Sizin Reklam Burada
Xəbər lenti
28-01-2026
27-01-2026
BÜTÜN XƏBƏRLƏR

Uşaqları dini ayinlərdə iştiraka məcbur etmək qadağan olunur

Tarix: 28-01-2026 12:08     Baxış: 318 A- / A+
Uşaqları dini ayinlərdə iştiraka məcbur etmək qadağan olunurUşaqların dinə etiqad etməyə məcbur olunması qadağan edilir.
Manevr.az xəbər verir ki, bu məsələ yeni hazırlanan "Uşaq hüquqları haqqında" qanun layihəsində əks olunub.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan yeni layihəyə əsasən, valideynlər (onları əvəz edən şəxslər) qarşılıqlı razılıq əsasında uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinə uyğun tərbiyə edə biləcəklər.
Qeyd olunub ki, uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağandır. Uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir.
Sənəddə bildirilib ki, yalnız qanunda nəzərdə tutulan hallarda ictimai təhlükəsizlik mənafeləri üçün, ictimai qaydanın təmin edilməsi, sağlamlığın, mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün uşağın dini etiqad azadlığına məhdudiyyətlər qoyula bilər.
Xatırladaq ki, hazırda qüvvədə olan eyni adda qanuna əsasən, uşağın səhhətinə zərərli təsir göstərən dini ayinlərin icrasına cəlb edilməsi qadağandır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar