Sizin Reklam Burada
Xəbər lenti
27-01-2026
BÜTÜN XƏBƏRLƏR

Bu ölkədə sosial şəbəkə uşaqlara qadağan olundu

Tarix: 27-01-2026 13:44     Baxış: 331 A- / A+


Bu ölkədə sosial şəbəkə uşaqlara  qadağan olundu
Fransa parlamentinin aşağı palatası 15 yaşdan kiçik yeniyetmələr üçün sosial şəbəkələrin qadağan edilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Manevr.az xarici mediaya istinadla bildirir ki, deputatlar birinci oxunuşda məqsədi 15 yaşdan kiçik yeniyetmələr üçün sosial şəbəkələrdən istifadəni qadağan etmək olan qanun layihəsini qəbul ediblər.
Təşəbbüsün müəllifi “Renessans” partiyasından olan deputat Laura Millerdir.
Onun sözlərinə görə, qanun sosial şəbəkələrin artan təsirindən fransız gənclərinin psixi sağlamlığını qorumağı hədəfləyir. Sənəd eyni zamanda, yuxarı sinif məktəblərinin binalarında mobil telefonlardan istifadəyə də qadağa qoyur.
Qanun layihəsi mərkəzçi və sağçı qüvvələrdən olan deputatların əksəriyyəti tərəfindən dəstəklənib. Ona qarşı isə “Tabe olmayan Fransa” partiyasından olan solçu deputatların bir hissəsi səs verib.lent.az

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar