Sizin Reklam Burada
Xəbər lenti
12-01-2026
BÜTÜN XƏBƏRLƏR

İndoneziyadan sərt addım: Maskın “Grok” çatına qadağa qoyuldu

Tarix: 11-01-2026 17:47     Baxış: 430 A- / A+



İndoneziya hökuməti İlon Maskın rəhbərlik etdiyi xAI şirkətinin hazırladığı "Grok" adlı süni intellekt çatına müvəqqəti məhdudiyyət tətbiq edib. Qərar təhlükəsizlik və etik narahatlıqlarla əsaslandırılıb.
Manevr.az-ın məlumatına görə, bu barədə "The Guardian" nəşri yazıb.
İndoneziya "Grok"un fəaliyyətini məhdudlaşdıran ilk ölkə kimi tarixə düşüb. Hakimiyyət orqanlarının açıqlamasına əsasən, çatın görüntü yaratma funksiyası vasitəsilə qeyri-qanuni məzmunun, xüsusilə azyaşlıların iştirakı ilə pornoqrafik materialların hazırlanması halları aşkar edilib.
Ölkənin Kommunikasiya və Rəqəmsal Texnologiyalar naziri Meytiya Hafid bildirib ki, cinsi xarakterli dipfeyklər insan hüquqlarını pozur və vətəndaşların rəqəmsal mühitdə təhlükəsizliyinə ciddi risk yaradır.
Məsələ ilə əlaqədar olaraq, rəsmi qurumlar sosial media platforması "X"in nümayəndələrini izahat üçün görüşə dəvət ediblər.
İlon Mask isə mövzuya münasibət bildirərək qeyd edib ki, "Grok" vasitəsilə qanunsuz məzmun yaradan istifadəçilər, həmin materialları özləri yükləmiş şəxslər kimi eyni hüquqi məsuliyyət daşıyacaqlar.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar