Sizin Reklam Burada
Xəbər lenti
27-01-2026
BÜTÜN XƏBƏRLƏR

Bu məlumatı verənə 1 milyon mükafat təyin etdilər

Tarix: 27-01-2026 08:55     Baxış: 333 A- / A+
bu-melumati-verene-1-milyon-mukafat-teyin-etdiler
Almaniyanın paytaxtı Berlində təxminən 100 min nəfəri günlərlə elektriksiz qoyan elektrik şəbəkəsinə hücumla bağlı istintaqa kömək edəcək konkret məlumata görə 1 milyon avro mükafat elan edilib.

Bu barədə ölkə mətbuatı məlumat yayıb.

Bildirilib ki, Berlin əyalətinin daxili işlər naziri İris Şpranger Berlin Əyalət Parlamentinin Daxili İşlər Komitəsində cənub-qərbi Berlində elektrik kabellərinə edilən hücum barədə məlumat verib.

Nazir Federal Prokurorluğun bu hücumla bağlı mühüm məlumat təqdim edən şəxslərə 1 milyon avro mükafat təklif etdiyini təsdiqləyib və federal hökumətin bu məbləği uyğun hesab etdiyini bildirib.

Şpranger belə yüksək məbləğin istisna hal olduğunu vurğulayıb:

“Bu, birdəfəlik qərardır. Federal hökumətin indiyədək bu miqyasda mükafat təklif etdiyini xatırlamıram”.

Onun sözlərinə görə, mükafatın məqsədi 3 yanvarda baş verən yanğın hadisəsinə aydınlıq gətirəcək və cinayətkarların kimliyinin müəyyənləşdirilməsinə kömək edəcək məlumatların əldə olunmasıdır. O, hücumu “terror aktı” kimi qiymətləndirib.

Qeyd edək ki, 3 yanvarda elektrik xətlərinə edilən hücumdan sonra Berlinin cənub-qərbində təxminən 100 min sakin İkinci Dünya Müharibəsindən bəri ən uzun elektrik kəsintilərindən biri ilə üzləşib. Nəticədə təxminən 50 min ev təsərrüfatı günlərlə elektrik və istilikdən məhrum qalıb.

Hücuma görə məsuliyyəti solçu “Vulkan” qrupu öz üzərinə götürüb. Federal Prokurorluq isə hadisə ilə bağlı terrorizm şübhəsi ilə istintaqa başladığını açıqlayıb. qafqazinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar