Bu gün sülh və insanlıq əleyhinə çoxsaylı cinayətlərin törədilməsində ittiham olunan erməni əsilli şəxslərin cinayət işi üzrə məhkəmənin növbəti hazırlıq iclası keçiriləcək.
Manevr.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçiriləcək iclasda təqsirləndirilən şəxslərin əvvəlki prosesdə qaldırdıqları vəsatətlər üzrə qərar elan ediləcək.
Xəbər lenti
Bu gün Vardanyan və digərlərinin məhkəməsi davam edəcək
Əvvəlki iclasda Arayik Harutyunyan istisna olmaqla digərləri barələrində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəmişdilər.
Bu gün məhkəmə sözügedən vəsatətlərlə bağlı qərarını açıqlayacaq, daha sonra işin məhkəmə baxışına verilməsi müzakirə ediləcək.
Bu gün Ruben Vardanyanın da növbəti məhkəməsi baş tutacaq. Bu iş də hazırlıq mərhələsindədir.
Bütün təqsirləndirilənlər yeni yaradılmış Hövsan Məhkəmə Kompleksində mühakimə edilirlər.
Qeyd edək ki, mühakimə edilən ermənilər təcavüzkar müharibəni planlaşdırma, hazırlama və başlama, soyqırım, terrorçuluq, beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə, əhalini məhv etmə, köləlik, işgəncə və başqa cinayətlərdə ittiham edilirlər.“Qafqazinfo”
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar