Xəbər lenti
Türkiyədə “Azərbaycan kino günləri” keçirilir
Manevr.az xəbər verir ki, açılış mərasimindən öncə Beynəlxalq Turan Film Festivalının münsiflər heyətinin müəyyənləşdiyi və Azərbaycan tərəfdən də ARKA direktorunun köməkçisi, “Azərbaycanfilm” Kinostudiyasının direktor müavini vəzifəsini icra edən Rüfət Qarazadənin bu quruma üzv seçildiyi qeyd edilib.
Sonra Türkiyənin Turan Film Festivalının baş koordinatoru, Ege Universitetinin prorektoru, professor Mehmet Ersan mərasimi açaraq bu nüfuzlu festivalda “Azərbaycan kino günləri”nin keçirilməsinin qardaş Azərbaycanda yeni çəkilmiş filmlərin Türkiyədə və bütün Türk dünyasında tanıdılması məqsədilə təşkil olunduğunu bildirib.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov “Azərbaycan kino günləri”nin mədəniyyətimizin təbliği, ölkəmizin tarixi və mədəniyyətinin daha dərindən öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Daha sonra çıxış edən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) baş direktor köməkçisi, “Azərbaycanfilm” Kinostudiyasının direktor müavini vəzifəsini icra edən Rüfət Qarazadə “Azərbaycan Kino günləri” və bu tədbirin ilk günündə nümayiş olunacaq “Nargin: Sona qədər sirli” filmi barədə məlumatları təfsilatı ilə tədbir iştirakçılarının diqqətinə çatdırıb. R.Qarazadə onu da bildirib ki, “Azərbaycan Kino günləri” layihəsi çərçivəsində nümayiş olunacaq yeni Azərbaycan filmləri milli kino məktəbinin müasir inkişafı, kino istehsalına yaradıcı yanaşmalar və bədii-estetik axtarışlar baxımından dəyərli nümunələrdir.
Açılış mərasimi “Nargin: Sona qədər sirli” filminin nümayişi ilə davam etdirilib.
May ayının 8-dək davam edəcək layihə çərçivəsində yeni Azərbaycan filmləri Türkiyənin İzmir və Bursa şəhərlərində tamaşaçılara təqdim olunacaq.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































