Sizin Reklam Burada
Xəbər lenti
05-05-2026
04-05-2026
BÜTÜN XƏBƏRLƏR

Bakı metrosunda qəribə qadağa gündəmdə – “Ayaqlarınız uzundursa…”

Tarix: 06-05-2026 08:26     Baxış: 432 A- / A+
IMG 1057
Metro və avtobuslarda yayxanaraq, ayaqlarını geniş açaraq oturan sərnişinlərin cəzalandırılması məsələsi müzakirələrə səbəb olub. Məlumata görə, paytaxtda ictimai nəqliyyatda qaydaları pozan şəxslər İnzibati Xətalar Məcəlləsinə əsasən “xırda xuliqanlıq” maddəsi ilə cərimə oluna və ya 15 günədək inzibati həbsə məruz qala bilərlər. Bu yanaşma sosial şəbəkələrdə geniş müzakirələr doğurub.


Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli deyib ki, xırda xuliqanlıq konkret əməllər əsasında qiymətləndirilir:

“Məsələn, bir şəxs ictimai yerdə kimisə təhqir edirsə və ya fiziki zor tətbiq edərək yüngül, yaxud ağır xəsarət yetirirsə, eləcə də etik və davranış qaydalarına zidd hərəkətlər edirsə, bu hallar xırda xuliqanlıq kimi qiymətləndirilə bilər. Lakin “yayxanaraq oturmaq” termini mübahisəlidir. Elə insanlar var ki, fiziki olaraq hərəkətlərində çətinlik yaşayırlar. Məsələn, boyu normadan uzun olan şəxslər metro və ya avtobusda oturarkən ayaqlarının uzunluğu səbəbindən müəyyən oturuş forması seçmək məcburiyyətində qalırlar. Belə hallarda həmin şəxsi necə cərimə etmək olar?
ilqar
İ.Hüseynli bu terminin Azərbaycan cəmiyyətinə gətirilməsinin əleyhinə olduğunu vurğulayıb:

“Bu ifadə qüsurludur. İnsan ictimai məkanda müxtəlif səbəblərdən oturuşunu dəyişə, ayaqlarını uzada, qaldıra və ya endirə bilər. Eyni zamanda, gələcəkdə geyimlə bağlı müəyyən qadağaların tətbiqi və standartlara uyğun olmayan geyimlərin cərimələnməsi kimi məsələlərin də müzakirəsi mümkündür. Yəni bunlar da xırda xuliqanlıq kimi qiymətləndirilə bilər. Açığı, bunun inzibati xəta kimi qəbul olunmasına yol vermək olmaz, bu, düzgün yanaşma deyil. Çünki dünyanın heç bir yerində “yayxanaraq oturmağa” görə cəza nəzərdə tutulmur. Bu səbəbdən də belə hallar bəzən haqlı olaraq ictimai qınağa səbəb olur”.

Qeyd edək ki, sözügedən qadağa barədə hələ rəsmi məlumat yoxdur. Məsələ ilə bağlı Bakı Metropoliteninə sorğu göndərmişik. globalinfo.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar