Sizin Reklam Burada
Xəbər lenti
27-01-2025
26-01-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda yeni Konstitusiya və referendumla bağlı iddialar yalandır

Tarix: 26-01-2025 15:16     Baxış: 348 A- / A+
Gündəlikdə Konstitusiya ilə bağlı dəyişiklik müzakirəsi yoxdur
Son vaxtlar Azərbaycanda yeni Konstitusiya qəbul olunacağı, bu il ərzində referendum keçiriləcəyi barədə məlumatlar yayılır.
Manevr.az xəbər verir ki, Azərbaycanın hazırkı gündəliyində belə məsələ yoxdur.
"Gündəlikdə Konstitusiya ilə bağlı dəyişiklik müzakirəsi yoxdur. Belə bir dəyişikliyə hazırlaşmırıq. Bunu müzakirə edənlərin hansı məqsəd daşıdıqları, bu informasiyaların hansı zərurətdən yarandığı da bizə məlum deyil" deyə, mənbə bildirib.
Qeyd edək ki, bu il Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkədə "Konstitusiya və suverenlik ili" elan olunub.
Dövlət başçısının sərəncamında "Konstitusiya və Suverenlik ili" nin elan olunmasının səbəbi göstərilib.
Sərəncamda qeyd olunub ki, Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq bu il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib.apa


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar