Xəbər lenti
Telefonda sevgilisi ilə mübahisə edən gənc qız 17-ci mərtəbədən özünü ataraq həyatına son verdi
ABŞ-da Texas A&M Universiteti tələbəsi Brianna Aguileranın faciəvi ölümü geniş rezonans doğurub.Gənc qız universitetinin Austin şəhərində keçirilən oyununu izləmək üçün dostları ilə birlikdə şəhərə getmiş və gecə 17-ci mərtəbədə yerləşən bir tələbə mənzilində təşkil olunan məclisə qatılmışdı. Lakin gecənin sonunda dəhşətli hadisə ilə nəticələnib.
Polisin açıqlamasına görə, Aguilera ölməzdən cəmi üç dəqiqə əvvəl sevgilisi Aldo Sanchez ilə telefon vasitəsilə sərt bir mübahisə edib. Bu danışıqdan dərhal sonra o, mənzilin eyvanından özünü ataraq həyatına son verib.
Hadisədən bir neçə həftə əvvəl isə Brianna və sevgilisinin sosial şəbəkələrdə xoşbəxt anlar paylaşdığı görünürdü. Cütlüyün kostyumlu tədbirlərdən tutmuş romantik görüşlərə qədər bir çox xatirəsi sosial mediada yer alırdı.
Briannanın anası qızının ölümünün intihar olmadığını iddia etsə də, polis araşdırması başqa nəticələr ortaya çıxarıb. Rəsmi məlumata görə, gənc qızın telefonunda silinmiş intihar qeydi aşkarlanıb. Həmçinin ölüm gecəsi bir neçə dostuna "özünə zərər verə biləcəyini" bildirəcək mesajlar göndərdiyi qeyd olunub. Polis onun daha əvvəl də yaxın çevrəsinə intihar düşüncələrindən bəhs etdiyini təsdiqləyib.
Ailə hadisənin "şübhəli" olduğunu və Briannanın bunu öz istəyi ilə etməyəcəyini düşünür. Lakin istintaq orqanları əldə olunan sübutların gənc qızın psixoloji olaraq çətin bir dövr keçirdiyini göstərdiyini bildirir.
Gənc yaşında həyatını itirən Brianna Aguileranın faciəsi həm ailəsini, həm də universitet cəmiyyətini dərindən sarsıdıb. sonxeber.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































