Sizin Reklam Burada
Xəbər lenti
05-12-2025
04-12-2025
BÜTÜN XƏBƏRLƏR

Ana körpəsini aclıqdan öldürdü

Tarix: 05-12-2025 22:05     Baxış: 421 A- / A+
Ana körpəsini aclıqdan öldürdüRusiyanın Buryatiya vilayətində ana körpəsini aclıqdan öldürüb.

Qadın həkimlərin uşağın kritik çəki çatışmazlığı barədə dəfələrlə xəbərdarlıqlarına baxmayaraq, körpə üçün nəzərdə tutulmuş qarışığı qəsdən adi quru qaymaqla əvəz edib. Uşaq kəskin çəki itirməkdən (aclıqdan) dünyasını dəyişib.

Bildirilir ki, tibbi mütəxəssislər körpənin inkişafındakı pozğunluğu həyatının ilk həftələrindən qeydə alıblar. Müayinələr zamanı həkimlər anaya açıq şəkildə bildiriblər ki, onun verdiyi qidalanma təhlükəlidir və normal böyüməni təmin etmir. Lakin qadın tövsiyələrə məhəl qoymayıb və körpəni sulandırılmış qaymaqla bəsləməyə davam edib.

Dördüncü aya çatanda uşağın vəziyyəti kritik həddə düşüb: ölüm anında onun çəkisi cəmi 2640 qram olub. Bu, doğum evindən çıxarkən çəkisinə demək olar ki, bərabərdir. Mütəxəssislər ölümün səbəbini qidalanma çatışmazlığı nəticəsində yaranan ağır arıqlama (alimentər distrofiya) kimi qeyd ediblər.

Dindirmələr zamanı qadın öz günahını tam etiraf edib. Məhkəmə onun iki azyaşlı uşağının olmasını nəzərə alaraq ona bir il azadlığın məhdudlaşdırılması cəzası verib. lent.az 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar