Sizin Reklam Burada
Xəbər lenti
12-01-2026
BÜTÜN XƏBƏRLƏR

Qəbələ “Qış Nağılı” Musiqi Festivalına hazırlaşır

Tarix: 13-01-2026 11:42     Baxış: 323 A- / A+
Fevralın 5-8-də Qəbələdə Beynəlxalq "Qış Nağılı" Musiqi Festivalı keçiriləcək.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı, Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və "Gilan"ın  dəstəyi ilə ikinci dəfə reallaşan layihə 2009-cu ildən təşkil olunan Qəbələ Beynəlxalq Musiqi Festivalının davamı olaraq sənətsevərləri bir araya toplayır. 
Festival günlərində Qəbələnin Heydər Əliyev Konqres Mərkəzində rəngarəng proqram - Qara Qarayevin xatirəsinə həsr olunan konsert, vokal, kamera instrumental musiqi axşamları, flamenko-caz musiqi gecəsi, solo çıxışlar təqdim ediləcək.
Tamaşaçılar Azərbaycan və dünya bəstəkarlarının sevilən əsərlərini dinləmək imkanı qazanacaqlar. 
Çıxış edənlər:
Azərbaycan Respublikasının Xalq artistləri - Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə,  Əməkdar artistlər - Afaq Abbasova, Əyyub Quliyev, Emil Əfrasiyab, respublika və beynəlxalq müsabiqələr laureatları - Aysun Mahmudova, Azər-Rza, Aytac Şıxəlizadə, Həsən Bilalov, İbrahim Babayev, Mahir Tağızadə, Nicat Aslanov, Ruslan Hüseynov, musiqi kollektivlərindən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri, Azərbaycan Dövlət Simli Kvarteti və İspaniyadan xüsusi qonaqlar - Cristina Cazorla, Javier Moreno, Andrés Barrios.  

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar