Sizin Reklam Burada
Xəbər lenti
05-05-2026
04-05-2026
BÜTÜN XƏBƏRLƏR

Asif Nəsirlinin ölümü ilə bağlı araşdırma aparılır

Tarix: 06-05-2026 10:17     Baxış: 323 A- / A+


Asif Nəsirlinin ölümü ilə bağlı araşdırma aparılır - YENİLƏNİB
Başqa Prokurorluq həkim Asif Nəsirlinin ölümü ilə bağlı məlumat yayıb.
Qurumun mətbuat xidmətindən bildirilib ki, Milli Onkologiya Mərkəzində törədilən partlayışla əlaqədar ağır xəsarətlər almış həmin tibb müəssisəsinin Şüa terapiya şöbəsinin həkim-radioloqu Asif Nəsirli mayın 5-də saat 21:45-də müalicə aldığı xəstəxanada vəfat edib.
Mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyirik.
Faktla bağlı Yasamal rayon prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir.
Sosial şəbəkə istifadəçiləri və media nümayəndələrindən xahiş edirik ki, qeyd olunan hadisə ilə bağlı məlumatları yayarkən yalnız rəsmi mənbələrə istinad olunsun, təqdim edilən informasiyanın düzgünlüyü müvafiq dövlət qurumları ilə dəqiqləşdirilmədən ictimailəşdirilməsin. Xüsusilə vurğulayırıq ki, istintaq sirrini təşkil edən məlumatların qorunması və yayılmasının qarşısının alınması, eləcə də cinayət təqibi iştirakçılarının hüquq və qanuni mənafelərinə hörmətlə yanaşılması qanunun və peşəkar informasiya mübadiləsinin əsas hüquqi və etik tələbidir.
Bu baxımdan, təsdiqini tapmamış, təhrif olunmuş və ya həqiqətə uyğun olmayan məlumatların, habelə cəmiyyətdə çaşqınlıq və əsassız narahatlıq yarada biləcək şayiə xarakterli paylaşımların yayılmasından çəkinilməsi hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən prosessual tədbirlərin maneəsiz şəkildə davam etdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar