Xəbər lenti
Magistratura imtahanı ilə bağlı vacib proqnoz
Magistraturanın ikinci qəbul imtahanına sayılı günlər qalıb. Birinci imtahanda bir nəfər 96 bal toplayaraq ən yüksək nəticəni göstərmiş, iştirakçıların əksəriyyəti isə imtahanın çətin keçdiyini bildirmişdi. İndi isə namizədləri düşündürən əsas məsələlər ikinci mərhələdə sualların necə olacağı, daha yüksək nəticələrin qeydə alınıb-alınmayacağı, həmçinin plan yerləri və keçid ballarında dəyişiklik olub-olmayacağıdır.
Manevr.az xəbər verir ki, AzEdu.az-a açıqlama verən elm və təhsil eksperti Səbuhi Abdullayev bildirib ki, ikinci imtahanda iştirakçıların daha yüksək nəticə göstərəcəyi gözlənilir:
“Adətən imtahanların keçirilmə qaydaları və sualların formatı eyni qalır. Lakin bəzi hallarda sualların uzunluğu və çətinlik səviyyəsinin açıq şəkildə hiss edilməsi iştirakçılar üçün vaxt itkisinə səbəb olur ki, bu da ümumi nəticələrə təsir göstərir. Düşünürəm ki, ikinci imtahanda iştirakçılar daha yüksək bal toplayacaqlar.
Bunun əsas səbəblərindən biri onların birinci imtahanda artıq müəyyən təcrübə qazanması və imtahan prosesi ilə yaxından tanış olmasıdır. Eyni zamanda hazırlıq müddəti daha uzun davam edib, əvvəlki səhvlər təhlil olunub və nəticə çıxarılıb. Bundan əlavə, iştirakçılar psixoloji baxımdan da daha rahat olurlar və imtahana daha az həyəcanla daxil olurlar. Bu səbəbdən birinci imtahanla müqayisədə ikinci mərhələdə nəticələrin daha yaxşı olacağı və yüksək bal toplayanların sayının artacağı gözlənilir”.
Plan yerləri və keçid ballarında ciddi dəyişiklik gözlənilmir:
“Keçid ballarında yalnız müəyyən qədər artım və ya fərqlilik ola bilər. Amma ötən illə müqayisədə ciddi fərq gözlənilmir. Namizədlərin imtahan zamanı ən çox yol verdiyi səhvlərdən biri çətin suallara həddindən artıq vaxt ayırmalarıdır. Bəzi iştirakçılar bir sualda uzun müddət ilişib qalır və növbəti suallara keçə bilmirlər. Bu isə həm vaxt itkisinə, həm də ümumi balın azalmasına səbəb olur.
Tövsiyə edirəm ki, imtahan zamanı əvvəlcə daha rahat cavablandıra bildikləri suallardan başlasınlar və cavab kartını vaxtında doldursunlar. Daha sonra isə vaxt bölgüsünü düzgün apararaq çətin suallara qayıda bilərlər.
Vaxtdan düzgün istifadə edən iştirakçılar daha yüksək nəticə əldə etmək imkanı qazanırlar”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































