Sizin Reklam Burada
Xəbər lenti
27-01-2026
BÜTÜN XƏBƏRLƏR

3 müşaviri, 5 prorektoru var - Nazir kimi rektor - Şəkil

Tarix: 26-01-2026 21:56     Baxış: 442 A- / A+
3 müşaviri, 5 prorektoru var -
Azərbaycanda ən çox müavini və müşaviri olan rektorlardan biri də Kamal Abdulladır. 2017-ci ildən bəri Azərbaycan Dillər Universitetinə rəhbərlik edə 76 yaşlı akademik bu göstəriciyə görə hətta bəzi nazirləri də geridə qoyur.

Kamal Abdullanın rəhbərliyi altinda ADU-da 5 prorektor və 3 müşavir fəaliyyət göstərir. "Birinci prorektor" statusunda Şəfəq Şahməmmədovadır. O, tədris məsələləri üzrə prorektor vəzifəsində çalışır.

Elmi işlər üzrə prorektor Həmidə Əliyevadır. Həmidə xanım filologiya elmləri doktoru, professordur.

Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsini dosent Tamam Cəfərova icra edir. Tamam xanım həm də Milli Məclisin deputatıdır.

Azərbaycan Dillər Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru Jalə Qəribovadır. Jalə xanım 2004-cü ildən bu vəzifədə çalışır.

Azərbaycan Dillər Universitetində ümumi işlər üzrə prorektor postu da var. Bu postu 30 aprel 2019-cu ildən dosent Vüqar Mehrabov tutur.

Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın həmçinin 3 müşaviri var.

Maddi-texniki təminat və maliyyə məsələləri üzrə müşavir Nüşabə Tanrıverdiyevadır.

ADU-nun rəsmi veb saytında yazılana görə, bu təhsil ocağında rektorunun inzibati idarəetmə məsələləri üzrə iki müşaviri var. Onlar Coşqun Dadaşov və Anar Osmanlıdır.

Müqayisə üçün bildirək ki, Müdafiə sənayesi naziri Vüqar Mustafayevin 2, Mədəniyyət naziri Anar Kərimlinin 3, Energetika naziri Pərviz Şahbazovun 4 müavini var. mətbuat.az 

Manevr.az 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar