Xəbər lenti
Pezeşkian xalqı meydanlara çağırdı

İran Prezidenti Məsud Pezeşkian televiziya vasitəsilə xalqa müraciət edərək, ölkədə davam edən iğtişaşlara qarşı vətəndaşları mövqe nümayiş etdirməyə çağırıb.
“Qafqazinfo” xəbər verir ki, Prezident müraciətində İran xalqını meydanlara çıxmağa və iğtişaşçıların xalqın tələblərini təhrif etməsinə imkan verməməyə səsləyib.
Pezeşkianın sözlərinə görə, İran cəmiyyəti dinc etirazları tanısa da, məscidləri və ictimai binaları yandıranları qəbul etmir:
“Hökumət dinc etirazçıların tələblərini dinləməyə və ölkə daxilindəki bütün tərəflərlə görüşməyə hazırdır. Lakin buna baxmayaraq, baş verən iğtişaşlarda xarici qüvvələrin, xüsusilə ABŞ və İsrailin rolunun olduğu danılmazdır”.
Xatırladaq ki, dekabrın 28-də milli valyutanın dəyərdən düşməsi ilə başlayan etirazlar artıq iki həftədən çoxdur ki, davam edir. qafqazinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































