Sizin Reklam Burada
Xəbər lenti
18-06-2026
16-06-2026
BÜTÜN XƏBƏRLƏR

Anasını qətlə yetirən oğul MƏHKƏMƏDƏ

Tarix: 06-05-2026 17:16     Baxış: 3113 A- / A+



Anasını qətlə yetirməkdə təqsirləndirilən Emil Ağayevin cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.
Manevr.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 
Zərrərçəkənin hüquqi varisi kimi qətlə yetirilənin qızı Qurma Zeynalova tanınıb.
Məhkəmənin növbəti iclası mayın 12-nə təyin olunub.
Xatırladaq ki, qətl hadisəsi ötən ilin yanvar ayının  24-də paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib. 1981-ci il təvəllüdlü Emil Ağayev anası 1959-cu il təvəllüdlü Həyat Ağayevanı amansızlıqla qətlə yetirib.
O, hadisə baş verən gün həyat yoldaşı ilə birlikdə qayınanasıgildə qalıb. Səhər saatlarında isə evə gəlib və anasının iş yerinə taksi göndərərək qayıtmasını xahiş edib. 
Həyat Ağayeva evə gəldikdə isə onu bıçaqlayaraq həyatına son qoyub.Faktla bağlı cinayət işi başlanılıb, Emil Ağayev Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham irəli sürülüb.unikal.az

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar