Sizin Reklam Burada
Xəbər lenti
12-01-2026
BÜTÜN XƏBƏRLƏR

Bakı və Abşeronda su kəmərləri yenidən qurulacaq

Tarix: 12-01-2026 16:30     Baxış: 337 A- / A+

Bakı şəhərində və Abşeron yarımadasında köhnəlmiş magistral və paylayıcı su kəmərlərinin yenidən qurulacaq.
Manevr.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair təsdiqlədiyi 2026-2035-ci illər üzrə Dövlət Proqramında deyilir.
Sənədə əsasən, mövcud nasaz xətlərin dəyişdirilməsi və müasir texnologiyalar tətbiq ediləcək. Yeni su anbarlarının və nasos stansiyalarının qurulması, mövcud sistemlərin müasirləşdirilməsi, subartezian quyularının bərpası və yeni nasosların quraşdırılması planlaşdırılır.
Samur−Abşeron kanalının xidmət sahələrində suvarma suyu təminatının yaxşılaşdırılması və Ceyranbatan su anbarının dayanıqlı su ilə təmin olunması nəzərdə tutulur.
Nəticədə 230 km magistral və 200 km paylayıcı su şəbəkəsinin yenilənməsi, su itkilərinin 20 faizdən aşağı salınması, su təchizatında fasiləsizlik səviyyəsinin 95 faizə çatdırılması təmin ediləcək.
Samur−Abşeron kanalı və Ceyranbatan su anbarı vasitəsilə suvarma suyu və texniki su təminatının dayanıqlığı artırılacaq.
Qeyd edək ki, Bakı şəhərində və Abşeron yarımadasında mövcud su təchizatı infrastrukturu, əsasən, köhnə və istismara yararsız vəziyyətdədir. Magistral su kəmərləri, paylayıcı şəbəkələr və su anbarları bir sıra hallarda texniki cəhətdən qüsurludur. Bu, su itkilərinin artmasına, təchizatın fasiləli olmasına və suyun keyfiyyətinin aşağı düşməsinə səbəb olur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar