Rusiyanın Hava Hücumundan Müdafiə (HHM) sistemlərini Moskva ətrafında cəmləşdirməsi Ukrayna üçün yeni zərbə imkanları yaradır.
Manevr.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında Baş Kəşfiyyat İdarəsinin rəhbəri Oleq İvaşenkonun məruzəsinin nəticələrinə əsasən bildirib.
O qeyd edib ki, Rusiya rəhbərliyi paytaxtdakı hərbi paradın təhlükəsizliyinə ölkənin digər regionlarından daha çox önəm verir.
“Bu göstərir ki, Rusiya rəhbərliyi dəfələrlə bəyan edilən atəşkəsə hazırlaşmır və bütün ölkədən daha çox Moskvadakı parada görə narahatdır”, - Ukrayna lideri vurğulayıb.
Zelenski əlavə edib ki, HHM sistemlərinin paytaxt ətrafında toplanması digər bölgələrin hava hücumundan müdafiəsini zəiflədir:
“Bu, bizim “uzaqmənzilli sanksiyalarımız” üçün əlavə imkanlar açır. Müvafiq prioritetlərimiz müəyyən ediləcək”.
Xəbər lenti
Zelenski HHM sistemlərinin Moskva ətrafında cəmləşdirilməsi fonunda orduya xüsusi tapşırıq verib
Ukrayna Prezidenti Volodimir Zelenski
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
.jpg)

Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































