Sizin Reklam Burada
Xəbər lenti
28-01-2026
27-01-2026
BÜTÜN XƏBƏRLƏR

Bu il yeni metro stansiyası istifadəyə veriləcək

Tarix: 28-01-2026 12:15     Baxış: 321 A- / A+

Bu il yeni metro stansiyası istifadəyə veriləcək

Bu il Bakıda yeni metro stansiyası istifadəyə veriləcək.
Manevr.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.
Onun sözlərinə görə, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"na uyğun olaraq, uzun illərdən sonra "Dərnəgül" elektrik deposunun inşası davam etdirilib:
"28 May" stansiyası ərazisində xətlərin ayrılması layihəsinin əsas tərkib hissəsi olan iki nöqtədə şaxtaların qazıntısına başlanılıb. Eyni zamanda, "İçərişəhər" stansiyasından sonra dönmə kamerasının inşası üçün ərazidə aidiyyəti qurumlarla kommunikasiyalar dəqiqləşdirilərək sahə tikinti işlərinə hazır vəziyyətə gətirilib. "Həzi Aslanov" stansiyasının dalan yolunda isə yenidənqurma işləri növbəti mərhələyə çatdırılıb".
O qeyd edib ki, Dövlət Proqramı çərçivəsində 10 yeni stansiyanın tikintisi Bakı metrosu tarixində qısa müddətdə reallaşdırılacaq ən böyük genişlənmə mərhələlərindən biri olacaq:
"Bu stansiyalardan birinin 2026-cı ildə istifadəyə verilməsi nəzərdə tutulur və ötən ildə "B4 layihə" adlı stansiyada təmir və tikinti işləri sürətlə davam etdirilib".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar