iyul ayından dizel yanacağının qiyməti qalxıb. Dizel yanacağı da yükdaşımada qiymətlərə təsir edir. Əvvəl sahibkar, daşıyıcı 80 manat yolpulu verirdisə, indi bu rəqəm 100 manat olub. Dizel yanacağı 25% bahalaşıbsa, sahibkar bunu öz cibindən vermir, un kisəsinin qiymətinin üstünə gəlir. Yəni dizelin bahalaşması daşıma xərclərini artırır və məhsulların qiymətinə təsir göstərir. Hələ təsirləri hiss edəcəyik. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər kifayət qədər reallığı əks etdirir. Şübhə edirlərsə, bazarda unun qiymətini soruşub dəqiqləşdirə bilərlər".
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar