Sizin Reklam Burada
Xəbər lenti
05-12-2025
04-12-2025
BÜTÜN XƏBƏRLƏR

Türkiyə Ermənistanla sərhədi 6 aya açacaq?

Tarix: 05-12-2025 21:13     Baxış: 326 A- / A+
Türkiyə Ermənistanla sərhədi 6 aya açacaq? - Ankaradan REAKSİYA
"Bloomberg" agentliyi Türkiyənin Ermənistanla quru sərhədini yaxın altı ay ərzində açmağı nəzərdən keçirdiyini yazıb. Agentlik məlumatı yayarkən adı açıqlanmayan mənbələrə istinad edib.

Qeyd olunur ki, bu addım Avropada "soyuq müharibə" dövründən qalan son bağlı sərhəd xəttinin aradan qaldırılması demək olacaq və bu, Cənubi Qafqazda ticarət və kommunikasiya xəritəsini dəyişə bilər.

Türkiyə Böyük Millət Məclisinin(TBMM) Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri Şamil Ayrım bildirib ki, Ermənistanla 6 ay ərzində sərhədlərin açılacağı ilə bağlı yayılan xəbərlər dezinformasiyadır:

“Azərbaycanla Ermənistan arasında müharibə bitib. Azərbaycan torpaqlarını işğaldan azad edib. Amma Azərbaycanın müharibədən sonra Ermənistan qarşısında qoyduğu iki mühüm şərt vardı: Minsk qrupunun ləğvi və Ermənistan konstitusiyasına dəyişiklik etmək. Ermənistan konstitusiyasında Qarabağın Ermənistana aid olması ilə bağlı torpaq iddiası var ki, bunu Azərbaycanın qəbul etməsi mümkün deyil. Hazırda bu istiqamətdə müəyyən işlər gedir.

Cənab İlham Əliyevlə cənab Nikol Paşinyan arasında gedən dialoqlar yaxşı səviyyədədir. Onu gözləmək lazımdır. Türkiyə Azərbaycana rəğmən "mən Ermənistanla sərhədləri açıram" deməz. Bu istiqamətdə yayılan xəbərləri yalan və dezinformasiya olaraq qəbul etmək lazımdır. Prezident və xarici işlər nazirinin açıqlaması yoxdursa, deməli, bu yöndəki xəbərlərin hamısı yalandır”. modern.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar