Sizin Reklam Burada
Xəbər lenti
28-01-2025
27-01-2025
BÜTÜN XƏBƏRLƏR

Nümunəvi müəllimləri tanıtmaq onlara olan diqqət və qayğını artırır

Tarix: 27-01-2025 17:54     Baxış: 471 A- / A+
“Gərək, cəmiyyətə müəllimi tanıdaq ki, cəmiyyət də onu tanımış olsun”.
 
Manevr.az bildirir ki, bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov qeyd edib.
 
Ekspert söyləyib ki, bu gün, bəlkə də müəllim qədər diqqət və qayğıya, maddi və mənəvi dəstəyə ehtiyacı olan ikinci bir peşə sahibi təsəvvür etmək çətindir:
 
“Nə ya yaxşı ki, AzEdu.az Təhsil Portalı müəllimə olan diqqət və qayğı ənənələrimizi yaşadır.Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Bütün işlər məhz məktəbdən başlayır, təhsilə diqqət, müəllimə qayğı həmişə olmalıdır. Bütün dövlət orqanları bu tövsiyələri eşitməli və praktik həyatda bunu təmin etməlidir. Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq,bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.”
 
Bu gün, bəlkə də müəllim qədər diqqət və qayğiya, maddi və mənəvi dəstəyə ehtiyacı olan ikinci bir peşə sahibi təsəvvür etmək çətindir. Gərgin əmək və stress, müqəddəs peşə fəaliyyəti ilə bağlı yüksək məsuliyyət hissi, yerli-yersiz təlimlər, treninglər, imtahanlar, əlavə summativ, formativ hesabatlar həyəcanı, ona olan inam və güvənin itirilə bilməsi xofu, sertifikasiya və digər obyektiv və subyektiv səbəblərdən iş yerini itirmək qorxusu, bəzi məmur özbaşınalıqları və haqsızlıqlar.  Başqa, daha nələr, nələr...
 
Bir çox peşə sahiblərindən fərqli olaraq, bu şərəfli peşə sahiblərini ruhlandırmaq, onların ağır zəhmətini dəyərləndirmək, fəal müəllimləri rəğbətləndirmək, yaradıcılıq fəaliyyətlərini başqalarına tanıtmaq, digərlərini də yaradıcılığa sövq etmək üçün mövcud vəziyyətə, yeni şəraitə uyğun təkliflər düşünülməli, layihələr hazırlamalı, təcrübələrini geniş ictimaiyyətlə bölüşmək üçün onlara tribuna verilməlidir.
 
Hələ təyinatla kənd məktəbində pedaqoji fəaliyyətə başladığım ilk illərdən məni ən görkəmli pedaqoqlar, hər kəsə örnək ola biləcək novator müəllimlər, onların qabaqcıl iş təçrübəsi maqaqlandırıb.Mətbuat səhifələrindən bilirdim ki, Ukraynanın Pavlış orta məktəbinin müəllimi V.A.Suxomlinski novatorluğu sayəsində sıravi müəllimlikdən həmin məktəbin direktoru olub, SSRİ Pedaqoji Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar müəllimi, Sosialist Əməyi Qəhrəmanı titullarına layiq görülüb, 40 monoqrafiya, 600 elmi məqalə, 1200 hekayə və nağılın müəllifinə çevrilib. O, dünya təhsil tarixində nəzəriyyə ilə eyni vaxtda praktik fəaliyyətlə də məşğul olan tək-tək pedaqoqlardan biri olub, adi bir məktəbi bütün dünyada tanıtmaqla bərabər, müəllimlərin masaüstü kitabı olan onlarla kitab yazmış, öz pedaqoji sistemini yaratmış, təhsil sahəsində bir çox "ilk”lərə imza atıb. V. A. Suxomlinskinin "Ürəyimi uşaqlara verirəm” kitabı Ukrayna Dövlət Mükafatına layiq görülüb”.
 
N.İsrafilov vurğulayıb ki, gərək, biz cəmiyyətə müəllimi tanıdaq ki, cəmiyyət də onu tanımış olsun:
 
“Bu kitabı əldə edib oxuduqdan sonra, istər-istəməz düşüncələrə qapılırsan ki, niyə bizim müəllimlər, məktəb, digər təhsil müəssisələri rəhbərləri özlərində cəsarət tapıb, öz təcrübələrinə istinad edərək belə kitablar yazmasınlar, milli təhsil sistemi ilə çağdaş təhsildəki fərqli və ortaq məqamlara münasibət bildirməsinlər?
 
Axı, bizdə də bir vaxtlar Respublikanın hüdüdlarından da kənar tanınan Məhər Quliyev, Zərbəli Səmədov, Sona Tağıyeva, Zahid Şöyübov Aliyə Təhmasib, İsrafil Şükürov, Məsmə Atakişiyeva, Heybət Şikarov kimi məktəb qurucularımız olub. Bir vaxtlar məktəblər nömrəsi ilə deyil, ona rəhbərlik edən və ya o məktəbdə işləyən şəxsin adı ilə tanınıb. İsfəndiyar müəllimin məktəbi, Sona Tağıyevanın məktəbi, Zahid Şöyübovun məktəbi, Zərbəli Səmədov işləyən məktəb, Məhər Quliyevin dərs dediyi məktəb və s. Məktəblərimizdə xeyli sayda savadlı, təcrübəli və böyük nüfuza malik direktor müavinləri, bacarıqlı və səriştəli sıravi müəllimlərimiz olub.
 
Şamaxı rayonundan olan siravi ibtidai sinif müəllimi Məsmə Atakişiyeva, Bakının 190 nönrəli məktəbinin dil-ədəbiyyat müəllimi Zərbəli Səmədov, Tovuzun Bozalqanlı kənd məktəbinin kimya müəllimi Məhər Quliyev işlədiyi müddət ərzində on  minlərlə yetirmələrinin təlim-tərbiyəsi sahəsində uğurlarına görə o dövrün ən yüksək tituluna – Sosialist Əməyi Qəhrəmanı adına, Naxçıvanın Didivar kənd orta məktəbinin Azərbaycan dili və ədəbiyyt müəllimi İsrafil Şükürov, Yevlax rayonu Xaldan kənd məktəbinin direktoru Zahid Şöyübov SSRİ Xalq müəllimi fəxri adına layiq görülmüşdülər. Bakının 132 nömrəli məktəbinin direktoru Aliyə Təhmasib isə, dəfələrlə Azərbaycan və SSRİ Ali Sovetinin deputatı seçilmişdi. Adları dillər dastanına çevrilmiş bu təhsil fədailərinin özlərindən sonra qoyub getdikləri irs, onların yetişdirdiyi zəka verdiyi kadrlar bu gün müxtəlif sahələrdə öz töhfələrini verməklə yanaşı, gələcək nəsillərə də əsl örnəkdir.
 
Açıq və səmimi etiraf edək ki, müəllimin bugünkü nüfuzu əvvəlki nüfuzu ilə eyni deyil. Ona görə də heç də əbəs yerə deyil ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qeyd olunanlarla yanaşı, mövcud vəziyyət bir daha təhlil olunmuş, strateji hədəf kimi “müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruriliyi"önə çəkilib.Gəldiyim qənaət ondan ibarətdir ki, gərək, biz cəmiyyətə müəllimi tanıdaq ki, cəmiyyət də onu tanımış olsun. Axı, heç də o qədər də uzaq olmayan bir keçmişimizdə bizim bu sahədə böyük təcrübəmiz olub. İndi Elm və Təhsil Nazirliyi adlanan o vaxtların Maarif Nazirliyinin kollegiya içlasında ayrı-ayrıı müəllimlərin və digər təhsil işçilərinin qabaqcıl təcrübəsi xüsusi komissiya tərəfindən öyrənilər, ümumiləşdirilər və bütün Respublikaya yayılması tövsiyyə olunardı. Kollegiyanın qərarı müəllimi qəzetində, Azərbaycan məktəbi jurnalında və digər əlaqədar mətbu orqanlarında dərc olunardı. Hamı kimin kim olduğunu və onun qabaqcıl təcrübəsinin nədən ibarət olduğunu bilərdi.
 
İndi də ildə ölkə üzrə onlarla, yüzlərlərlə müəllimə, digər təhsil işçilərinə fəxri adlar veririk, lakin əksəriyyətini də əksəriyətimiz tanımır. Nə ya yaxşı ki, AzEdu.az Təhsil Portalı müəllimə olan diqqət və qayğı ənənələrimizi yaşadır və bir neçə ildir ki, ölkə üzrə aktiv və nümunəvi fəaliyyətləri ilə fərqlənən müəllimləri daha geniş ictimaiyyətə tanıtmaq məqsədilə xüsusi bir layihə həyata keçirir. Bu layihə çərçivəsində, örnək müəllimlərin peşə davranışları və yenilikçi pedaqoji yanaşmaları haqqında informativ materiallar hazırlanaraq ictimaiyyətə, xüsusilə təhsil camiəsinə təqdim olunur”.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar