Xəbər lenti
Dövlət qurumlarında işləmək istəyənlərin nəzərinə!
Mərkəzdən bildirilib ki, imtahanlarda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini (şəxsi kabineti olmayanlar) yaratmalıdırlar. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
BB vəzifə qrupu üzrə test imtahanı iyunun 7-si saat 10:00-da kompüter vasitəsilə keçiriləcək. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 760 yer ayrılıb.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı AB, AC, BA və BB qrupları üzrə iyunun 7-si saat 16:00-da kompüter vasitəsilə keçiriləcək. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 760 yer ayrılıb.
İmtahanlara qeydiyyat mayın 4-dən 24-dək aparılacaq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar


































