Sizin Reklam Burada
Xəbər lenti
06-05-2026
05-05-2026
BÜTÜN XƏBƏRLƏR

Təhsil İnstitutuna akkreditasiya haqqında şəhadətnamə təqdim edilib

Tarix: 06-05-2026 18:49     Baxış: 324 A- / A+


Bu gün Azərbaycan Respublikası Təhsil İnstitutunun akkreditasiyası nəticələrinin rəsmi elan edilməsi və İnstituta akkreditasiya haqqında şəhadətnamənin təqdim olunması ilə əlaqədar tədbir keçirilib.
Manevr.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev, Akkreditasiya üzrə Ekspert şurasının üzvləri, eləcə də aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
"Tədbirdə çıxış edən Emin Əmrullayev akkreditasiyanın əhəmiyyətini vurğulayaraq elmi fəaliyyətin keyfiyyətinin artırılması, plagiatla mübarizə və innovativ yanaşmaların tətbiqinin vacibliyini qeyd edib. Bildirilib ki, elmi potensialdan və müasir texnologiyalardan səmərəli istifadə təhsil sahəsində davamlı inkişafın əsas şərtlərindəndir.
Daha sonra Famil Mustafayev akkreditasiya prosesinin hüquqi və təşkilati əsasları barədə məlumat verib, bu prosesin elmi müəssisələrdə idarəetmənin və tədqiqatların səmərəliliyinin artırılmasında mühüm rol oynadığını diqqətə çatdırıb", - məlumatda vurğulanıb.
Qeyd olunub ki, Təhsil İnstitutu tərəfindən təqdim edilən Özünüqiymətləndirmə Hesabatının təhlili əsasında Ali Attestasiya Komissiyasının Rəyasət Heyəti İnstitutun akkreditasiyadan keçmiş hesab edilməsi və ona müvafiq şəhadətnamənin verilməsi barədə qərar qəbul edib.
Sonda akkreditasiya haqqında şəhadətnamə Famil Mustafayev tərəfindən Emin Əmrullayevə təqdim edilib.

Manevr.az






Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar