Xəbər lenti
Biləsuvarda qisas zəminində bıçaqlanma olub
Biləsuvarda qisas zəminində bıçaqlanma olub.
Manevr.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Aranlı kəndində baş verib.
Kəndin sərnişindaşıma mikroaftobusunda Çinarlı kənd sakini 2001-ci təvəllüdlü Orxan Abdullazadə həmkəndlisi 2006-cı il təvəllüdlü Vadər Həmidlini bıçaqlayıb.
Zərərçəkən Vadərin anasının sözlərinə görə, Orxan qardaşı ilə oğlunu izləyərək hadisəni törədib.
Qeyd edək ki, hadisəni törədən və zərərçəkən yaxın qohumdur. V.Həmidlinin atası 1975-cil il təvəllüdlü Cavid Həmidov 2023-ci ildə bacısının həyat yoldaşı 1972-ci il təvəllüdlü Əsgər Abdullayevi güllələyərək qətlə yetirib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən Orxan Abdullazadə polis əməkdaşları tərəfindən saxlanılıb.
Belə ki, yanvarın 25-də saat 11 radələrində V.Həmidliyə xəsarət yetirməkdə şübhəli bilinən 2001-ci il təvəllüdlü Orxan Abdullazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar