Xəbər lenti
Almaniyada minlərlə məktəbli etiraz aksiyası keçirdi
Onlar yeni qanunu tənqid edən plakatlar və bannerlərlə şəhər mərkəzində yürüyüş ediblər. Axşam saatlarında ikinci etiraz dalğasının baş verəcəyi gözlənilir.
Yeni qanuna qarşı etirazlar həmçinin Ştutqart, Rostok, Nürnberq, Leypsiq və digər 70 şəhər və bələdiyyədə də keçirilib.
Xatırladaq ki, 5 dekabrda Bundestaq Almaniyada hərbi xidməti modernləşdirən qanun layihəsinin lehinə səs verib. Parlamentin 596 üzvündən 323-ü qanunun lehinə, 272-si əleyhinə səs verib, 1-i isə bitərəf qalıb.
Qanun layihəsi məcburi püşkatmaların, eləcə də 31 dekabr 2007-ci ildən sonra doğulmuş kişilər üçün məcburi tibbi müayinələrin tətbiqini təklif edir.
Oktyabrın ortalarında, uzun müzakirələrdən sonra Almaniyanın hakim koalisiyası olan Xristian Demokrat İttifaqı və Sosial Demokrat Partiyası kompromisə gəliblər. Bu kompromisə əsasən, gənc kişilər anket doldurmalı, tibbi müayinədən və müsahibədən keçməlidirlər. Əgər kifayət qədər könüllü yoxdursa, püşkatma yolu ilə seçilənlər altı ay hərbi xidmət keçməlidirlər.
Yeni könüllü hərbi xidmət formatı İsveç modelinə əsaslanır. Onun 2026-cı ilin əvvəlində qüvvəyə minməsi gözlənilir. publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































