Sizin Reklam Burada
Xəbər lenti
27-01-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda qəribə toy: gəlin onlayn qoşuldu

Tarix: 27-01-2026 23:26     Baxış: 329 A- / A+
Azərbaycanda maraqlı və qeyri-adi toy hadisəsi yaşanıb.

Yevlaxda keçirilən toy məclisində gəlin iştirak etməyib.

Ailənin sözlərinə görə, bu qərar qarşılıqlı razılıq əsasında verilib.

Belə ki, gəlin öz toy məclisini canlı bağlantı vasitəsilə izləyib.

Maraqlıdır gəlin toya niyə gələ bilməyib?
Bəyin atası Şirin Şirinov bildirib ki, oğluna təklif edib ki, gəlinsiz toy etsinlər:

“Təxminən 5-6 ay əvvəl oğluma dedim ki, kimi göstəririksə istəmirsən, gəl sənin toyunu edim sonra qız nə vaxt tapsan evlənərsən. Bu sözümə güldülər. Aradan bir müddət keçdi, gəldi ki, ata sən düz deyirsən, gəl, toy edək, qızı sonra taparam. 1 həftənin içində toy məsələni həll etdik, qız kimdir? Taylanddan. Dedim Allah xoşbəxt etsin, insan insandır. Əsas gəlindir, sonra vaxt olar gətirərsən”.

Bəyin anası Səfayət Şirinova isə bildirib ki, oğlu Taylanddan olan qızla 1 ildir ki, danışırmış:
“Onun eşqinə ingilis dilini də öyrəndi. Qız universitetdə oxuduğuna görə, gətirməyə icazə vermədilər. Guya özü getmişdi qızı gətirməyə. 10 gün qaldı, sonra qayıdıb gəldi. Qızı gətirə bilmədi. Toy etdik, çıxıb getdi. Sadəcə görüntülü danışmışıq qızla. Azərbaycan dilində çoxlu sözlər də bilir. Bizə ana, ata deyir”. bizim.media

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar