Sizin Reklam Burada
Xəbər lenti
22-01-2025
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

Xəstəlik tüğyan edir: Azərbaycanda qapanmaya gedilir?

Tarix: 22-01-2025 22:16     Baxış: 324 A- / A+


Bir müddətdir ki, ölkədə xəstəlik tüğyan edir. Artıq vəziyyət kifayət qədər ciddiləşib. Virus artır, xəstə sayı çoxalır. Bu isə insanlarda narahatlıq yaradır. Bəs bunun çıxış yolları nədir? Yaxın zamanda qapanmaya gedilər bilərmi?
Manevr.az xəbər verir ki, Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, vəziyyət çoxdan ciddiləşib.
O, insanların özlərini təcrid etmələrini məqsədəuyğun hesab edir:
“Unutmayaq ki, xeyli vaxtdır Azərbaycan müxtəlif infeksiyalarla üz-üzədir. Qızılca virusu tüğyan edir, pandemiya bitsə də, koronavirusun omikron ştammının mutasiyaya uğramış epidemiya ocaqları davam edir və s. Bundan başqa, payız aylarından başlayaraq müxtəlif virus infeksiyaları – qrip, koronavirusun özü, metapnevmovirus, meymunçiçəyi virusu, mikoplazma pnevmoniyasının yayılması da narahatlıq doğurur. Əslində, bu vəziyyətdə hər kəs özünü qorumalıdır”.
Professor deyib ki, mümkün qədər kontaktları azaltmaq lazımdır:
“Mütləq əllərin dezinfeksiyasına diqqət edilsin, təmiz havada gəzsinlər, düzgün qidalansınlar. Xüsusilə də meyvə-tərəvəz daha çox qəbul edilməlidir. İmmun sistemini yaxşı vəziyyətdə saxlamaq əsas şərtdir. Bir nəfər xəstələndiyi təqdirdə yataq rejiminə keçməli, bol maye qəbul etməlidir. İstənilən halda təmasları azaltmaq lazımdır. Xəstə şəxs başqasını xəstələndirməməyə, sağlam şəxs isə özünü qorumağa çalışmalıdır. Bu şərtlərə riayət etməyi hər kəs özü üçün borc hesab etsə, düşünürəm, xəstələnmə sayı da az olar. İnsanların maarifləndirilməsinə ciddi fikir vermək lazımdır. Bunlar xəstələnməmək üçün şərtdir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar