Sizin Reklam Burada
Xəbər lenti
05-12-2025
04-12-2025
BÜTÜN XƏBƏRLƏR

Adnan Əhmədzadə Vahid Ələkbərovla əlbir imiş

Tarix: 05-12-2025 18:27     Baxış: 330 A- / A+
Adnan Əhmədzadə Vahid Ələkbərovla əlbir imişHazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb.
Manevr.az xəbər verir ki, bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub.
Nəşr yazıb ki, bu ilin sentyabr ayında Adnan Əhmədzadə Bodrumda Vahid Ələkbərovun “Genesis” yaxtasında “Lukoil” şirkətinin təsisçisinin ad günü mərasimində iştirak edib.
108 milyonluq yaxta niyə Adnan Əhmədzadənin adına qeydiyyatdan keçirilib?
Bundan əlavə, Əhmədzadə Ələkbərovla koordinasiyalı şəkildə 108 milyon dollarlıq "Galactica Super Nova" superyaxtasını öz adına qeydiyyatdan keçirməkdə şübhəli bilinir.
Nəşrin yazdığına görə sözügedən yaxta müsadirə olunmasının qarşısını almaq üçün Aralıq dənizindəki limanlardan birində gizlədilib:
“Lukoil şirkətinin həmtəsisçisi, milyarder Vahid Ələkbərov, çox güman ki, 70 metrlik superyaxtası olan “Galactica Super Nova”nı satıb və “Genesis” adlı yeni 80 metrlik yaxta alıb. “Galactica Super Nova” yaxtasının mülkiyyəti ötən il dəyişib. Bu ilin yayına qədər gəmi Ələkbərova məxsus olduğu bildirilən Malta şirkəti Nova 70 LTD-nin adına qeydiyyatda olub.
Lakin Dəniz Portalının məlumatına görə, 11 iyulda yaxta Marşal Adalarında qeydiyyatdan keçmiş dəniz şirkəti olan “Six Star Shipping LTD”yə verilib. İki ay sonra yaxtanın adı dəyişdirilib. Daha sonra azərbaycanlı iş adamı Adnan Əhmədzadənin adına qeydiyyatdan keçirilib”, - deyə “VÇK-OQPU”nun araşdırmasında qeyd olunub.
Britaniya vətəndaşlığının arxasındakı gizli əməkdaşlıq
 
Nəşr Adnan Əhmədzadənin Vahid Ələkbərovun aktivlərini sanksiyalardan gizlətmək üçün Böyük Britaniya vətəndaşlığı aldığını yazıb:

“Böyük Britaniya tərəfindən sanksiya tətbiq edilən aktiv - 100 milyon dollarlıq superyaxta - Britaniya vətəndaşının (Adnan Əhmədzadə) adına qeydiyyata alınıb və sonradan Aralıq dənizində beynəlxalq izləmə sistemlərindən (GPS deaktivasiyası vasitəsilə) yoxa çıxıb”.
Bundan əlavə, Adnan Əhmədzadənin uzun illər Rusiya neftini saxta sertifikatlarla dünya bazarına çıxardığı ilə bağlı məqamlar da üzə çıxıb.
 
Sözügedən səbəblərə görə, Adnan Əhmədzadə Britaniya vətəndaşlığından Ələkbərovun aktivlərini qanuni şəkildə gizlətməkdə və Lukoil, Tatneft, Sibur, Surqutneftegaz və digər Rusiya neft şirkətləri üçün neft ticarətini asanlaşdırmaq məqsədilə istifadə etməkdə ittiham olunur”.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur. Sentyabrın 20-də Səbail rayon məhkəməsinin qərarı ilə Adnan Əhmədzadə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Əhmədzadənin həbsi ölkə qanunlarını kobud şəkildə pozaraq “Azeri Light” markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunması ilə əlaqələndirilir. Bu əməl Azərbaycanın neft sənayesinin etibarlılığına və bazar şəffaflığına ciddi zərbə kimi qiymətləndirilir.modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar