Xəbər lenti
Gündəlik stress ölüm riskini 5 dəfə artırır
Stress ürək-damar xəstəliklərindən ölüm riskini beş dəfə artırır. Bu, niderlandlı tədqiqatçıların gəldiyi nəticədir.Manevr.az medicina.az-a istinadən xəbər verir ki, alimlər müəyyən ediblər ki, 65 yaş yuxarı insanlar qanda kortizol səviyyəsinin yüksəlməsinə səbəb olan uzunmüddətli stress yaşayırlarsa, növbəti altı il ərzində ürək problemlərindən ölmə riski 5 dəfə artır.
Qeyd olunur ki, bu ölümlərə insult, infarkt, ürək tutması və kəskin ürək çatışmazlığı daxil ola bilər. Lakin stressin xərçəng kimi xəstəliklərin inkişafına əlavə təsiri yoxdur.
Qısamüddətli stressin bədənə müsbət təsir göstərdiyinə inanılır, lakin uzunmüddətli stress qan damarlarının funksiyasının pozulmasına və ürək problemlərinə səbəb ola bilər. Həmçinin qan təzyiqini və xolesterol səviyyəsini artırır ki, bu da ürəyə zərərlidir. Stress altında olan insanlar sağlam olmayan qidalar yeməyə, daha çox siqaret çəkməyə və spirtli içki qəbul etməyə meyllidirlər.
VU Universiteti Tibb Mərkəzinin tədqiqatçıları 65 yaşdan yuxarı 861 nəfərin sidikindəki kortizol səviyyəsini ölçdülər. Təhlil 24 saat ərzində bir dəfə aparıldı. Daha sonra onların sağlamlığı altı il ərzində izlənildi.
Məlum olub ki, ən yüksək kortizol səviyyəsinə malik iştirakçıların ürək-damar xəstəliklərindən ölmə ehtimalı beş dəfə çoxdur.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































