Sizin Reklam Burada
Xəbər lenti
05-12-2025
04-12-2025
BÜTÜN XƏBƏRLƏR

Putinin “Müharibəyə hazırıq” mesajına NATO-dan cavab gəldi

Tarix: 03-12-2025 22:35     Baxış: 352 A- / A+



Qara dənizdə Ukrayna tərəfindən tankerə hücum edildikdən sonra Rusiyanın "Avropa müharibəyə girmək istəyirsə, biz tam hazırıq" - sözləri ilə gündəm yaradan Prezidenti Vladimir Putinə NATO-dan ilk reaksiya gəlib.
Manevr.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna limanlarına və bu limanlara daxil olan gəmilərə qarşı hücumların genişləndiriləcəyini açıqlayıb. O, Ukraynanın Qara dənizdə tankerlərə hücumunu sərt tənqid edib: "Tankerlərə edilən hücumlar beynəlxalq sularda deyil, üçüncü bir dövlətin iqtisadi zonasındadır. Bu, artıq dəniz quldurluğudur."
Putin əlavə edib ki, hücumlar davam edərsə Ukraynaya yardım edən ölkələrin gəmiləri də cavab tədbirlərinin hədəfi ola bilər.
Putinin "Avropa müharibəyə girmək istəyirsə, biz tam hazırıq" sözlərinə cavab olaraq NATO Baş katibi Mark Rutte açıqlama verib: "Rusiya nəticələri düşünmədən davranır."
Putin Qara dənizdəki gərginlidirə toxunaraq əlavə edib: "Avropa ilə müharibə etmək kimi niyyətimiz yoxdur. Amma əgər onlar bizimlə müharibəyə başlamaq istəyirlərsə, biz buna tam hazırıq. Bu, Ukrayna kimi olmayacaq. Avropa qəfil müharibə başlatsa, danışacaq heç kim qalmaya bilər."
28 noyabrda VIRAT adlı tanker Qara dənizdə təxminən 35 dəniz mili açıqda zərbə alıb. Hadisə yerinə xilasedici qruplar yönləndirilib.
Nazir Abdulkadir Uraloğlu tankerdəki 20 nəfərlik heyətin vəziyyətinin yaxşı olduğunu bildirib.
30 noyabrda verilən əlavə açıqlamada, tankerin Türkeli limanına çəkilməsi üçün əməliyyatın davam etdiyi vurğulanıb. Gəmi dünən xüsusi şirkətə məxsus yedəkçi vasitəsilə Qara dənizin Sarıyer sahilinə gətirilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar