Xəbər lenti
Azərbaycanda düyü bahalaşacaq?
Dünyada düyünün qiyməti son 15 ilin ən yüksək səviyyəsinə qalxıb. Belə ki, Tailand ağ düyüsünün qiyməti artaraq bir ton üçün 659 dollara çatıb. Sonuncu dəfə belə göstərici isə 2008-ci ilin oktyabr ayında qeydə alınıb. Qiymət artımına səbəb olaraq havaların quraq keçməsi və əsas düyü tədarükçüsü olan Hindistanın ixracı məhdudlaşdırması göstərilir.Manevr.az xəbər verir ki, statistikaya görə, 2022-ci ildə ölkəmizə idxal olunan düyünün 74,8%-i Hindistanın, 11,5%-i Qazaxıstanın, 8,3%-i Rusiyanın, 2,4%-i Tailandın, 2,1%-i Pakistanın, 0,9%-i isə digər ölkələrin payına düşüb.
“Azərbaycanın düyü idxalında əhəmiyyətli yeri Hindistan tutur. Ölkəmizə düyü Rusiya, İran, Mərkəzi Asiyadan gətirilsə də, 70-80 faizi Hindistanın payına düşür. Dünya ölkələrinə düyü ixracının 40 faizini Hindistan təşkil edir. Bildiyiniz kimi, bu il Hindistan öz düyü bazarını qorumaq üçün ixracına 20 faiz məhdudiyyət tətbiq etdi. Bunun səbəbi iqlim dəyişikliyi idi. Bu da təbii ki, Azərbaycanda qiymətlərə öz təsirini göstərdi və qiymətlərin artmasına səbəb oldu. Bu prosesin davam edəcəyi proqnozlaşdırılır”.
Xatırladaq ki, 2021-2022-ci illərdə ölkəmizdə düyünün bir kiloqramının sahədən və ya topdansatış qiymətləri 1,87-2,83 manat arasında dəyişib.
Qeyd edək ki, 2022-ci ilin məlumatlarına əsasən, Azərbaycanda çəltiyin əkin sahəsi 3,1 min hektar olub. 2022-ci ildə çəltiyin əkin sahəsi 2015-ci ilə nisbətən 2,6 dəfə artıb, 2021-ci ilə nisbətən isə dəyişməz olaraq qalıb.
2022-ci ildə çəltik istehsalı 2015-ci ilə nisbətən dörd dəfə, 2021-ci ilə nisbətən isə 8,4% artaraq, 11,6 min ton olub.
Ötən ildə çəltik istehsalının 24,4%-i Lənkəran, 19,7%-i Ağdaş, 19,1%-i Ucar, 12,2%-i Göyçay, 24,6%-i isə digər rayonlarının payına düşüb.
2022-ci ildə Göyçay rayonunda məhsuldarlıq göstəricisi ölkə üzrə orta göstəricidən yüksək olub.
Ötən ildə Azərbaycana düyü idxalı əvvəlki ilə nisbətən 7,4% artaraq 50,2 min ton olub. Ölkədən ixrac olunan düyü isə çox kiçik həcmdədir. Belə ki, hər il ölkədən orta hesabla 24,4 ton düyü ixrac edilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























