Sizin Reklam Burada
Xəbər lenti
12-01-2026
BÜTÜN XƏBƏRLƏR

Trampdan İran rəhbərliyinə sərt xəbərdarlıq

Tarix: 10-01-2026 16:39     Baxış: 346 A- / A+



"İranın başı bəladadır".
Manevr.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp İranla bağlı suala cavab verərkən bildirib.
O, ölkədəki vəziyyətin ciddi olduğunu dilə gətirib: "İranda xalqın bəzi şəhərlərdə nəzarəti ələ keçirdiyi müşahidə olunur və bu, bir neçə həftə əvvəl mümkün görünmürdü".
Tramp ABŞ-nin vəziyyəti yaxından izlədiyini vurğulayaraq, İrandakı etirazçıların təhlükəsizliyini istədiklərini bildirib. O, İran rəhbərliyinə müraciət edərək, nümayişçilərə qarşı güc tətbiq edilməməsi barədə xəbərdarlıq edib:
"İranlı liderlərə deyirəm, atəş açmasanız, yaxşı olar. Çünki biz də atəş açmağa başlaya bilərik".
Xatırladaq ki, İranda etirazlar 2025-ci il dekabrın sonlarında yerli valyuta olan rialın devalvasiyası səbəbindən başlayıb. Bundan sonra İran Mərkəzi Bankının rəhbəri Məhəmməd Fərzin istefa verib. Onun yerinə Əbdülnasir Hemmati təyin edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar