Sizin Reklam Burada
Xəbər lenti
26-01-2025
25-01-2025
BÜTÜN XƏBƏRLƏR

Dünyanın şirniyyat trendi “Dubay şokoladı” necə yarandı? - MARAQLI

Tarix: 26-01-2025 13:43     Baxış: 437 A- / A+

Dubay şokoladı yeni qastronomik trendə çevrilib. Dünyanın hər yerindən insanlar püstə pastası, təmiz tahin və kadayıfdən hazırlanan, xüsusi xırçıldayan dad verən bu şirniyyatı əldə etməyə çalışır.
Manevr.az dünyanın 1 nömərli trendinə çevrilən Dubay şokoladı barədə yazını təqdim edir.
Dubay şokoladı 2021-ci ildə hazırda dünya brendinə çevrilmiş "FİX Dessert Chocolatier" şirniyyat markasının qurucusu 38 yaşlı Sara Hamud tərəfindən icad olunub. 2021-ci ildə analıq məzuniyyətində olan qadın təcrübə etmək qərarına gəlir və qeyri-adi şokolad üçün resept hazırlayır. Əgər bir neçə il əvvəl, onun şirkəti Dubay şokoladını satmağa başlayanda gündə 6-10 arası sifariş alırdısa, bu gün bu rəqəm dəqiqədə 100 sifarişə yüksəlib. "Düzünü desəm, şokolad trendinin bu qədər qlobal olacağını heç düşünməmişəm. İndi baş verənlər çılğındır" - deyə Sara Hamud CNN telekanalına açıqlamasında Kanadadan Argentina və Rumıniyaya qədər müxtəlif ölkələrdən olan insanlardan mesaj və video mesajları aldığını söyləyib.
Dubay şokoladının populyarlığı 2024-cü ilin fevralında TikTok bloggeri Maria Vejera-nın avtomobildə şokolad yediyi videosu ilə başladı. Video 80 milyondan çox baxış toplayıb və digər bloqçular da bu tendensiyanın ardıca gedirlər. Bu ləzzət Dubayın vəliəhdi və BƏƏ-nin müdafiə naziri Həmdan bin Məhəmməd Əl Maktumun özü tərəfindən yüksək qiymətləndirildi. 
6 ay sonra, 2024-cü ilin yayında Dubay şokoladının dəbi Azərbaycana da çatdı, blogerlər şirniyyatı kamerada sınamağa və sosial şəbəkələrdə videolar paylaşmağa başladılar.
Dubay şokoladı əl istehsalıdır və südlü şokolad, püstə və ya küncüt pastası və nazik liflərdən hazırlanmış ənənəvi şərq ləzzəti olan kataif xəmirindən ibarətdir. Bu tərkib hissəsi desertə video rəylərdə fəal şəkildə vurğulanan məşhur xırçıltı verir. 
Dubay şokoladının məşhurluğu və bahalı olmağı tendensiyası təkcə istehlakçıların kütləvi marağı səbəbilə deyil, həm də onun məhdud sayda istehsal olunması səbəbindən yaranıb. 2024-cü ilin yayında bu şokolad delikatesini yalnız Dubayda almaq olardı, indi isə onu məşhur onlayn satış şəbəkələrində sifariş etmək olar. 
Şokolad botonları əl işi olduğundan, o cümlədən hər bir şokolad üçün özünəmxsus dizayn var deyə, istehsalın həcmi məhduddur. Eyni zamanda, Sara Hamuda Dubay şokoladını konveyer üsulu ilə kütləvi istehsal etməyi planlaşdırmır.
"Məhsullarımızın keyfiyyətinə və tərkibinə nəzarət etmək mənim üçün çox vacibdir", - o deyib.
Şokoladların dizaynını isə Saranın əri təklif edir. Hazırda onların FİX şirkətinin 100-dən artıq əməkdaşı var.
Şokolada olan yüksək tələbat bir çox şirkətlərin FİX-in uğurunu təkrarlamağa və Dubay şokoladının öz versiyalarını təklif etməsinə səbəb oldu, bəzi bloqçular isə evdə bu şokoladı hazırlayır. Bununla belə, Sara Hamuda rəqabətdən narahat deyil.
"İnsanlardan "bizi ruhlandırdığınız üçün sağ olun" deyən mesajlar alırıq". Buna görə də, əksinə, bu, mənim fəxr etdiyim bir şeydir", - deyir və nəticədə beynəlxalq bazara girəcəyinə söz verir"./lent.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar