Sizin Reklam Burada
Xəbər lenti
05-12-2025
04-12-2025
BÜTÜN XƏBƏRLƏR

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda...

Tarix: 05-12-2025 16:00     Baxış: 333 A- / A+
“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda...Prezident Administrasiyasının və AMEA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə yenilik var.
Manevr.az gününsəsi.info-ya istinadən xəbər verir ki, “Ramiz Mehdiyev İşi”nə AMEA-nın vitse-prezidentləri də cəlb olunub.
Məlumatda bildirilir ki, Ramiz Mehdiyevə qarşı verilən ittihamlara biri də əlavə olunacaq. Buna səbəb isə Ramiz Mehdiyevin AMEA-ya rəhbərlik etdiyi dövrdə korrupsiya halları barədə müraciətlərin istintaq orqanına daxil olmasıdır.
Bu araşdırmalar nəticəsində Ramiz Mehdiyevə Cinayət Məcəlləsinin 179 (Mənimsəmə və ya israf etmə) maddəsi üzrə ittiham elan olunması gözlənilir.
Məlumata görə AMEA-nın prezidenti İsa Həbibəyli, vitse-prezidentlər Dilqəm Tağıyev və İradə Hüseynova, həmçinin İşlər İdarəsinin rəhbəri Elton Quliyev “Ramiz Mehdiyev İşi” üzrə dindiriləcək.
Qeyd edək ki, dövlət əleyhinə ağır cinayətlərdə ittiham olunan sabiq PA rəhbəri barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar