Xəbər lenti
Günay Ağamalı öz yerini qızına verdi

Milli Məclisin deputatı Günay Ağamalı vaxtilə ona məxsus olan "Buta" körpələr evi-uşaq bağçasının qanuni təmsilçisini dəyişib.
Manevr.az qafqazinfo.az-a istinadən xəbər verir ki, millət vəkili bu vəzifəni qızı Nigar Həsənovaya təhvil verib.
Bu barədə məlumat Dövlət Vergi Xidmətinin portalında da yenilənib.
Xatırladaq ki, ötən ilin noyabrında "TikTok"da deputatın qızı olduğu iddia edilən Nigar Həsənovanın boynundan xaç asaraq rəqs etdiyi görüntülər yayılmışdı. Daha sonra deputat məsələ ilə bağlı açıqlama yayaraq bildirmişdi ki, videodakı şəxsin qızına bənzərliyi olsa da, onun övladı deyil.
Qeyd edək ki, bir neçə il əvvəl G.Ağamalıya məxsus olan "Buta" körpələr evində uşağın döyülməsi ilə bağlı məlumatlar yayılmışdı. Rəsmi araşdırmalardan sonra azyaşlının döyülməsi haqda iddialar öz təsdiqini tapmamışdı.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































