Sizin Reklam Burada
Xəbər lenti
05-05-2026
04-05-2026
BÜTÜN XƏBƏRLƏR

Bank kartlarından pul tutulmasına aydınlıq gətirildi

Tarix: 06-05-2026 12:27     Baxış: 322 A- / A+

Bank kartlarından pul tutulmasına aydınlıq gətirildi

Kartdan ödəniş zamanı sinxronizasiya - bu cür mexanizm nəqliyyat ödəniş sistemlərində normal praktika hesab olunur və bir çox ölkələrdə tətbiq edilir.
Manevr.az xəbər verir ki, bunu faiz dəhlizinin parametrlərinə dair qəbul edilmiş qərarın açıqlanmasına həsr olunan mətbuat konfransında Mərkəzi Bankın İdarə heyətinin sədri Taleh Kazımov bildirib.
O qeyd edib ki, terminal ödənişi qəbul edir və məlumatı sistemə ötürür:
“Ödəniş zamanı sistem kartda vəsaitin olub-olmadığını dərhal tam yoxlamaya da bilər. Sərnişin ödənişi etdikdən sonra vəsaitin bir neçə gün sonra tutulması halları mümkündür”.
O həmçinin vurğulayıb ki, əslində , sistem sonradan kart balansını yoxlayır. 
“Nümunə olaraq, kartda həmin anda vəsait olmasa belə, aparat sərnişinə keçid imkanı verir. Lakin sistem həmin kart üzrə borcun yarandığını qeydə alır. Daha sonra müəyyən müddətdən sonra karta yenidən müraciət olunur və balansda vəsait olub-olmadığı yoxlanılır. Əgər vəsait daxil olubsa, məbləğ sonradan tutulur”.
AMB sədri onu da əlavə edib ki, bu praktika nəqliyyat sahəsində geniş istifadə olunur:
“Çünki sərnişin kartında pul olmasa belə, avtobusdan və ya qatardan istifadə edə bilir. Daha sonra isə sistem arxa planda kartı periodik şəkildə yoxlayaraq ödənişi həyata keçirməyə çalışır. Balansda vəsait olmadıqda isə yoxlamalar davam etdirilir”.
T.Kazımov bildirib ki, terminalların sinxron işləməsi ilə bağlı texniki məsələlər birbaşa həmin ödəniş sistemlərini idarə edən tərəflərin səlahiyyətindədir.
“Bu proseslər əsasən beynəlxalq ödəniş və maliyyə sistemləri tərəfindən müəyyənləşdirilir”, - deyə o fikrini tamamlayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar