Xəbər lenti
“Yaxşı, özünə ev tikirsən, bəs camaatın qəbri ilə nə işin var?”

Səbail rayonunun Badamdar qəsəbəsində yaşayan bir qrup sakin iddia edir ki, qəsəbə ərazisindəki qəbiristanlıqda son illərdə ciddi problem yaranıb.
Sakinlərin sözlərinə görə, sözügedən qəbiristanlıqda qanunsuz aparılan tikinti işləri zamanı dağıntı baş verib və onların yaxınlarına məxsus qəbirlər dağıntının altında qalıb.
Vətəndaşlar deyirlər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, onların şikayətinə baxan yoxdur.
"Burada baş verənlər vandalizmdir. Əvvəllər bu ərazidə dəmir hasar var idi. Onu söküb üçmərtəbəli ev tikdilər. Beləliklə, qəbirlər ağırlığa dözə bilmədi və dağıntıların altında qaldı”, – deyə şikayətçi narazılığını dilə gətirib.
"Bu dinə yaraşan hərəkət deyil. Sən evini tikirsən, öz abadlığını güdürsən, bəs camaatın qəbri ilə nə işin var”, - deyə digər sakin əlavə edib.
Səbail Rayon İcra Hakimiyyətindən isə məsələ ilə bağlı bildirilib ki, cari ilin mart ayının sonu və aprel ayının əvvəllərində yağan intensiv yağışlar nəticəsində Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yerləşən qəbiristanlığın bir hissəsində torpaq sürüşməsi qeydə alınıb. Hadisə nəticəsində bəzi qəbir daşlarına ziyan dəyib:
"Məsələ ilə bağlı tərəfimizdən dərhal operativ tədbirlər görülüb. Əraziyə baxış keçirilib və yaranmış fəsadların aradan qaldırılması məqsədilə aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb. Hazırda sözügedən ərazidə təmizlik işləri və dağılmış qəbir daşlarının bərpa edilməsi istiqamətində müvafiq işlər həyata keçirilir”. azxeber.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































